Bazar ertəsi günü, 26 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
Tarix: 08.01.2016 / 01:55
Bölmə: İqtisadiyyat
Bakı şəhəri və regionların inkişafına xidmət edən I (2004-2008-ci illər), II (2009-2013-cü illər) dövlət proqramlarının yekunları və nəhayət III (2014-2018-ci illər) Dövlət Proqramının indiki nəticələrinin təhlili göstərir ki, son 12 il ərzində respublikamızın makroiqtisadiyyatında paytaxt və regionların xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb. Şübhəsiz ki, bu sosial-iqtisadi yüksəlişdə mühüm rol oynayan inzibati ərazi vahidlərindən biri də Suraxanı rayonudur.
Qısa tarixi oçerk
Suraxanı rayonu Abşeron yarımadasında yaşayış məntəqələrindən biridir. Sovetlər dönəmində bu ərazinin mərkəzi S.Orconikidzenin adını daşıyıb. Şəhərətrafı elektrik dəmir yolu stansiyasının fəaliyyəti burada neft sənayesinin yaranması və inkişaf etməsi ilə bağlıdır. 1825-ci ildə Suraxanıda 15 ağ neft quyusu var idi ki, bunlardan alınan məhsulların əksəriyyəti heç bir emala uğramadan bilavasitə məişət və digər sahələrdə istifadə edilirdi. 1859-cu ildə Suraxanıda Çar Rusiyasında ilk neftayırma zavodu istifadəyə verilib. Bununla əlaqədar 1878-80-ci illərdə Bakı-Suraxanı dəmir yolu çəkilib. 1908-ci ildən burada Neft Sənayesi Fəhlələri Həmkarlar İttifaqının şöbəsi fəaliyyət göstərib.
Suraxanı rayonu eyniadlı hidrogen-kükürdlü mineral su ilə də məşhurdur. Burada balneloji və palçıq müalicəxanaları var.
Zəngin və rəngarəng mədəniyyətə, örnək tolerantlığa malik xalqımızın qədim irsini tanıdan dəyərlərdən biri də Suraxanı rayonunda yerləşən "Atəşgah məbədi"dir. Məbəd beşguşəli daxili həyəti əhatə edən hücrələrdən və həyətin ortasında tikilmiş üstü günbəzli dördbucaqlı "Od məbədi"ndən (ibadətgahdan) ibarətdir. Məbəd plan quruluşuna görə, şəhər karvansaralarına oxşayır. "Müqəddəs od"un (təbii yanar qazın) saxlandığı ibadətgahda oda sitayişlə əlaqədar müxtəlif dini ayinlər icra edilib, qurbanlar kəsilib. Abidə memarlıq həllinə görə hələ Midiya dövründə Azərbaycanda yayılan atəşpərəstlik ənənələrini əks etdirir. Məbədin əsası şübhəsiz ki, qədim zamanlarda qoyulub. Lakin indiki binanı XVIII əsrdə Hindistanın Multan vilayətindən gələn atəşpərəst tacir və zəvvarlar tikdirib. Belə ki, hicrələrin üzərindəki hind dilində yazılmış kitabələrdə Atəşgahın 1713-cü ildə tikildiyi göstərilib. XIX əsrdə bura qaz borusu çəkilərkən yenidən qurulub. SSRİ vaxtı Atəşgahda müəyyən restavrasiya işləri aparılıb. Lakin "Atəşgah məbədi" öz həqiqi qiymətini Prezident İlham Əliyevin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə tapıb. Belə ki, bu sərəncamla "Atəşgah məbədi" dövlət tarix-memarlıq qoruğu elan edildi. Cənab Prezident 2009-cu ildə növbəti Sərəncamı ilə burada həm də arxeoloji tədqiqat işlərinin aparılması və "Atəşgah" tarixi muzey mərkəzinin yaradılmasının əsasını qoydu. Məbəd çox dəyərli tarixi abidə kimi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Vurğulayaq ki, İlk Avropa Oyunlarının məşəli bu ibadətgahın odundan yandırılıb. Suraxanı rayonunda yerləşən Bülbülə, Əmircan və digər qəsəbələrdə də keçmişimizin canlı şahidləri kifayət qədərdir.
Suraxanı
sosial-iqtisadi
inkişaf yolunda
Hazırda 212 min nəfərə yaxın əhalisi olan Suraxanı rayonuna Bülbülə, Əmircan, Qaraçuxur, Yeni Suraxanı, Yeni Günəşli, Hövsan, Zıx qəsəbələri və "Dədə Qorqud" yaşayış sahəsi aiddir. Tarixən neft rayonu olan müasir Suraxanıda bir ildə 338,3 min ton xam neft, 232,1 milyon kubmetr qaz istehsal edilir. Rayonda neft və qaz çıxaran "Bahar Enerji", "Suraxanı Oyl" şirkətləri, "Qaraçuxur iriləşdirilmiş neft mədəni", "Abşeron Operatinq Kompani" və digər müəssisələr fəaliyyət göstərir. Ümumiyyətlə, burada 60-a yaxın sənaye müəssisəsi məhsul istehsal edir ki, bunların da bir hissəsi xaricə ixrac olunur.
Məlumdur ki, ötən ilin ən əlamətdar hadisələrindən biri ölkəmizdə I Avropa Oyunlarının keçirilməsi olub. Bu münasibətlə həmin oyunların məşəlinin Suraxanı rayonunda yerləşən "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq qoruğunda alovlandırılması rayon sakinləri üçün böyük bayrama çevrildi. Dünya və Avropanın diqqət mərkəzində olan bu prosesdə Prezident İlham Əliyev, AO Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin şəxsən iştirakı və onların hazırlıq işlərindən razı qalması, əslində, İcra Hakimiyyətinin təqdirəlayiq fəaliyyətinin nümayişi idi. Yeri gəlmişkən, I AO yığma komandamızla yanaşı, Suraxanı idmançıları üçün də çox uğurlu oldu. Belə ki, rayon idmançılarından Ayxan Mamayev qızıl (karate), Vasif Səfərbəyov gümüş (sambo), Sevil və Sevinc Bünyatova bacıları isə gümüş və bürünc medal (qılıncoynatma) qazandılar.
Etiraf edək ki, ötən ilin əvvəlində həm sosial-iqtisadi sahədə dövlət proqramlarının icrası istiqamətində, həm də AO-ya hazırlıq mərhələsində görüləcək işlər həm çox, həm də məsuliyyətli idi. Həmin səbəbdən RİH vaxt itirmədən rayonun sosial-iqtisadi inkişafına yönələn əməli tədbirlərə start verdi, abadlıq-quruculuq işlərini uğurla həyata keçirməyə başladı.
Belə ki, ilk olaraq AO məşəlinin alovlandırılması tədbirinə hazırlıqla əlaqədar S.Bəhlulzadə, İ.Məmmədov, Ş.Məhərrəmov, O.Əliyev və X.Ələkbərov küçələrində yaşayış və qeyri-yaşayış obyektlərinin fasad və hasarları yenidən quruldu, ağlay daşlarla üzləndi, qaz, elektrik, telefon və digər yerüstü kommunikasiya xətləri yerin altına salındı. Qısa bir zamanda Əmircan qəsəbəsi, T.Bayram parkı əsaslı təmir olundu. Bülbülə qəsəbəsindəki 24 saylı poliklinikanın qarşısında yeni park salındı. S.Bəhlulzadə, İ.Məmmədov və X.Ələkbərov küçələrində 12 min kv.m. yaşıllıq salındı. S Bəhlulzadə və O.Əliyev küçələrində isə 27.7 min kv.m. sahəyə asfalt döşəndi, 5042 p.m. bordür düzüldü, 3252 kv.m. səki asfaltlandı, küçələrin işıqlandırılması üçün 2707 metr elektrik kabeli çəkildi, işıq dirəkləri və çılçıraqlar quraşdırıldı və s. abadlıq-quruculuq işləri görüldü.
Qaraçuxur qəsəbəsində C.Qurbanov, İ.Musayev, Z.Şərifov, A.Fətullayev, N.İsmayılov, F.Kərimzadə və A.Şadinski küçələrində, Yeni Günəşli yaşayış sahəsində abadlıq-quruculuq işləri görülüb, küçələrin ətrafında yerləşən qeyri-yaşayış obyektlərinin fasadları müasir üslubda yenidən qurulub, ərazi müxtəlif tullantılardan təmizlənib. Ötən il ərzində abadlıq-quruculuq işləri rayonun digər qəsəbələrində də aparılıb.
Həmişə olduğu kimi, rayonda ekoloji məsələlərin həlli istiqamətində davamlı işlər aparılır. Prezidentin müvafiq sərəncamları və Dövlət Proqramına əsasən, Bülbülə və Zığ göllərinin təmizlənməsi, ətrafların abadlaşması davam etdirilir. Ərazidə 10 illərlə neftlə çirklənən 817 hektar torpaq sahəsi texniki rekultivasiya olunub, 24 ədəd gölməçə qurudulub, neft kollektorları təmir edilib.
Rayon ərazisində tədris və idman müəssisələrinin inşası və köhnələrinin təmiri RİH-nin daim diqqət mərkəzindədir. Belə ki, 2015-ci ilin 9 ayı ərzində Qaraçuxur qəsəbəsində 146 saylı orta məktəb üçün 25 əlavə sinif otağından ibarət tədris korpusu, idman və akt zalları tikilərək istifadəyə verilib. Əmircan qəsəbəsində 5 saylı və Yeni Günəşli yaşayış massivində 262 saylı uşaq bağçaları əsaslı təmir olunub. Qaraçuxur və Bülbülə qəsəbələrində idman zalları, Yeni Günəşli "V" sahəsində idman meydançası, Əmircan qəsəbəsində 100 yerlik uşaq bağçası, şahmat məktəbi və Yanğından Mühafizə Bölməsinin tikintisi uğurla davam etdirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan 1-ci "Ümumrespublika Yaşıllaşdırma Marafonu" çərçivəsində ağacəkmə kampaniyası davam etdirilib. Bu istiqamətdə 11 ümumrayon iməcliyi keçirilərək 7,4 mindən artıq ağac əkilib.
Hər il olduğu kimi, ötən ilin 9 ayı ərzində rayon əhalisinin sosial müdafiəsi də RİH-nin diqqət mərkəzində olub. Belə ki, müvafiq dövrdə Rayon Əhalisinin Sosial Müdafiəsi Mərkəzində 7796 sakinə 4.57 milyon manatdan artıq sosial müavinət ödənilib. 2173 ailəyə 3.04 milyon manat ünvanlı sosial yardım göstərilib. 218 nəfər tənha və əlil vətəndaşa evində sosial xidmət göstərilib. 58 nəfər güzəştli vətəndaş reabilitasiya mərkəzi və sanatoriyalarda istirahət ediblər. Rayonda orta aylıq təqaüdün məbləği 194.5 manat olub. Rayon Məşğulluq Mərkəzinə işlə əlaqədar müraciət edən 592 nəfərdən 476 nəfəri işlə təmin edilib, 71 nəfərə işsiz statusu verilib. 44 nəfər peşə hazırlıq kurslarına cəlb olunub və s.
2015-ci ilin may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin tapşırığı Suraxanı rayonunda uğurla icra edilib. Aşkarlanan xəstəliklər üzrə 6751 nəfər sakin ambulator müalicəyə və 570 nəfər stasionar müalicəyə cəlb olunub, 704 nəfərin sağlamlığı bərpa edilib.
Rayonda Heydər Əliyev Mərkəzində müasir informasiya texnologiyaları ilə təchiz edilən kitabxana, konfrans salonu və təlim kursları artıq 7 ildir rayon əhalisinə xidmət göstərir. Mərkəzdə ötən ilin 9 ayı ərzində 14 ümumrayon tədbiri, Azərbaycan tarixinin öyrənilməsi məqsədilə 9-11-ci sinif şagirdlərinə 38 açıq dərs və digər maarifləndirmə tədbirləri keçirilib.
Rayonda 2015-ci ilin 9 ayı ərzində yeniləşən internet saytı, elektron poçt ünvanı, "Qaynar xətt" telefonu kimi müasir əlaqə və informasiya vasitələrindən, "Şikayət və təkliflər" səyyar poçt qutusundan geniş istifadə edilib, 205 elektron məktuba cavab verilib. Bu müddət ərzində RİH başçısı tərəfindən 759 nəfər sakin qəbul edilib, 27 səyyar görüş keçirilib. Ümumiyyətlə, rayon üzrə qarşıda duran məsələlər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Şuranın iclasında müzakirə olunur.
Lakin əldə olunan bu nailiyyətlərlə yanaşı, problemlər də var. Rayonda mövcud olan ən ciddi problem ərazidə qəzalı evlərdə yaşayan sakinlərə (xüsusilə Zığ qəsəbəsində) köməklik göstərilməsi məsələsidir. Bunu nəzərə alan Suraxanı Rayon İcra Hakimiyyəti Zığ qəsəbəsindəki evlərə texniki baxış keçirib, ərazinin relyefini nəzərə alaraq 40 evin qəzalı vəziyyətdə olmasını aşkarlayıb. 22 qəzalı evin boşaldılmasına dair məhkəmə iddiaları təmin edilib, 22 ailə kirayə evlərə köçürülüb.
Göründüyü kimi, əldə olunan nailiyyətlərlə yanaşı, mütəmadi həll olunan mövcud problemlər də RİH-nin diqqət mərkəzindədir. Görülən işlərin nəticəsidir ki, Suraxanı rayonu artıq mazutlu-neftli, havası ağır "qara" rayon statusundan çıxıb, paytaxtın nümunəvi təhsil, tibb, idman ocaqlarının, biznes strukturlarının, müasir sənaye müəssisələrinin, iaşə və digər obyektlərin fəaliyyəti ilə keyfiyyətcə yeni-müasir rayon statusunu qazanıb.
Burada görülən iş və qarşıda duran məsələlərlə bilavasitə-əyani tanış olan bir jurnalist kimi, dünyanı cənginə alan iqtisadi böhran şəraitində Suraxanı Rayon İcra Hakimiyyətinə yeni-yeni uğurlar arzulayırıq.
Vaqif CƏLİLOĞLU, Tex.e.üzrə fəlsəfə doktoru
Yazı Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim edilir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
Tarix: 21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...
Tarix: 21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər
- Aİ-dən TƏKLİF...
Tarix: 21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır
- Aİ hesabatı
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...
26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı...
114 vəzifəli həbs olundu...
26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...
26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri
26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı
- əsaslandırılmış sənəd gətir…
26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
- FOTO
26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…
26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı
- təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…
26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi
- FOTO
26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?...
AMİP iddialara cavab verdi
26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi
– onlar yalan danışırlar…
26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi
26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu
- öz ölkənizin problemləri ilə məşğul olun...
26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...
26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib
26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...
26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…
26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi
- VİDEO
26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi
26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə...
Kimlərə nə qədər ödənilir?
26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı
- Vaşinqton narahatdır...
25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...
25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü...
- VİDEO
25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi
25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...
25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür
- AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...
25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi
25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı
25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi
- "kəpənək adamların" xatirinə...
25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu
25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...
25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi
- anası yaralandı...
25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...
25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər”
- Mask Ukraynanı günahlandırdı...
25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...
25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri -
analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir
25.10.2026 / 11:12
Obama Trampı ələ saldı -
"Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"
25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi
25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...
25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib
- FOTO
25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...
25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...
25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür
25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb
25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi
25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi
- FOTO
24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...
24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi"
- Vüqar Rəhimzadə
24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər
- FOTO/YENİLƏNDİ
24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik
- ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...
24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı
- VİDEO
24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı
- Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...
24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...
24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...
24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...
24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...
24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava
- saxlananlar var...
24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı
24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…
24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...
23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı
23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir
- səbəb...
23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...
23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...
23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi
23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı
23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu:
narazılıq pik həddə çatır
23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...
23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı –
konkret vaxt deyilib...
23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...
23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına
REAKSİYA...
23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı...
- VİDEO
23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ