Bazar ertəsi günü, 26 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
Tarix: 06.01.2016 / 01:09
Bölmə: İqtisadiyyat
Fikirləşdim ki, sakini olduğum rayon haqda yazmaq mənə çox asan olacaq. Çünki müsabiqənin keçirilməsində başlıca məqsəd Nizami rayonunda olan inkişafı və çatışmazlıqları jurnalistlərin dilindən eşitməkdir. Ona görə asan olacağını zənn etdim ki, burada mən həm də bir vətəndaş, ən başlıcası isə, sakin mövqeyini ortaya qoymalıyam. Mən Nizami rayonunun ən böyük qəsəbəsi olan Keşlədə yaşayıram.
Daimi qeydiyyatım da buradır, hətta orta məktəbi də bu qəsəbədə oxumuşam. Nizami rayonunda yerləşən 201 saylı orta məktəbin məzunuyam. Bunları təsadüfən xatırlatmadım. Yəni demək istəyirəm ki, son illər ərzində rayonda və qəsəbədə baş verən yeniliklər mənim gözümün önündə olub. Təbiidir ki, Nizami rayonunda gedən inkişaf heç də hansısa azad iqtisadi zonada olan dəyişikliklər təsirini bağışlamır. Bu inkişaf ölkənin sürətli və dinamik tərəqqisinin bir parçasıdır. Ancaq buna baxmayaraq, rayonun inkişafında rəhbərlərin də böyük rolunun olduğunu danmaq olmaz. Hazırda Nizami rayonuna Arif Qasımov adlı şəxs rəhbərlik edir. Sözügedən dövlət məmuru Nizami rayonu üçün yad adam deyil. Vəzifəyə yeni təyin olunmasına baxmayaraq, Nizami rayonunun şinelindən çıxan bir məmurdur. Arif müəllim bir neçə ay əvvəl Siyəzən rayonunun icra başçısı vəzifəsindən bu rayona təqdimat alıb. A.Qasımovun Nizami rayonunda bundan əvvəl çalışdığı sahələr onu rayon barəsində ən məlumatlı adama çevirib. Çünki onun bundan əvvəl Keşlə qəsəbəsinin icra nümayəndəsi və Nizami Bələdiyyəsinin sədri olması bunun üçün tam kifayət edir. Artıq rayonda olan bəzi neqativliklərin aradan qaldırılması istiqamətində işlərə start verilib. Xüsusilə də rayon ərazisində olan qəsəbədaxili yolların təmirinə böyük diqqət var.
Son illər günbəgün müasirləşən, gözəlləşən Bakımızın yaraşıqlı guşələrindən birinə çevrilən Nizami rayonu ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfələr verir. Rayonun sosial-iqtisadi mənzərəsi günbəgün yaxşılaşır, abadlıq-quruculuq işləri getdikcə vüsət alır. Məhz bunun nəticəsidir ki, böyük mütəfəkkir şairimiz Nizami Gəncəvinin adını daşıyan bu rayonun siması günbəgün gözəlləşir, park və xiyabanlar, küçə və meydanlar zövq oxşayır.
Məlumat üçün qeyd edək ki, Nizami rayonu 1980-ci ilin noyabr ayında yaradılıb. Xatırladaq ki, Nizami rayonu vaxtilə iki rayonun - indiki Xətai və Nərimanov rayonları ərazisindən ayrılmaqla yaradılıb. Nizami rayonu Nərimanov, Sabunçu, Suraxanı və Xətai rayonlarının inzibati əraziləri ilə əhatə olunur. Rayonun ərazisi 19,6 kvadrat kilometr, əhalisi isə 183 mindən artıqdır. Nizami rayonu ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində Nizami Rayon İcra Hakimiyyəti başçısının 1, 2 və 3 nömrəli sahə inzibati ərazi dairələri yaradılıb. Rayonda yerli özünüidarəetməni Nizami və Keşlə bələdiyyələri həyata keçirir.
Hazırda rayonda 22 orta ümumtəhsil məktəbi, "Zəngi" liseyi, Kimya-biologiya təmayüllü respublika liseyi, "Dədə Qorqud" özəl türk liseyi, uşaq-gənclər və texniki yaradıcılıq mərkəzləri, 20 uşaq bağçası, 1 uşaq evi, kar uşaqlar üçün respublika internat məktəbi, 2 peşə liseyi, 1 peşə məktəbi, 2 kollec və özəl ali təhsil ocağı olan "Xəzər" universiteti yerləşir. Rayon ərazisində 9 xəstəxana, 13 ambulator poliklinika fəaliyyət göstərir.
Nizami rayonunun paytaxt rayonları içərisində ən gənc olmasına baxmayaraq, vaxtilə burada iqtisadi baxımdan çox önəmli olan sənaye müəssisələri fəaliyyət göstərib. Həmin müəssisələr nəinki Bakı şəhərinin, eləcə də respublikanın iqtisadi potensialının formalaşmasında önəmli rol oynayıb.
Son vaxtlar təkcə Nizami rayonunda deyil, bütövlüklə Bakı şəhərində daha çox narahatlıq yaradan hallardan biri də istilik təchizatı məsələsidir ki, rayonda bu istiqamətdə ciddi nailiyyətlər əldə edilib. Belə ki, Nizami rayonu ərazisində ayrı-ayrı ünvanlarda 840 p/m istismara yararsız müxtəlif diametrli boru dəyişdirilib, 190 saylı qazanxanada yenidənqurma işləri aparılıb, müasir tipli qazanlar quraşdırılıb və həmin qazanxanalardan qidalanan 14 binanın, 1 məktəbin məhəllədaxili istilik xətləri əsaslı təmir olunub. 60 və 66 nömrəli qazanxanalarda 4 ədəd qazan bərpa olunub, 6 ədəd nasos, 2 ədəd mühərrik, 2 ədəd siyirtmə quraşdırılıb, 33 qazanxanada və 1 istilik məntəqəsində əsaslı, 106 ədəd müxtəlif markalı qazanlarda, 160 ədəd nasoslarda, 18 ədəd istilik mübadiləedici avadanlıqlarda, 1281 ədəd müxtəlif ölçülü siyirtmələrdə təmir-bərpa işləri aparılıb. 64 yaşayış binasının aşağıpaylayıcı istilik xətləri əsaslı təmir olunub, 2 yeni qazanxana tikilib, avadanlıqlar quraşdırılıb. Həmin qazanxanalardan istilik alacaq binalara magistral və məhəllədaxili istilik xətləri çəkilib, 48 binanın aşağıpaylayıcı xətləri dəyişdirilib. 189 saylı qazanxanada yenidənqurma işlərinə başlanıb, İ.Müzəffəroğlu küçəsi 7 və Q.Qarayev prospekti 59 ünvanlarında yeni qazanxanaların tikintisi planlaşdırılır. Bununla da Nizami rayonu istilik təchizatına görə Bakı rayonları arasında birincilər sırasında qərar tutub.
Nizami rayonunda aparılan tikinti-quruculuq işlərinin geniş vüsət almasını rayonun əsas mərkəzi küçələrinin də simasında aydın görmək olar. Belə ki, sivil şəhərsalma qayda-qanunlarına uyğun olaraq aparılan abadlıq və quruculuq işləri rayonun Heydər Əliyev, Qara Qarayev və Babək prospektlərini beynəlxalq tələblərə cavab verən nəqliyyat qovşaqlarına çevirib. Bu müstəvidə də yaxın bir neçə ildə inşa olunan və minlərlə nəqliyyat vasitəsi və piyadaların gediş-gəlişinə imkan verən müasir yol ötürücüləri Nizami rayonunun abadlıq və quruculuq simvollarından birinə çevrilib.
Xüsusilə metronun "Koroğlu" stansiyası yaxınlığında Prezident İlham Əliyevin təşəbbüsü ilə dünya standartlarına uyğun şəkildə inşa edilən müasir körpü kompleksi Nizami rayonunun simasını daha da gözəlləşdirib. Bu körpü kompleksinin inşası həm də rayon ərazisində dünyanın bütün iri şəhərləri üçün problemə çevrilən tıxacların aradan qaldırılmasına, əhalinin rahatlığına gətirib çıxarıb. Xüsusilə "Koroğlu" metrostansiyasında aparılan tikinti-təmir işlərindən sonra o gözəl memarlıq kompleksi kimi insanı özünə valeh edir. Onu da deyək ki, rayon ərazisindəki Heydər Əliyev adına parklarda və digər istirahət məkanlarında aparılan tikinti-abadlıq və quruculuq işləri nəticəsində Nizami rayonu qonşu rayonların əhalisinin də sevimli istirahət yerlərindən birinə çevrilib.
Son zamanlar Nizami rayonunda həlli vacib olan məsələlərdən biri də su-kanalizasiya təsərrüfatı ilə bağlı olub ki, artıq bu sahədə mövcud olan çatışmazlıqlar və nöqsanlar aradan qaldırılıb. Nizami rayon Sukanal İdarəsi tərəfindən ayrı-ayrı ünvanlarda müxtəlif diametrli 3444 p/m su borusu, 1437 p/m kanalizasiya xətti dəyişdirilib, 2735 ədəd sayğac quraşdırılıb. Əhalini fasiləsiz su ilə təmin etmək məqsədilə mövcud xətlər 94602 p/m yenilənib, 25 ədəd su anbarı yuyulub, 9 ədəd anbar, 24 ədəd nasos stansiyası təmir edilib, 21470 p/m kanalizasiya xətti yuyulub, 17 dəst yağış barmaqlığı, 66 ədəd lyuk quraşdırılıb.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "2011-2013-cü illərdə Bakı şəhərinin və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq rayonun 110, 125, 172, 175, 190 və 309 nömrəli uşaq bağçaları əsaslı təmir edilib, 175 saylı uşaq bağçasında 8 qruplu əlavə korpus istifadəyə verilib. Həmçinin bu proqrama uyğun olaraq tikintisi, yenidən qurulması və həmçinin əsaslı təmirinə 2013-cü ildə başlanmış 12, 32, 238 və 272 nömrəli məktəblərdə işlər başa çatdırılıb. Prezident cənab İlham Əliyev Bakı şəhərinin və paytaxt qəsəbələrinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə bağlı deyib: "Şəhərimizdə bütün işlər yüksək səviyyədə görülməlidir, sakinlərin rahatlığı üçün bütün şərait yaradılmalıdır, yaradılacaqdır. ...Bütün dövlət qurumları, yerlərdəki nümayəndələr bu proqramın icrasında fəal iştirak etməlidirlər".
Eyni zamanda, "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən, rayondakı 214 nömrəli orta məktəb də əsaslı təmir olunub. Bakı Texniki Kollecində isə əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.
Ötən ilin sentyabr ayının 10-da ölkə Prezidenti cənab İlham Əliyev 32 və 12 nömrəli orta məktəblərdə əsaslı təmirdən sonra yaradılan şəraitlə və Bakı İstedadlar Təhsil Kompleksinin binası ilə tanış olub.
Bu gün Nizami rayonu inkişafın yüksək mərhələsindədir. Ən əsas cəhət odur ki, bu rayonda sağlam mənəvi-psixoloji mühit mövcuddur. Rayon rəhbərliyinin tələbkarlığı, idarəçilik təcrübəsi bu rayonun uğurlu gələcəyindən xəbər verir.
Nizami rayonunu fərqləndirən bir mühüm amil də burada inşa edilən yeni idman obyektlərinin sayının ildən-ilə artmasıdır. Bu da Nizami rayonunun tədricən Bakının, eləcə də respublikamızın idman mərkəzinə çevrilməsi ilə müşahidə olunmaqdadır. Bunu hazırda rayon ərazisində 5 stadion, 6 idman-sağlamlıq kompleksi, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin fəaliyyət göstərməsi də sübut edir. 2015-ci ildə Azərbaycanın ev sahibliyi etdiyi I Avropa Oyunları çərçivəsində keçirilən idman yarışlarının əsas mərkəzlərindən biri də Nizami rayonu oldu. Belə ki, I Avropa Oyunlarının keçirilməsinə hazırlıq çərçivəsində Nizami rayonu ərazisində, "Koroğlu" metrostansiyası ətrafında "Olimpiya kəndi" salınıb, "Şəfa" stadionu əsaslı təmir edilib, Bədii Gimnastika Kompleksi tikilib.
Rayonda hər il yeni idman sağlamlıq mərkəzlərinin və müxtəlif təyinatlı idman obyektlərinin inşa edilməsi, öz növbəsində, yetişməkdə olan gənc nəslin sağlam ruhda böyüməsinə önəmli şəkildə təsir göstərməkdədir.
Bütün bunlar isə Nizami rayonunun sürətli inkişafının nümayişinə çevrilib. Bu müstəvidə də həyata keçirilən uğurlu tədbirlərin davam etməsi Nizami rayonunun gələcəyinə ümidlə baxmağa imkan verir.
Məhəmmədəli QƏRİBLİ
Yazı Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
Tarix: 21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...
Tarix: 21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər
- Aİ-dən TƏKLİF...
Tarix: 21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır
- Aİ hesabatı
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi...
İnanaq?
26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...
26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı...
114 vəzifəli həbs olundu...
26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...
26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri
26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı
- əsaslandırılmış sənəd gətir…
26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
- FOTO
26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…
26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı
- təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…
26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi
- FOTO
26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?...
AMİP iddialara cavab verdi
26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi
– onlar yalan danışırlar…
26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi
26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu
- öz ölkənizin problemləri ilə məşğul olun...
26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...
26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib
26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...
26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…
26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi
- VİDEO
26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi
26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə...
Kimlərə nə qədər ödənilir?
26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı
- Vaşinqton narahatdır...
25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...
25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü...
- VİDEO
25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi
25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...
25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür
- AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...
25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi
25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı
25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi
- "kəpənək adamların" xatirinə...
25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu
25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...
25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi
- anası yaralandı...
25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...
25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər”
- Mask Ukraynanı günahlandırdı...
25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...
25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri -
analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir
25.10.2026 / 11:12
Obama Trampı ələ saldı -
"Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"
25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi
25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...
25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib
- FOTO
25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...
25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...
25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür
25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb
25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi
25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi
- FOTO
24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...
24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi"
- Vüqar Rəhimzadə
24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər
- FOTO/YENİLƏNDİ
24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik
- ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...
24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı
- VİDEO
24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı
- Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...
24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...
24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...
24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...
24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...
24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava
- saxlananlar var...
24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı
24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…
24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...
23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı
23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir
- səbəb...
23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...
23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...
23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi
23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı
23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu:
narazılıq pik həddə çatır
23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...
23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı –
konkret vaxt deyilib...
23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...
23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına
REAKSİYA...
23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı...
- VİDEO
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ