Bazar ertəsi günü, 26 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
Tarix: 30.12.2015 / 02:01
Bölmə: İqtisadiyyat
Dünyada iqtisadi böhrana rəğmən, Azərbaycan sosial-iqtisadi cəhətdən inkişaf tempini qoruyub saxlaya bilib. Prezident İlham Əliyevin yürütdüyü praqmatik siyasət ölkənin inkişafını şərtləndirən başlıca faktordur. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası bu inkişafa müsbət təsirini göstərib. Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlayaraq "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" hazırlanıb.
Bu dövlət proqramlarının ardıcıl olaraq imzalanması və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi regionların tarazlı və davamlı inkişafına, sosial infrastrukturun yenidən qurulmasına, bölgələrdə sahibkarlığın, özəl sektorun yüksəlişinə səbəb olub. Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişaf paytaxtımızdan, onun ətraf kəndlərindən də yan ötməyib. Prezidentin Sərəncamı ilə təsdiqini tapan "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" qarşıda duran vəzifələrin davamlı yerinə yetirilməsi məqsədilə hazırlanıb.
Dövlət proqramlarının uğurlu icrası nəticəsində Bakının bütün rayonları kimi bu gün Suraxanı rayonu da inkişaf dövrünü yaşayır. Rayonun ümumi mənzərəsində nəzərəçarpacaq dəyişikliklər görülən işlərin davamlı və sürətli olmasından xəbər verir. Dövlət proqramlarının icrası nəticəsində Suraxanı rayonunun qəsəbə və kəndlərində uğurlu infrastruktur layihələri həyata keçirilib, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşıb, abadlıq işləri geniş vüsət alıb, əhalinin həyat səviyyəsi daha da yüksəlib. Rayon ərazisində dinamik yüksəliş üçün bütün zəruri tədbirlər həyata keçirilir, ölkədəki inkişaf prosesinə layiqli töhfələrini verir.
Məlumat üçün qeyd edək ki, 1934-cü il noyabr ayının 3-də yaradılan və 1990-ci ilin aprel ayına kimi Orconikidzenin adını daşıyan və hazırda 212 min nəfərə yaxın əhalisi olan Suraxanı rayonuna Bülbülə, Əmircan, Qaraçuxur, Yeni Suraxanı, Hövsan, Zığ qəsəbələri və "Dədə Qorqud" yaşayış sahəsi aiddir. Bu qəsəbələrin hər birinin sürətli sosial-iqtisadi inkişafı Suraxanı rayonunun simasının daha da dəyişməsinə, onun ölkənin abad və inkişaf etmiş bölgələrindən birinə çevrilməsinə gətirib çıxarıb. Necə deyərlər, Suraxanı rayonunda aparılan geniş abadlıq-quruculuq işləri onun simasına yeni nəfəs, yeni ruh gətirməkdədir.
Suraxanı Azərbaycanın neft rayonlarından biri hesab edilir. Burada bir ildə 338,3 min ton xam neft, 232,1 milyon kubmetr qaz istehsal edilir. Rayon ərazisində neft və qaz istehsalı ilə "Bahar Enerji" və "Suraxanı Oyl" əməliyyat şirkətləri, "Qaraçuxur iriləşdirilmiş neft mədəni", "Abşeron Operating Company", "Qazmaservis və Logistika" İdarəsi, Tamponaj və Layların Neftveriminin Artırılması İdarəsi məşğul olurlar. Neft və qaz istehsalı isə, öz növbəsində, rayonda minlərcə insanın işlə təmin edilməsində və onların sosial-iqtisadi rifahının yaxşılaşdırılmasında önəmli rol oynamaqdadır. Suraxanı həm də iri sənaye rayonudur. Burada 60-a yaxın sənaye müəssisəsi fəaliyyət göstərir. Suraxanı rayonu ərazisindəki müəssisələrdə istehsal edilən məhsullar həm Azərbaycanın daxili tələbatının ödənilməsində önəmli rol oynayır, həm də onlar xaricə ixrac edilir. Məsələn, rayonda fəaliyyət göstərən Transformator və müxtəlif növ elektrotexniki avadanlıqlar istehsalı zavodunun məhsulları dünyanın müxtəlif ölkələrinə, o cümlədən qonşu Türkmənistan, Gürcüstan, Qazaxıstan, həmçinin Ukrayna, Bəhreyn, Cənubi Afrika Respublikası, İraq, Rusiya və Kanadaya ixrac edilir. Bu da Suraxanı rayonunun Azərbaycanın sosial-iqtisadi inkişafına özünün əvəzsiz töhfəsini verməsinə gətirib çıxarıb. Belə ki, bu ilin ilk 9 ayı ərzində Suraxanı rayonunda 198,1 milyon manat həcmində sənaye məhsulu istehsal edilib. Buna paralel olaraq, rayonda 34,2 milyon manat həcmində tikinti-quraşdırma işləri görülüb. Rayonda əsas kapitala yönəldilən investisiyalar isə 30,2 milyon manat olub. Həmin müddət ərzində pərakəndə ticarət dövriyyəsi 238,8 milyon manata çatdırılıb, əhaliyə 184,3 milyon manat məbləğində pullu xidmətlər göstərilib. Həyata keçirilən tədbirlər nəticəsində yeni istehsal sahələri istifadəyə verilib. Bu da 2355 yeni daimi iş yerinin yaradılmasına gətirib çıxarıb. Yeni iş yerlərinin yaradılması isə, öz növbəsində, əhalinin maddi rifahının daha da artmasına və orta aylıq əməkhaqqının 546,4 manata çatdırılmasına yol açıb.
"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Suraxanı rayonu üzrə 24 tədbir nəzərdə tutulub, onların 4-ü icra olunub, 20-nin icrasına başlanıb, başa çatdırılan və başlanan tədbirlər proqramın 44,5 faizini təşkil edib.
Ümumiyyətlə, bu dövr ərzində Qaraçuxur qəsəbəsində 146 saylı orta məktəb üçün 25 əlavə sinif otağından ibarət tədris korpusu, idman və akt zalları tikilərək istifadəyə verilib, Əmircan qəsəbəsində 5 saylı və Yeni Günəşli yaşayış sahəsində 262 saylı uşaq bağçaları əsaslı təmir olunub, Qaraçuxur və Bülbülə qəsəbələrində idman zallarının, Yeni Günəşli "V" yaşayış sahəsində idman meydançasının, Əmircan qəsəbəsində RİH tərəfindən 100 yerlik uşaq bağçasının, Yeni Günəşli "D" yaşayış sahəsində şahmat məktəbinin və yanğından mühafizə bölməsinin binasının tikintisi davam etdirilib.
Qaraçuxur qəsəbəsində Cəlal Qurbanov, İlqar Musayev, Zaur Şərifov, Abbas Fətullayev, Nizami İsmayılov, Fərman Kərimzadə və Abbasqulu bəy Şadlinski küçələrində və Yeni Günəşli yaşayış sahəsində rayonun idarə və müəssisələrinin köməkliyi ilə abadlıq-quruculuq işlər görülüb, küçələrin ətrafında yerləşən qeyri-yaşayış obyektlərinin fasadları müasir üslubda yenidən qurulub, binaların fasadları, hasarlar, müxtəlif dirəklər rənglənib, ətraf ərazilər iriqabaritli tullantılardan təmizlənib.
Rayon təsərrüfatının inkişafı məqsədi ilə Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə müvafiq qərargah yaradılıb, həyata keçiriləcək tədbirlər planı təsdiq edilib, təmir işləri davam etdirilir, məhəllədaxili və binaların zirzəmilərində aşağı paylayıcı istilik xətləri dəyişdirilir, məhəllədaxili və binadaxili istilik sistemləri yenidən qurulur.
Suraxanı rayonunda ekoloji məsələlərin həllinə diqqət artırılıb. Dövlət başçısının müvafiq sərəncamlarına və qəbul edilmiş Dövlət Proqramına əsasən, Bakı şəhərində mövcud olan göllərin, o cümlədən Bülbülə və Zığ göllərinin təmizlənməsinə, ətraflarının abadlaşdırılmasına başlanıb.
Rayonun əməliyyat şirkətləri tərəfindən lay suları və neftlə çirklənmiş 8,17 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunub, ümumi sahəsi 5,0 hektar olan müxtəlif ölçülü 24 ədəd gölməçə qurudulub, 30 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənib, neft kollektorları təmir olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçən ilin noyabr ayında başlayan birinci "Ümumrespublika yaşıllaşdırma marafonu" çərçivəsində cari ildə də ağacəkmə kampaniyası davam etdirilib, marafon çərçivəsində rayonun idarə və müəssisələrinin iştirakı ilə 11 ümumrayon iməcliyi keçirilərək 7,4 mindən artıq ağac əkilib.
Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələləri daim nəzarətdə saxlanıb. Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 2015-ci ilin 9 ayı ərzində 7496 nəfərə 4,57 milyon manatdan artıq sosial müavinət ödənilib, 2173 ailəyə 3,04 milyon manatdan artıq ünvanlı sosial yardım göstərilib, 218 nəfər tənha və əlil vətəndaşa evində sosial xidmət göstərilib, 58 nəfər imtiyazlı vətəndaş reabilitasiya mərkəzində və sanatoriyalarda istirahət edib. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən 27748 təqaüdçüyə xidmət göstərilib, bir nəfərə düşən orta aylıq təqaüdün məbləği rayon üzrə 194,5 manat təşkil edib. Rayon Məşğulluq Mərkəzinə işlə əlaqədar müraciət etmiş 992 nəfərdən 476 nəfəri işlə təmin olunub, 71 nəfərə işsiz statusu verilib, 71 nəfərə işsizlik müavinəti verilib, 44 nəfər peşə hazırlıq kurslarına cəlb olunub, rayonun ümumtəhsil məktəblərində 906 nəfər peşə yönümünə cəlb edilib.
Cari ilin may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı Suraxanı rayonunda müvəffəqiyyətlə icra edilib, rayon əhalisinin 67,4 %-i və 124 kollektiv tibbi müayinədən keçib, aşkarlanmış xəstəliklər nəticəsində 6751 nəfər vətəndaş ambulator müalicəyə və 570 nəfər stasionar müalicəyə qəbul olunub, 704 nəfərin sağlamlığı bərpa edilib, rayon əhalisinin tibbi müayinəsinin gedişi televiziya kanallarında və mətbuatda işıqlandırılıb.
Ümumən rayonun bütün sahələrində dinamik inkişaf müşahidə olunur.
Vidadi XUDAŞOV
Yazı Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
DİGƏR XƏBƏRLƏR
Tarix: 26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
Tarix: 21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...
Tarix: 21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər
- Aİ-dən TƏKLİF...
Tarix: 21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır
- Aİ hesabatı
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...
26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır
26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi...
İnanaq?
26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...
26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı...
114 vəzifəli həbs olundu...
26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...
26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri
26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı
- əsaslandırılmış sənəd gətir…
26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
- FOTO
26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…
26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı
- təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…
26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi
- FOTO
26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?...
AMİP iddialara cavab verdi
26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi
– onlar yalan danışırlar…
26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi
26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu
- öz ölkənizin problemləri ilə məşğul olun...
26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...
26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib
26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...
26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…
26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi
- VİDEO
26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi
26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə...
Kimlərə nə qədər ödənilir?
26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı
- Vaşinqton narahatdır...
25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...
25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü...
- VİDEO
25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi
25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...
25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür
- AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...
25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi
25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı
25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi
- "kəpənək adamların" xatirinə...
25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu
25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...
25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi
- anası yaralandı...
25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...
25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər”
- Mask Ukraynanı günahlandırdı...
25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...
25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri -
analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir
25.10.2026 / 11:12
Obama Trampı ələ saldı -
"Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"
25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi
25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...
25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib
- FOTO
25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...
25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...
25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür
25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb
25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi
25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi
- FOTO
24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...
24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi"
- Vüqar Rəhimzadə
24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər
- FOTO/YENİLƏNDİ
24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik
- ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...
24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı
- VİDEO
24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı
- Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...
24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...
24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...
24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...
24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...
24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava
- saxlananlar var...
24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı
24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…
24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...
23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı
23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir
- səbəb...
23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...
23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...
23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi
23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı
23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu:
narazılıq pik həddə çatır
23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...
23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı –
konkret vaxt deyilib...
23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ