Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Zəngəzur qədim Azərbaycan torpağıdır

Image


Zəngəzur Cənubi Qafqazın özünəməxsus füsünkarlığı ilə seçilən son dərəcə gözəl bölgələrdən biridir. Qarabağdan keçib Zəngəzura gedərkən Keçəlqaya gədiyindən sola burulub Saxsağanlı dağına qalxanda adamın gözü qabağında Zəngəzurun insanı heyran edən gözəl mənzərəsi açılır. İnsan bu gözəlliyə baxıb düşünür ki, görəsən hansı ecazkar qüvvə bu alçaq və hündür dağları bir yerə toplayıb belə səliqə ilə sıralayıb...
Cənubi Qafqazın İranla sərhəd hissəsində yerləşən, Zəngəzur adlanan bölgənin coğrafi hüdudları kimi, siyasi tarixi də zamanın ağrılı-acılı keşməkeşlərinə məruz qalıb. Tarixi Zəngəzur ərazisi müəyyən istisnalarla e.ə. IV əsrdən b.e. VII əsrinə qədər Qafqaz Albaniyası və Sasani imperatorluğunun tərkibində olub. VII-IX əsrlərdə Ərəb xilafətinin, IX-XI əsrlərdə Azərbaycanda mövcud olan Sacilər, Salarilər və Rəvvadilər dövlətlərinin tabeliyində qalıb. XII-XIII əsrin əvvəllərində Azərbaycan Atabəylər dövlətinin, XIII-XIV əsrlərdə Hülakülər dövlətinin, XIV əsrin sonu - XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində olub.
XVI əsrin başlanğıcında Azərbaycanda mərkəzləşmiş dövlətin yaranması ilə əlaqədar olaraq Zəngəzur ərazisi də Səfəvi dövlətinin tərkibinə qatılıb. Səfəvi-Osmanlı savaşları və XVII-XVIII əsrlərin qovşağında Səfəvi imperiyasının zəifləməsi ilə əlaqədar 1590-1612 və 1724-1735-ci illərdə qısa müddət ərzində Osmanlı idarəçiliyi altına düşən Zəngəzur ərazisi xanlıqlar çağında əsasən Qarabağ xanlığının hakimiyyəti altında olub. XIX əsrin əvvəllərində Rusiya işğalına məruz qalan Zəngəzur, rus müstəmləkəçilik idarə sistemində Yelizavetpol quberniyasının, 1918-1920-ci illərdə isə Azərbaycan Demokratik Respublikasının qəzalarından biri olub.
Elmi dəyəri olan məsələlərdən biri Mehri rayonunun Nüvədi kəndində tapılan "Nüvədi daş kitabələri" ilə bağlıdır. Nüvədi kəndinin yaxınlığındakı Qarqadaş dağından tapılan "Nüvədi daş kitabələri" qədim türk tayfalarından olan qarqarlardan və azlardan müəyyən bilgilər verir. Təqribən 1000-1500 illik tarixi olan "Nüvədi daş kitabələri" təsdiq edir ki, Azərbaycan türkləri Qərbi Azərbaycanın digər bölgələri kimi Zəngəzur ərazisinin də qədim, aborigen sakinləri olublar. "Nüvədi daş kitabələri" qədimliyi, yazı sistemi və mədəni düşüncənin səviyyəsi baxımından Orhon-Yenisey yazılı abidələri ilə müqayisə oluna bilər. Hər iki abidə eyni tarixi taleni yaşayaraq uzun müddət elm aləminə gizli qalıb. Məlumdur ki, Orhon-Yenisey yazıları Poltava döyüşündən sonra Sibirə sürgün edilən isveçrəli əsir zabit İohan Tabbert Stralenberq tərəfindən aşkar olunandan sonra düz iki əsr boyunca öz tədqiqatçısını gözlədi. Nəhayət, danimarkalı V.Tomsen 1893-cü ildə Orhon-Yenisey yazılarını oxuya bildi. Onun oxumasından sonra aydın oldu ki, Orhon-Yenisey yazılı abidələrinin mətni türk dilindədir. Bu, bütün dünyanı, o cümlədən Avropanı şok bir vəziyyətə saldı. Daş üzərində həkk olunan yazılar sübut etdi ki, türkün yazı mədəniyyəti, düşüncə tərzi məcbur edir ki, onun qədimliyini bütün dünya etiraf etsin, türk tarixinə, mədəniyyətinə olan qərəzli münasibətlər isə kökündən dəyişdirilsin. Bəlkə də bu yazılar daş üzərinə həkk olunmasaydı, onun izini itirməyə çalışanlar da tapıla bilərdi. Ancaq nə daşları yox etmək mümkün idi, nə də onun üzərində həkk olunan yazıları. Belə bir tarixi tale "Nüvədi daş kitabələri"nə də aiddir. Əgər bu daş kitabələrini Həmzə Vəli aşkar edib oxumasaydı, Zəngəzur ərazisində olan Mehri ilə bağlı bir çox mətləblər gizli qala bilərdi. Nə yaxşı ki, bədxah ermənilər belə bir tarixi abidəni ələ keçirə bilməyib və onu öz məqsədlərinə uyğun şəkildə dağıtmağa nail olmayıb, bu daş abidələrin izini itirə bilməyiblər.
Təkcə Nüvədi ərazisində aşkar olunan daş kitabələr türkün Qafqaz ərazisinə gəlmə olması fikrini alt-üst edir, bu qərəzli mövqeni, konsepsiyanı dağıdır. Onu da qeyd edək ki, daş üzərinə həkk olunan yazılar dünyanın nadir incilərindəndir. Bu, hər xalqın taleyi və qisməti deyil. Türk xalqlarının isə alın yazısı və taleyi başqaları ilə müqayisə olunmayan tarixdir. Gəmiqaya rəsmləri, Qobustan qayaları üzərindəki rəsmlər, Sibirdəki qəbir daşları, Orhon-Yenisey yazıları, Nüvədi daş kitabələri türk xalqına məxsus olan və müxtəlif coğrafi ərazilərdə yaranan paralel mədəniyyətin göstəricisidir. Bu mədəniyyət təbiətin özü ilə bir harmoniya yaradan mədəniyyətdir. Onun yaradıcısı olan xalq isə təbiətin özü qədər qədim olan xalqdır.
Qərbi Azərbaycanın, o cümlədən Zəngəzur mahalının qədim Azərbaycan torpağı olması, sakinlərinin isə türk qəbilə tayfalarından ibarət olması tarixi faktlarla, xüsusilə toponimik adlarla təsdiqini tapıb. Özünün vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirən, əslən Qərbi Azərbaycanın Zəngəzur mahalının Mehri rayonunun Nüvədi kəndindən olan, Qərbi Azərbaycanda soydaşlarımızın qoyub gəldiyi maddi-mənəvi sərvətlərimizi - toponim, əfsanə, rəvayət, qədim yazı və s. xalqımıza çatdıran, tariximizin bir sıra qaranlıq səhifələrinə işıq salmağa səy göstərən mərhum, qocaman müəllim Həmzə Vəlinin oxuduğu Nüvədi daş kitabələr və toponimlər, Babək Xurrəmi haqqında verdiyi orijinal şərhlər və yeni məlumatlar diqqəti cəlb edir. O, tədqiqatlarında güclü milli duyuma, məntiqə və faktlara əsaslanır. Onun Nüvədi yaxınlığındakı Qarqadaş dağından tapdığı kitabələrdəki mətnin e.ə. VII əsrdə Azərbaycan ərazisinə yayılan türkdilli qarqar tayfalarına məxsus olduğunu, VI-VIII əsrlərə aid olan Orhon-Yenisey abidələrindəki yazıya oxşadığını sübuta yetirib.
Zəngəzurun Qafan ərazisindəki Şəhərcik kəndinin 4 km. məsafəsində kəndin Vəng deyilən yaşayış sahəsində bir neçə otaqdan ibarət olan bir binanın xarabalığını 1965-ci ildə Ermənistan Elmlər Akademiyasının tarixçiləri Vəng deyil, Vahanavank (Vahan kilsəsi) adlandıraraq özlərininki hesab edib, qeydiyyatdan keçiriblər.
Halbuki, həmin abidənin daşlarından birinin üzərində aşağıdakı sözlər yazılıb: "Bu abidəni Alban çarı Sənəkərimin qızı... 913-cü ildə tikdirmişdir." Azərbaycanın orta əsrlər tarixini araşdırdıqda X yüzilliyədək, ümumiyyətlə, Zəngəzurda erməni əhalisinin olub-olmadığı şübhəli hesab edilir. Onların əksəriyyəti XVIII-XIX əsrlərdə İrandan gəlmə ermənilərdir.
Maraqlıdır, Zəngəzur Azərbaycan Demokratik Respublikasının əlindən necə alınıb? Bu da bir həqiqətdir ki, ingilislərin, amerikalıların həyata keçirə bilmədiklərini Sovet Rusiyası bir anda etdi. Zəngəzuru Mikoyanın, uzun illər boyu başımıza tac etdiyimiz Şaumyanın, Orconikidzenin toruna düşən Nərimanovun əli ilə Ermənistana hədiyyə etdi.
Zəngəzur bu regiona orta əsrlərdə verilən bir addır. İstər Zəngəzur, istərsə də mahalın digər toponimik adları türk mənşəlidir. Bu o deməkdir ki, "ermənilər Zəngəzurda heç bir zaman aborigen əhali olmayıblar. Zəngəzur mahalının yerli əhalisi türk sakları və onların törəmələridir. Bu fikir Urud kəndində son vaxtlara qədər saxlanılan orta əsr müsəlman qəbiristanlığında qəbir daşlarındakı yazılarda bir daha təsdiqini tapır".
Maraqlıdır ki, erməni və bir çox əcnəbi müəlliflər heç bir əsas olmadan Zəngəzuru yanlış olaraq bəzən Sünik adı altında da veriblər. Həmzə Vəli tarixi sənədlərə əsaslanaraq yazır ki, "Zəngəzurun əksər əraziləri Babəkin əlində, Şəki qalası və onun ətrafı da Məhəmməd ibn Basin əlində idi. Bu həmin Şəki mahalı idi ki, Babəki tutub Əl-Əfşinə verəndən sonra xəlifə onu Səhl ibn Sumbata bağışlayıb... Tarixi mənbələrdən məlumdur ki, IX əsrdə Zəngəzur mahalında ermənilər o qədər də çox deyildi. Əhalinin əksəriyyəti azərbaycanlılar idi. Bu fikirlərimizi Zəngəzur mahalında olan azərlərə məxsus kəndlər də təsdiqləyir. Zəngəzur mahalında olan çayların, dağların, ziyarətgahların, hətta balaca dərələrin adları türk, türk-fars, türk-ərəb mənşəlidir... Ermənilərin çığır-bağır saldıqları Sünik ölkəsi ancaq bir kənddən ibarət ərazidir. Bütün Zəngəzuru Sünik adlandırmaq tarixi saxtalaşdırmaqdan başqa bir şey deyil... Ermənilərin bütün Zəngəzuru Sünik adlandırması isə torpaq iddiasından başqa bir şey deyil".
Azərbaycan xalqının soykökünü araşdırarkən tarixçilər, filoloqlar tərəfindən müəyyən qədər iş görülsə də, əfsuslar olsun ki, xalqın soykökünün öyrənilməsində vahid fikir əvəzinə yanlış və olduqca qərəzli, dolaşıq məlumatlar zorakılıqla xalqa qəbul etdirilib. Bu dolaşıq konsepsiya yerli xalqın tarixən farsdilli bir xalq olduğunu, VII-VIII əsrlərdən sonra isə gəlmə türkdilli tayfaların təsiri nəticəsində doğma dillərini unudaraq bugünkü dilə sahib olmalarından xəbər verir.
Əslində Azərbaycan, o cümlədən onun ayrılmaz hissələri olan Cənubi Azərbaycan və Qərbi Azərbaycan və onun Zəngəzur mahalı türk xalqlarının maddi-mədəniyyət qalıqları ilə zəngindir. Qafanda, Sisyanda, Mehridə və başqa bölgələrdə hunlardan, saklardan, xəzərlərdən, azlardan, qarqarlardan, oğuzlardan, səlçuqlardan və daha neçə-neçə doğma etnoslardan xəbər verən abidələr özünü qoruyub saxlayıb. Ən qədim türk yazısının izlərinə Orhon-Yeniseydə deyil, məhz Mehrinin Nüvədi kəndində rast gəlməyimiz çox mühüm məsələlərdən xəbər verir.
Verilən bu ötəri məlumatlar bir daha sübut edir ki, rəsmi sənədlərdə son 100 ildə Ermənistan kimi qeyd olunan ərazi, əslində, qədim türk etnoslarına məxsus olub. Bu region türk etnoslarından hunların, sakların, qarqarların, oğuzların, səlcuqların və daha neçə-neçə etnosun qışlama qərargahı, düşərgəsi olubdur. Bu ərazi türk tayfalarının qərbdən şərqə, şərqdən qərbə, şimaldan cənuba və cənubdan şimala hərəkət etdikləri yol olub. Son orta əsrlərdə və xüsusilə XIX-XX əsrlərdə güclənən qonşu dövlətlər türk etnosların bu regiondan sıxışdırılıb çıxarılması üçün çox çirkin, iyrənc oyunlara girib və tarixin ayrı-ayrı mərhələlərində, təəssüflər olsun ki, məqsədlərinə nail olub, arzu və istəklərini sürətləndirmək, Azəri türklərini bu ərazidən çıxarmaq üçün qondarma bir dövlət yaradıblar. Bu dövləti Ermənistan adlandırıblar və onların əli ilə çirkin oyunları həyata keçiriblər. Ermənistan adlandırılan bu diyar, əslində, Qərbi Azərbaycandır. O Azərbaycan ki, onun böyük tarixi ərazisi olub, bu ərazidə özünün dövlətini yaradıb. Bu dövlətin sərhədləri şimaldan Dağıstan, cənubdab İran, şərqdən Xəzər və qərbdən Ağrı dağı olub.
Tarix boyu Azərbaycana yağı kəsilən Rusiya və İran Böyük Azərbaycanı parçalamaq, strateji cəhətdən əlverişli rayonlarını və bölgələrini ələ keçirmək üçün məqsədyönlü, çirkin oyunlar oynayıb, birləşməkdən çox mənəm-mənəmlik iddiasında olan bəylərin, "milli liderlər"in səhvindən, xəyanətindən bacarıqla istifadə ediblər. Belə itkilərdən, bəlkə də ən böyüyü Zəngəzur olub. Zəngəzurun itkisi parçalanan 2 Azərbaycanı, Türkiyə və Şimali Azərbaycanı əbədi olaraq ayırır, çox kövrək vəziyyətdə olan əlaqə körpüsünü uçururdu. Nəticədə, Azərbaycanın və Türk dünyasının faciəsi baş verdi. Ortaya belə bir sual çıxır: Zəngəzuru ermənilərə kim və niyə verdi?
Zəngəzur - əlçatmaz, təbii müdafiə istehkamını xatırladan bu diyar Cənubi Qafqazla Kiçik Asiya arasında əlverişli mövqedə yerləşir. Cənubi Azərbaycanla Zəngəzuru və Naxçıvan mahalını Araz çayı ayırır. Bir çox tarixi faktlar, hadisələr Zəngəzurla bağlıdır. Xüsusilə sak, hun, qarqar, oğuz, zəngi və digər tayfaların, Babək, Dədə Qorqud və Qaçaq Nəbi kimi tarixi şəxsiyyətlər, Bəz qalası, Qarqar yazısı kimi abidələrin, onqon və şamanizm etiqadının Zəngəzurda izlərinin olması bir sıra tarixi həqiqətlərin araşdırılması üçün açar rolu oynayır.
1920-ci ilə qədər Azərbaycanın tərkib hissəsi sayılan Zəngəzur mahalı, əslində uzun illər rəsmi sənədlərdə Gəncə quberniyasının qəzası kimi göstərilib: Sisyan, Gorus, Mehri, Qafan, Zəngilan, Qubadlı, Laçın 1920-ci ildə Zəngəzurda yaşayan 224.197 nəfər əhalinin 70%-i Azərbaycan türkləri idi.
Ümumilikdə Qərbi Azərbaycanın tarixi, coğrafi yerləşməsi, iqtisadiyyatı, etnik tərkibi, əhalisi, maddi-mədəniyyətinə yaxından bələd olan hər bir şəxs yaxşı bilir ki, ermənilər zaman-zaman Azərbaycanın torpaqlarını, xüsusilə Zəngəzur, Göyçə, İrəvan, Qarabağ, Dərələyəz mahallarını zəbt edib, həmin ərazilərin Ermənistanın qədim ərazisi olduğunu saxta sənədlərlə sübut etməyə çalışıblar.
Qədim Alban abidələri ilə zəngin olan Zəngəzur dağları erməni tarixçiləri tərəfindən saxtalaşdırılmaqla xristianların - ermənilərin qədim ata-baba yerləri (VII-X əsrlər) olduğu iddia olunur. Guya bu ərazidə X əsrə qədər ancaq ermənilər yaşayıb.
Onlar tarixi saxtalaşdırmaq, Zəngəzura sahib çıxmaq üçün hər cür saxtakarlığa, iyrənc əməllərə əl atıblar. Halbuki, erməni elm adamı Zaven Korkodyanın 1932-ci ildə nəşr etdirdiyi "Sovet Ermənistanının əhalisi son yüz ildə 1831-1931" kitabındakı statistik məlumatda 2310 kənddən 2000-dən çoxu Azərbaycan mənşəlidir.
Zəngəzur qərbi Azərbaycanın itirilən, əslində bolşeviklərin hiyləsi nəticəsində səhv olaraq Ermənistana bağışlanan bir parçasıdır. 1915-ci ildən Zəngəzur siyasətinin zəhərvericisi və həyata keçirənləri A.Mikoyan və S.Şaumyan kimi "inqilabçılar" idi. İdeyanın yayıldığı yer Zəngəzurun Gorus şəhəri idi. Burada son əsrlərdə millətçi ermənilər daha çox lövbər salmışdılar. Onlar Qərbi Azərbaycanda keçirilən deportasiya planının müəllifləri idilər. İndiki Gorus şəhərinin təzə küçələrinin altında minlərlə günahsız öldürülən azərbaycanlının sümükləri çürüməkdədir...
Fazil QARAOĞLU,
professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ