çərşənbə axşamı günü, 27 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycanda alternativ (bərpa olunan) enerji mənbələri: mövcud vəziyyət, əsas prioritetlər və perspektiv imkanlar
Tarix: 17.09.2015 / 02:28
Bölmə: İqtisadiyyat
Məlumdur ki, dünya əhalisinin sayı durmadan artır. Bununla əlaqədar əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmək, sosial-iqtisadi durumunu təmin etmək kimi çox vacib məsələlər gündəmə gəlib. Digər tərəfdən, hərbi münaqişələr, "soyuq müharibə" dövrünə qayıdış, "rəngli inqilablar"la ABŞ və Qərbin müsəlman ölkələrində "demokratiyanı qoruması" və digər neqativ proseslər iqtisadiyyatın artım tempini vacib edib.
Bu artım isə mövcud enerji resurslarından maksimum istifadə etməklə mümkün olur. Lakin proqnozlara görə, bu ehtiyatlar ən yaxşı halda 80-100 ilə kifayət edə bilər. Ənənəvi enerji ehtiyatları tükənməz olmadığı kimi, həm də ən müasir texnologiyadan istifadə edildikdə belə, ətraf mühitin zəhərlənməsi ilə müşahidə olunur. Artıq heç kim şübhə etmir ki, ozon qatının zədələnməsi, planetin istiləşməsi, buzlaqların əriməsi, hava mühitinin tərkibinin korlanması və digər aşınmalar mövcud enerji növlərinin istifadədən sonra atmosferə buraxdığı zəhərli qazların hesabınadır. Fikrimizi bu gün Pekin, Şanxay və digər meqapolislərdə insanların küçəyə qoruyucu tənziflərlə çıxması da təsdiqləyir.
Bugünkü rəsmi statistikaya görə, hazırda dünyanın enerji tələbatının 80 faiz neft, qaz və kömürün hesabına təmin olunur. Dünya üzrə qlobal elektrik enerji təminatı isə ümumi enerji istehlakının təqribən 65 faizi qədərdir. Göründüyü kimi, neft, qaz və kömürə əsaslanan energetika dünyanın qlobal enerji probleminin əsas səbəbidir. Belə ki, hazırda atmosferə atılan qazların 70-80 faizi enerji istehsal edən qurğuların payına düşür. AMEA-nın birinci vitse-prezidenti Arif Həşimovun mətbuata açıqlamasına görə, böyük karbohidrogen ehtiyatına malik olan Azərbaycanda tüstü qazlarının əsasını karbon qazı təşkil edir ki, onun da emissiyasının 97 faizi energetikanın hesabınadır. Mötəbər proqnozlara görə, bu neqativ tendensiyanın dinamikası 2025-ci ilədək davam edəcək. Göründüyü kimi, dünyaya xas olan həmin qlobal problemin həlli ölkəmiz üçün də prioritet məsələlərdən biridir.
Beləliklə, ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin qlobal təhlükəsizliyə verdiyi töhfəni, ətraf mühitin qorunmasında əvəzsiz təsirini, iqtisadi baxımdan səmərəliliyini nəzərə alaraq bu sahə üzrə konsepsiya və işlək qurum yaradıldı. Qeyd edək ki, "Ətraf mühitin mühafizəsi üzrə Milli İcra Planı"na daxil edilən və beynəlxalq sənədlərin prinsiplərinə əsasən bu konsepsiyada həm də qabaqcıl ölkələrin təcrübəsi nəzərə alınıb. Bunun ardınca konkret icra mexanizmləri nəzərə alınmaqla bərpa olunan enerji mənbələrindən istifadəni inkişaf etdirmək məqsədilə cənab İlham Əliyevin sərəncamı ilə (21 oktyabr 2004-cü il) "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" təsdiq olundu. Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla isə (16 iyun 2009-cu il) Sənaye və Energetika Nazirliyinin tərkibində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradıldı.
Sözügedən enerji mənbələrindən istifadənin əhəmiyyətini qeyd edən cənab İlham Əliyev deyib: "Biz alternativ enerji mənbələrini yaratmağa çalışmalıyıq. İlk növbədə kiçik çaylarda mini suelektrik stansiyaları tikilməlidir. Bununla yanaşı, biz külək və günəş enerjisindən də səmərəli istifadə etməliyik. Günəş də, külək də bizdə kifayət qədərdir. Bu sahəyə həm yerli, həm də xarici özəl şirkətləri cəlb etmək olar...".
Doğrudur, bu gün ənənəvi enerji mənbələrindən istifadədə mütərəqqi texnologiyaları tətbiq etməklə zərərli maddələrin atmosfera buraxılmasının qarşısı qismən alınıb. Lakin bu kifayət etmir. Problemin kardinal həlli yalnız və yalnız ənənəvi enerji növlərinin bərpa olunan enerji mənbələri ilə mütəmadi əvəzlənməsidir.
Bərpa olunan enerji mənbələri günəş və qeyri - günəş mənşəli olmaqla 2 növdür. Günəş mənşəli bərpa olunan enerji mənbələrinə günəş radiasiyası, çayların hidravlik, külək, biokütlə və okean (suyun, dalğanın temperaturlar fərqi və s., enerjiləridir. Qeyri-günəş mənşəli enerji mənbələrinə isə əsasən geotermal enerji və qabarmalarının enerjisi aiddir. Bərpa olunan enerji mənbələri arasında ehtiyatlarının miqyası və ekoloji təmizliyinə görə günəş enerjisi daha perspektivlidir. Xoşbəxtlikdən Azərbaycan karbohidrogen ehtiyatları kimi, günəş enerjisi ehtiyatları ilə də zəngindir. Belə ki, Abşeron yarımadası və Xəzər dənizinin sahilboyu ərazisində günəş şüalarının müddəti il ərzində 2500, Naxçıvan MR-da isə 2900 saata bərabərdir. Naxçıvan MR-nin respublikanın vahid elektrik təchizatı şəbəkəsindən kənarda qalmasını nəzərə alsaq, bu regionda bərpa olunan enerji mənbələrindən istifadə həyati əhəmiyyət daşıyır. Abşeron yarımadası və Xəzər dənizinin sahilboyu ərazisi külək enerjisi ilə də zəngindir. Hesablamalar təsdiq edir ki, 500 kilovatt gücə malik olan bir külək elektrik stansiyası daş kömür stansiyası ilə müqayisədə 750-1250 ton karbon qazının və 3-6 ton digər zərərli maddələrin emissiyasının qarşısını alır. Bu baxımdan Abşeron yarımadasında külək qurğularının tətbiqi həm ölkə iqtisadiyyatına, həm də ekologiyaya mühüm töhfə verər. Müqayisə üçün qeyd edək ki, həmin ərazidə təkcə külək enerjisindən istifadə edilməsi: a) ölkə üzrə ümumi enerji balansının 20 faizini təmin edər; b) bir il ərzində 120 min ton mazuta qənaət və 375 min ton karbon qazının atmosferə atılmasını yox edər.
Bərpa olunan enerji mənbələrinə daxil olan kiçik çayların enerjisi ilə işləyən avtonom su elektrik stansiyalarının istifadəyə verilməsi də çox önəmlidir. Belə ki, bu tip stansiyaların yaradılması ilə ucqar bölgələri elektrik enerjisi ilə təmin etmək, uzaq məsafələrə ötürülən elektrik enerjisində itkiləri azaltmaq, zəhərli qazların tullantılarının qarşısını almaq mümkündür.
Bərpa olunan alternativ enerji mənbələrindən biri də geotermal enerjidir. Azərbaycanın müxtəlif bölgələrində yerin altından səthə axan istiliyin temperaturu yüksək olduğundan, bu enerjidən geotermal stansiyaların yaradılması üçün və ya aşağı potensiallı istilik mənbəyi kimi istifadə oluna bilər.
Bərpa olunan enerji mənbəyi kimi hidrotermal enerji də xüsusi maraq doğurur. Bu mənbələrdə yeraltı istilik yer səthinə çıxarılır. Həmin isti su istixana, binaların qızdırılması, bəzi texnoloji proseslər və digər məqsədlər üçün çox yararlıdır.
Məlumdur ki, iqtisadiyyatın bütün sahələrində istehsal tullantılarının müəyyən hissəsini biokütlə maddələri təşkil edir. Həmin maddələrdən elektrik enerjisinin istehsalında istifadə olunan bioqaz, biomaye və bərk biokütlə alınır. Artıq bir çox ölkələrdə fəaliyyət göstərən zibil emalı zavodlarında məişət və sənaye tullantıları yandırılır. Zibillərin yandırılmasından alınan enerji hesabına kənd və qəsəbələr istilik və elektrik enerjisi ilə təmin edilir. İqtisadiyyatı yüksələn xətlə gedən Azərbaycanda bu tullantılardan məqsədyönlü istifadə etmək üçün müəyyən işlər görülüb. Belə ki, Fransanın CNİM S.A. şirkəti tərəfindən tikilən Balaxanı zibil emalı zavodu artıq fəaliyyət göstərir. Burada 500 min tona yaxın məişət tullantılarının yanması üçün iki xətt inşa edilib. Zavodda hər il 230 meqavatt elektrik energisi istehsal edən turbinlər quraşdırılıb. Müəssisədə zibillərin yandırılması nəticəsində əmələ gələn şlam isə yol tikintisində istifadə olunur.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Sənaye və Energetika Nazirliyinin tabeliyində olduğu dövrdə də, mərkəzi icra hakimiyyəti kimi müstəqil fəaliyyətə başlayandan sonrakı qısa müddətdə də günəş, külək və bioqaz mənbələrindən elektrik enerjisi almaq üçün mühüm işlər görüb.
Belə ki, 2011-ci ildə Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin istifadəyə verilməsi ölkəmizin günəş, külək və bioqoz enerjisi istehsalı sahəsində reallaşdırdığı ilk iri layihəsidir. Poliqonun yaradılmasında məqsəd respublikada alternativ və bərpa olunan enerjinin inkişafı üçün istiqamət və təcrübə formalaşdırmaq, sahənin inkişafına təkan verməkdir. Dünyada ilk hibrid stansiya olan bu obyektdə 2,7 meqavat külək, 1,8 meqavat günəş və 0,6 meqavat bioqaz enerjisi istehsal edən stansiyalar fəaliyyət göstərir. Burada hər birinin gücü 0,9 meqavat olan üç külək turbini, 1,8 meqavat gücündə günəş enerjisi stansiyası və 1 meqavat gücündə bioenerji qurğusu işləyir. Nəticədə qısa müddətdə bir milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Yaxın gələcəkdə poliqonun gücünün 5,5 meqavata çatdırılması nəzərdə tutulub. Hazırda burada regionlarda yerləşən alternativ və bərpa olunan enerji mənbələri üzrə enerji stansiyalarının iş rejimlərini avtomatik idarə edilməsinə imkan yaradan "ağıllı şəbəkə" sistemi quraşdırılır. Poliqonun fəaliyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev deyib: "Qobustandakı stansiya çox gözəl təcrübədir, bu layihələrin böyük perspektivi var... Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyalardır... Hesab edirəm ki, bir neçə ildən sonra bu gün burada göstərilən imkanlardan Azərbaycan vətəndaşları səmərəli şəkildə istifadə edəcəklər".
Məlumdur ki, Günəş enerjisindən istifadə edərkən xüsusi panel və lampaların olması vacib şərtdir. Bu hissələrin xaricdən gətirilməməsi üçün 2012-ci ildə cənab İlham Əliyevin iştirakı ilə Sumqayıtda günəş panelləri və LEd lampaları istehsal edən Azgüntex zavodu istifadəyə verilib. Artıq məhsullarını bazara çıxaran zavodda yaxın gələcəkdə 240 min günəş paneli istehsal ediləcək.
Sumqayıtda yaradılacaq Yüksək Texnologiyalar Parkında regionda ən nəhəng müəssisələrdən biri kimi, alternativ və bərpa olunan enerji ilə qidalanacaq 15 zavodun tikintisi planlaşdırılır. Bu yaxınlarda inşasına başlanacaq Samux Aqrotexniki Kompleksində isə 10-dan artıq istehsal təyinatlı obyektlər fəaliyyət göstərəcək. Bu kompleksin işi də günəş, su, bioqaz enerjisi mənbəyi hesabına təmin ediləcək. Ümumiyyətlə, 2020-ci ilədək ölkəmizin əksər rayonlarında gücü ilkin mərhələdə 15-20 meqavat, sonradan isə 45-50 meqavata malik hibrid stansiyaların inşası nəzərdə tutulub. Bu sahədə ölkəmiz Asiya İnkişaf Bankı, BMT-nin İnkişaf Proqramı çərçivəsində bir sıra beynəlxalq şirkətlər ilə sıx əməkdaşlıq edir.
Göründüyü kimi, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) üzvü olan Azərbaycanda alternativ enerji mənbələrinin istismarı istiqamətində müəyyən işlər görülüb. Şübhəsiz ki, həm görülən, həm də planlaşdırılan işlər ölkəmizin energetika sahəsinin gələcək inkişafına mühüm töhfələr verəcəkdir. Bu, həm də ölkə və regionda ekoloji tarazlığın qorunması üçün geniş imkanlar açacaq.
Vaqif CƏLİLOĞLU,
tex.e.üzrə fəlsəfə doktoru
Yazı Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
DİGƏR XƏBƏRLƏR
Tarix: 26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
Tarix: 26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
Tarix: 21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...
Tarix: 21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər
- Aİ-dən TƏKLİF...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...
27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...
27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır -
hədəf kimdir?
27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı -
ələ keçirilən arsenalın taleyinə Livan qərar verir
27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" -
Fərid Şəfiyev
27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" -
Türkmənistanın mədəniyyət naziri
27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi
27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat
– üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...
27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...
27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb"
-ICESCO-nun Baş direktoru
27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib"
- İƏT-in Baş katibi
27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?
27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır
27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"
27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı
27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"
27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"
- Prezident
27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"
27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi
- saxlanan var...
27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"
- Prezident
27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"
27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"
- Prezident
27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı
27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı
27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"
- Prezident İlham Əliyev
27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"
27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir
27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır"
- Prezident
27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"
27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir"
- Prezident
27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
- FOTO/VİDEO
27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində
- Netanyahu, ya Eisenkot...
27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…
27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti...
Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…
27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub
- YENİ DETALLAR ortaya çıxdı...
27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi
26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur
- qərar verildi…
26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
- FOTO
26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi
- FOTO
26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...
26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...
26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...
26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...
26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur
26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır
- Bu insanlara nə olub?
26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...
26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...
26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir
- Niyə?...
26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...
26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir
26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür
26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
- FOTO
26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...
26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır
26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi
- Əli Əsədov qərar imzaladı...
26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi...
İnanaq?
26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu
26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...
26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...
26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"
26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır"
- Prezidentin köməkçisi
26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"
26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir"
- Hikmət Hacıyev
26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"
26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir"
- Hikmət Hacıyev
26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"
26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb"
- Hikmət Hacıyev
26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB
- İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...
26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi
- son nöqtəni qoymağa hazırıq...
26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı...
114 vəzifəli həbs olundu...
26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...
26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir"
- Ceyhun Bayramov
26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi
26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
- FOTO
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ