çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Yeni beynəlxalq devalvasiya dalğası manatdan yan keçəcək

Image



Dünya bazarlarında neftin tez-tez dəyişən qiyməti müxtəlif ölkələrdə valyutaların kursuna da təsirsiz ötüşmür. Məsələn, neftin ucuzlaşması şimal qonşumuzun valyutasına birbaşa təsir edir. Bu sıraya ərəb ölkələri, İran, Venesuela kimi ölkələri də aid etmək olar. Amerikanın "Morgan Stanley" maliyyə konqlomeratının inkişaf etməkdə olan bazarlar bölməsinin başçısı Ruçir Şarma bildirib ki, ucuz neft dövrü uzun illər sürə və zaman-zaman "qara qızıl"ın kotirovkaları bir barrel üçün 35 dollardan aşağı düşə bilər:
"Xammal bazarlarındakı uzun qışa hazırlaşmaq lazımdır". Onun sözlərinə görə, neft sahəsinin 200 illik tarixi bunu sübut edir: neftin qiymətləri təxminən 10 il qalxır, sonra isə 20 il ərzində düşür.
Ruçir Şarma qeyd edir ki, qarşıdakı böhranın əsas faktorlarından biri Çin sənayesində artım tempinin zəifləməsidir və bunu inkişaf etməkdə olan bazarlardan heç biri kompensasiya edə bilməz. Bundan başqa, neft qiymətlərinə təklifin izafiliyi də təzyiq göstərir və bu, neftin bir barreli üçün qiymətin 35 dollaradək düşməsinə aparır. Həmçinin ABŞ rekord həcmlərə yaxın neft hasil edir. Neftin belə dəyərdən düşməsi həm də yeni qlobal iqtisadi böhranın yaranmasına rəvac verən amillərdən hesab olunur.
ABŞ-ın "Citibank" maliyyə qurumu isə 2016-cı il üçün baza ssenarisi kimi dünyanın qlobal resessiya ilə üzləşəcəyini bildirib. Bankın açıqlamasında qlobal resessiya ssenarisi proqnozlarına səbəb kimi, neftin ucuzlaşması ilə yanaşı, iqtisadi zəifləmə göstərilib. Qeyd olunur ki, Çin iqtisadiyyatının zəifləyən artım tempi öz arxasınca digər inkişaf etməkdə olan ölkələri də aparacaq. Belə ki, Rusiya və Braziliya artıq resessiyadadır. Gələn il isə digər inkişaf etməkdə olan ölkələrin də bu problemlə üzləşməsi gözlənir. Yaponiyanın ikinci ən böyük broker şirkəti "Daiwa Securities" bankı qeyd edib ki, dünya maliyyə sistemini heç bir zaman görmədiyi şiddətli çöküş gözləyir. Bunun əsas səbəbi kimi isə Çindəki iqtisadi kataklizmalar göstərilib.
Dünyanın nüfuzlu iqtisadi nəşrlərindən "The Financial Times" qəzetinin analitikləri xəbərdarlıq edir ki, yeni böhran təxmin edildiyindən daha dərin ola və daha uzun çəkə bilər. Böhranın kimə necə təsir göstərəcəyi barədə isə müxtəlif təhlillər var. Hazırda böhran valyuta müharibələri fazasına daxil olub və iqtisadiyyatı laxlayan ölkələr bir-birinin ardınca öz milli valyutasını ucuzlaşdırır.
Dünya birjalarında neftin qiymətinin ucuzlaşması və Çin böhranı isə, qeyd olunduğu kimi, bir sıra ölkələrdə devalvasiyaya səbəb olur. Məsələn, qonşu Rusiyada rublun məzənnəsinin dollar və avro qarşısında ucuzlaşması göstərilən səbəblərlə izah edilir. Qazaxıstanda hazırda davam edən devalvasiya da bu amillərlə izah olunur. Qazaxıstanın milli valyutası olan tenge dollarla müqayisədə daha 7,8% dəyərdən düşüb. Bununla da dolların rəsmi məzənnəsi rekord maksimal həddə, yəni 285,38 tengeyə çatıb. Proseslərin Azərbaycana mümkün təsiri isə xüsusi maraq doğurur. İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, manatı yeni devalvasiya təhlükəsi gözləmir: "Manatın dollara nəzərən məzənnəsini müəyyənləşdirən zaman neftin dünya bazar qiymətinin cari təsiri olmur. Neftin dünya bazar qiyməti manata strateji təsir edir. Fevral ayından başlayaraq, Mərkəzi Bank ikivalyutalı səbətindən istifadə edir. Əvvəllər valyuta səbətində dollar əsas götürülürdüsə və dollara nisbətən manatın məzənnəsi müəyyən edilirdisə, hazırda dollarla yanaşı, avro da valyuta səbətində var. Dünya bazarındakı dəyişikliklərə uyğun manatın həm dollara, həm də avroya nəzərən məzənnəsi dəyişir. Manatın növbəti mərhələlərdəki məzənnəsi daha çox avro-dollar münasibətləri və qlobal valyuta bazarındakı vəziyyətdən asılı olacaq. Mərkəzi Bank yaxın aylarda devalvasiyaya getməməyə çalışır. Səbəb də odur ki, yeni devalvasiya bank, eləcə də özəl sektora mənfi təsir göstərə bilər. Digər tərəfdən, bir il ərzində iki dəfə devalvasiya iqtisadi baxımdan arzuolunan deyil. Bundan əlavə, dollarlaşma prosesinin artıq əks prosesi müşahidə edilir. Belə ki, dövriyyədə bəlli həcmdə manat var. Bu manatın əhəmiyyətli hissəsi dollara çevrilib. Məsələn, 10 min manat pulunuz var idi. Artıq onu dollara çevirmisiniz. Yenidən dollarlaşma üçün yenə manatınız olmalıdır. Dövriyyədə olan manatın əsas hissəsi dollarlaşdığından və biznes subyektləri, eləcə də insanlar cari xərcləmələrdə manatdan istifadə etdiyindən, məcburdur ki, xarici valyutalarını hissə-hissə manata çevirsin. Əks proses baş verdiyindən, bu, Mərkəzi Bankın intervensiyasına təsir edir. Avqust ayında Mərkəzi Bankın intervensiya xərcləri bir milyard dollardan çox olub. Bunun da səbəbi avqustun ortalarında Qazaxıstan tengesinin dəyər itkisindən sonra valyuta bazarında ajiotajın yaradılmasıdır.
Əslində ajiotaj şənbə və bazar günü baş verdiyindən, bu, süni ajiotaj idi. Lakin o ərəfədə vətəndaşların bir qisminə kifayət qədər baha kursla dollar satıldı. Çünki valyutadəyişmə məntəqələrinin bəzilərində, xüsusilə rayonlarda 100 dollar almaq üçün 107-108 manat ödənirdi. Nəticədə süni ajiotaj yaradanlar vəziyyətdən qazandılar. Növbəti gün dolların məzənnəsi düşməyə başladı. 108 manata 100 dollar alan vətəndaş həmin pulu 104-105 manata dəyişdi və müəyyən adamlar qazandı". O da vurğulanır ki, Azərbaycanın valyuta ehtiyatları da manatın kursunun sabit saxlanmasına imkan verir.
Tahir TAĞIYEV




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ