çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Dünya iqtisadiyyatı ciddi sınaq qarşısındadır

Image


İqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş 8 sentyabr tarixli müşavirədə Prezident dünya iqtisadiyyatında və xüsusilə də Avroasiya məkanında baş verən iqtisadi böhranın ciddi formalar aldığını bildirdi. Təəssüflər olsun ki, rəqəmlərlə manipulyasiya edərək illərdir cəmiyyətə həqiqətə uyğun olmayan informasiyalar ötürənlər bu dəfə də öz vərdişlərinə sadiq qalaraq Prezidentin dediklərini "təkzib etməyə” çalışdılar.

Əslində isə belə təkzib cəhdlərinə yol verənlər növbəti dəfə göstərdilər ki, onların əsas işi real faktları araşdırmaq, səhih məlumatlar üzərində təhlillər aparmaq deyil, Azərbaycan cəmiyyətini çaşdırmaq, insanları dünyada gedən proseslər barədə məlumatlardan uzaq saxlamaqdır. İqtisadçı qismində məsələlərə şərh verən bəziləri xüsusən sözügedən müşavirədən sonra böhranın guya ancaq Azərbaycanı əhatə etdyinə dair fikirlər formalaşdırmağa çalışır və bu məqsədlə mənşəyi bəlli olmayan rəqəmlərdən istifadə edirlər. "Dünyada iqtisadi böhran yoxdur və gözlənilmir” deyənlər görünür dünyanın nüfuzlu maliyyə institutlarının rəhbər və mütəxəssislərinin açıqlamaları və şərhlərindən xəbərsizdirlər. Hər halda prosesləri müşahidə etmək, sahə üzrə nüfuzlu ekspertlərin proqnozları ilə tanış olmaq imkanına malik şəxs heç bir halda dünyanı böhrandan uzaq kimi göstərə bilməz. Təəssüf ki, iqtisadçılarımız arasında qaragüruhu bu sahəyə də daşıyanlara və mənasız şüarçılıqla məşğul olanlara rast gəlirik.

Dünyanın reallıqları tamam başqa mətləblər üzərində köklənib. Bu gün gəlirlərin azalması kimi hallar təkcə hasilat ölkələrində deyil, digər ölkələrdə də mövcuddur. Hətta aparıcı Avropa ölkələrində də kifayət qədər ciddi geriləmələr müşahidə olunur. Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqardın 2014-cü ilin yekunlarına həsr olunmuş hesabatdakı bir fikrini yada salaq: "Formalaşmış bazara malik ölkələr iqtisadi aktivliyin genişmiqyaslı və sinxron şəkildə aşağı düşməsi prosesini yaşayırlar ki, bu da öz növbəsində dünyanın başqa yerlərindəki perspektivləri də pisləşdirir.” Göründüyü kimi, Avropa ölkələrində iqtisadi aktivliyin aşağı düşdüyü dünya iqtisadiyyatının monitorinqini ən yüksək səviyyədə aparan mötəbər maliyyə institutunun rəhbərliyi səviyyəsində bəyan olunub. Beynəlxalq Valyuta Fondu rəsmi hesabatlarında dünya iqtisadiyyatının ümumi vəziyyətini böyük narahatlıqla izah edirsə və cari 2015-ci ilə dünya iqtisadiyyatının proqnozlaşdırılan artım sürətini 3,5%-dən 3,3%-ə endirirsə, burada pozitiv nə ola bilər axı?

Ayrı ayrı ölkələr üzrə cari ildə iqtisadiyyat göstəricilərin artacağını iddia edənlər nədənsə əvvəlki illərlə müqayisə aparmağı lazım bilmirlər. Məsələn, iddia olunur ki, dünya iqtisadiyyatının 16,3%-ni verən Çində 6,8% artım gözlənir. Elə isə nədən göstərilmir ki, Çinin Ümumi Daxili Məhsulu 2007-ci illə müqaisədə 2 dəfəyə qədər azalıb və 2010-cu ildən bu tərəfə hər il bu azalma davam edir. Çib qitisadiyyatında cari ildə də keçən illə müqaisədə ən azı 0,6% azalma gözlənilir. Bu, iqtisadi artımı illərdir ikirəqəmli göstəricilərlə xarakterizə olunan iqtisadi möcüzələr ölkəsi üçün olduca ciddi geriləmədir. Yaxud götürək Yaponiyanı. Eyni qayda ilə Yaponiya hökuməti 2015-ci ilə 1,5% iqtisadi artım proqnozlaşdırsa da artıq bu günə həmin rəqəmi iki dəfədən çox azaldaraq 0,7%-ə salmaq məcburiyyətində qalıb. Cari ilin sonuna qədər bu rəqəmin bir qədər də azalması gözlənilir. Avropa ölkələri də genişmiqyaslı böhranın bir addımlığındadır. ATƏT Parlament Assambleyasının prezidenti İlkka Kanerva da öz açıqlamalarında bunu açıq şəkildə bəyan edir. Avropadakı mövcud iqtisadi durumu xarakterizə edən İ. Kanerva deyir: ”Əgər Ukraynadakı konflikt sülh yolu ilə həll olunmasa Avropa irimiqyaslı böhranla üz-üzə qalacaq”.

ABŞ iqtisadiyyatının 2009-cu ildən durğunluq vəziyyətindən çıxdığı bəyan edilsə də bu iddialar reallıqdan daha çox siyasi motivlərə söykənir. Analitiklər dünyanın iqtisadi nəhənginin real iqtisadi durumunun geniş ictimaiyyətdən gizlədildiyini konkret faktlarla ortaya qoyurlar. Amerika Ticarət Nazirliyinin iqtisadi təhlil bürosunun son dövrlər şişirtmələrə yol verdiyi indi ABŞ-da az qala hər kəsə bəlli olub. Bir neçə rəqəmə nəzər salaq. 2013-cü ilin üçüncü rübündə ABŞ iqtisadiyyatı cəmisi 0,5% artsa da təhlil bürosu bu rəqəmi 2,5% təqdim etmişdi. Eyni qayda ilə bu ilin birinci rübündəki 0,2% azalma sonradan dəyişdirilərək 0,6% artımla əvəzlənmişdi. Bu kimi faktların sırasını daha da genişləndirmək olar. Lakin düşünürük ki, sadaladığımız reallıqlar da kifayət edir ki, böhranın irimiqyaslı olduğuna dair aydın təsəvvürlər yaransın. O da sirr deyil ki, nüfuzlu maliyyə institutlarının mütəxəssisləri 2008-ci ildə baş vermiş hadisələrin hər an təkrarlana biləcəyindən narahatlıq ifadə edirlər. Əgər bu gün Səduyyə Ərəbistanı kimi bir ölkədə büdcənin kəsiri onun Ümumi Daxili Məhsulunun 20%-ni ötürsə və bu ölkə artıq borclanma yolunu tutubsa, bu, az mətləblərdən xəbər vermir...

Azərbaycan Prezidenti bu ayın 8-də keçirilən müşavirədə "Dünyada dərin iqtisadi və maliyyə böhranı davam edir. Xüsusilə Avrasiya məkanında bu böhran daha da ciddi formalar alıb” deyəndə məhz dünya iqtisadiyyatında yaranmış bu durumdan çıxış etmişdi. Lakin bununla belə Prezident Azərbaycanın dayanıqlı iqtisadi sistemə malik olması faktına əsaslanaraq bütün çətinliklərə sinə gərə biləcəyimizdən də bəhs etdi. Bəli, həqiqətən də bu gün Azərbaycanın potensialı imkan verir ki, bu gün qarşılaşdığımız çətinliklərə də 2008-ci ildə olduğu kimi sinə gərək. Xatırlayırsınızsa həmin il dünyanı bürümüş maliyyə təlatümündən Azərbaycan yan keçə bilmişdi.

Fikrət Yusifov

İqtisad elmləri doktoru, professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ