Rusiyadan Azərbaycana pul transferində 40 faiz azalıb. Rusiya və Azərbaycan arasında fərdi pul köçürmə sistemləri vasitəsilə pul transferlərinin miqdarı 2015-ci ilin ikinci rübündə 225 milyon dollar təşkil edib. Keçən ilin eyni dövrünə görə rəqəmlər 39.68 faiz azalıb.
Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının açıqlamasında deyilir. Rusiya Mərkəzi bankının məlumatlarına görə, ikinci rübdə Rusiyadan Azərbaycana fərdi pul transferləri 190 milyon dollar olub. Bu keçən illə müqayisədə 43,11 faiz azdır. Bundan başqa bu il orta transfer miqdarının əməliyyat başına 519 dollar olduğu bildirilir. Keçən il isə ikinci rübdə Rusiyadan Azərbaycana 334 milyon dollar pul göndərilib və əməliyyat başına ortalama 654 dollar olub.
Azərbaycandan Rusiyaya pul transferlərində də azalma davam edir. 2015-ci ilin ikinci rübündə köçürmələr 10,26 faiz azalaraq 35 milyon dollar təşkil edib. Orta hesabla əməliyyat başına 568 dollar. Keçən il eyni dövrdə transferlər 39 milyon dollar, orta tək əməliyyat miqdarı isə 689 dollar qeydə alınıb.
MDB ölkələri arasında Azərbaycanla ən cox ticarət dövriyyəsinə malik olan olkə Rusiya Federasiyasıdır. Bu ölkənin Azərbaycanın ticarət dovriyyəsindəki payı 50 faizdir. Digər MDB ölkələri ilə müqayisədə Rusiyanın daha böyük üstünlüyə malik olmasının səbəbi isə bu ölkənin Azərbaycanın kənd təsərrufatı məhsulları üçün böyük bazara sahib olmasıdır.