çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Azərbaycan gənclərin məşğulluq problemlərinin həllində dünyada 10 lider ölkə sırasına daxil edildi

Image


ƏƏSMN və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə Bakıda "Gənclərin məşğulluğu üzrə siyasətlərin, proqramların və institutların qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatda bildirilir ki, tədbirdə aidiyyəti hökumət və qeyri-hökumət qurumlarının, sosial tərəfdaşların, BƏT-in və MDB ölkələrinin nümayəndələri iştirak edir.

Seminarı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və əmək ehtiyatlarından səmərəli istifadənin, o cümlədən gənc işçi qüvvəsinin iqtisadi tərəqqi proseslərinə fəal şəkildə səfərbər olunmasının hər bir ölkədə sosial-iqtisadi inkişaf üçün vacib şərtlərdən olduğunu diqqətə çatdırıb. Nazir Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkənin dayanıqlı iqtisadi inkişafını təmin edən uğurlu islahatlar kursunda da yeni iş yerlərinin açılması və məşğulluq imkanlarının artırılmasının, gənclərin əmək bazarına çıxışının hərtərəfli dəstəklənməsinin mühüm yer tutduğunu vurğulayıb.

S.Müslümov son illər ölkə rəhbərliyi tərəfindən təsdiq olunmuş dövlət proqramlarının uğurla icrası nəticəsində gənclərin təhsil səviyyəsinin və məşğulluğunun artırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən ardıcıl tədbirlərə də toxunub: "Bu tədbirlərin nəticəsi olaraq, son 5 il ərzində ölkədə 15-29 yaşda gənclər arasında işsizlik səviyyəsi 11,8%-dən 9,7%-dək, 15-24 yaşda isə 14,9%-dən 13,5%-dək azalıb. Bu uğurlara görə Azərbaycan Respublikası BƏT tərəfindən gənclərin məşğulluq problemlərinin həllində dünyada 10 lider ölkə sırasına daxil edilib”.

S.Müslümov nəzərə çatdırıb ki, bu gün dünyada 15-24 yaşda işsiz gənclərin sayı 75 milyon nəfər olmaqla, onlar arasında işsizlik səviyyəsi dünya üzrə orta işsizlik səviyyəsini 2 dəfədən artıq üstələyərək 13,1% təşkil edir və bu rəqəmlər ildən ilə artır: "Ötən həftə Ankara şəhərində Türkiyə Respublikasının sədrlik etdiyi və dünyanın iqtisadi cəhətdən 20 böyük ölkəsini əhatə edən G20 qrupuna üzv və dəvət edilən ölkələrin əmək və məşğulluq nazirlərinin toplantısında da gənclərin məşğulluq imkanlarının genişləndirilməsi məsələsi müzakirə olundu. G20 Əmək və Məşğulluq Nazirlərinin Ankara Bəyanatında G20 ölkələrində gənclərin işsizlik səviyyəsinin 2025-ci ilə qədər 15%-dək azaldılması hədəfi öz əksini tapıb. Yeri gəlmişkən qeyd edim ki, G20 ölkələrində 15-24 yaşda gənclərin işsizlik səviyyəsinin orta göstəricisi 20% (o cümlədən, İspaniyada 53%, Cənubi Afrikada 52%, İtaliyada 43%, Səudiyyə Ərəbistanında 31% və s.) olduğu halda, Azərbaycanda bu göstərici 13,5% təşkil edir”.

Nazir qeyd edib ki, hazırda Azərbaycan Respublikası Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda olan ölkələrdən biridir. Azərbaycan əhalisinin 28,5 %-i gənclərdir və 2014-cü ilin sonuna demoqrafik yük əmsalı 1990-cı ilə nisbətən 1,7 dəfə azalaraq 40 nəfər təşkil edib. Mövcud demoqrafik vəziyyət və bu sahədə perspektiv qiymətləndirmələr ölkədə iqtisadi inkişaf, demoqrafiya, təhsil və məşğulluq siyasətlərinin qarşılıqlı əlaqələndirilməsinin gücləndirilməsini zəruri edir. "Bu gün gənclərin məşğulluğunun təmin olunması məsələsinin həlli təkcə gənclərin və onların valideynlərinin deyil, eyni zamanda, dövlət orqanlarının və qeyri-dövlət təşkilatlarının üzərinə də düşür. Bütövlükdə gənclərin əmək bazarında üzləşdiyi çətinliklər bir tərəfdən işəgötürənlərdə gənc mütəxəssis haqqında, onun ixtisas səviyyəsinin, bilik, bacarıq və səriştəsinin işəgötürənlərin tələblərinə cavab verməməsi ilə bağlı stereotiplərin mövcud olması, digər tərəfdən isə gənclərdə əmək bazarına adaptasiya yolları haqqında düzgün təsəvvürün olmaması, həmçinin istehsalla bağlı deyil, daha çox humanitar peşə və ixtisaslara üstünlük verməsi ilə bağlıdır. Bu da gənclərin peşə yönümü, xüsusilə də məlumatlandırma sisteminin təkmilləşdirilməsi zərurətini ortaya qoyur”.

Nazir bildirib ki, gənclərin məşğulluğunun artırılması, onların əmək bazarına adaptasiyasının asanlaşdırılması, iqtisadiyyatın tələblərinə cavab verən təlim proqramları əsasında müasir təhsil texnologiyalarının və üsullarının tətbiqi yolu ilə bilik və bacarıqlarının artırılması, zəruri səriştələrin aşılanması, peşə yönümü sisteminin təkmilləşdirilməsi, bu məsələlərə işəgötürənlərin maraqlarının artırılması və daha aktiv cəlb olunması istiqamətində tədbirlər həyata keçirilir. "Bu gün qeyd olunan məqsədlərə nail olmaq üçün beynəlxalq və milli əmək bazarının tələblərinə cavab verən kompetensiyalar əsasında peşə və kvalifikasiya standartlarının tətbiqi üzrə işlər aparılır”- deyən S.Müslümov bu istiqamətlərdə Dünya Bankı, Beynəlxalq Əmək Təşkilatı ilə birgə həyata keçirilən layihələrə də toxunub.

Nazir diqqətə çatdırıb ki, ölkədə gənclərin məşğulluğu sahəsində dövlət siyasəti daim təkmilləşdirilməkdədir. Azərbaycanın gələcək 7 il ərzində inkişaf perspektivlərini müəyyən edən "Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında gənclərin sağlam və fəal həyat tərzinin təşviq edilməsi, onların məşğulluq imkanlarının genişləndirilməsi və cəmiyyətə inteqrasiyasının təmin edilməsi ölkənin inkişafı üçün əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilib: "Hazırda Azərbaycan Respublikasında mövcud demoqrafik meyllərə və inkişaf perspektivlərinə, ölkənin iqtisadi prioritetlərinə uyğun olaraq uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması məqsədilə yeni Məşğulluq Konsepsiyasının hazırlanması üzrə işlər aparılır və bu Konsepsiyada gənclərin məşğulluğunun artırılması məsələlərinə xüsusi yer ayrılacaqdır. Gənclərin məşğulluğunun artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi həm ölkə miqyasında, həm də hər bir müəssisə səviyyəsində əməyin məhsuldarlığının artmasına imkan yaradacaq, bu isə öz növbəsində BƏT-in layiqli əmək konsepsiyasının həyata keçirilməsini təmin edir. Ümidvaram ki, bu toplantının nəticəsi olaraq BƏT ilə birgə həyata keçirilən layihə gənclərin məşğulluğunun inkişafı sahəsində məsələlərin milli səviyyədə həllinə töhfə verəcək”.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev ölkəmizdə aktiv məşğulluq siyasəti nəticəsində gənclərin əmək bazarında rolunun artmasının sığorta-pensiya sistemi, habelə həmin şəxslərin gələcək layiqli pensiya təminatı üçün əhəmiyyətini, eyni zamanda rəhbəri olduğu Fondda və onun yerli qurumlarında çalışanların əsasən gənclər olduğunu diqqətə çatdırıb.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli gənclərin səmərəli məşğulluğunun təmin edilməsi, ölkənin dinamik inkişafına uyğun olaraq müasir bilik və bacarıqlara yiyələnməsinə şərait yaradılması yönündə aparılan dövlət siyasətindən, gənclərin məşğulluğunun dəstəklənməsi və əmək münasibətlərində əlavə təminatlara malik olması üçün mövcud hüquqlar sistemindən bəhs edib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Aqil Dadaşov sosial partnyorlardan biri olan AHİK-in ölkəmizdə gənclərin məşğulluğunun təminatına yönələn proqram və tədbirlərin hazırlanmasında, bu sahədə siyasətin təkmilləşdirilməsində fəal iştirakı barədə məlumat verib, qarşıdakı dövrdə də bu istiqamətdə səylərin artırılacağını bildirib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev dövlət dəstəyi nəticəsində özəl sektorun inkişafının əhalinin, o cümlədən gənclərin məşğulluğunun artmasına da müsbət təsirindən bəhs edib, gənc işçi qüvvəsinin işəgötürənlərin tələblərinə uyğun bacarıqlara yiyələnməsi üçün aparılan işlərin xüsusi önəm kəsb etdiyini vurğulayıb.

BƏT-in Moskva ofisinin məşğulluq üzrə baş mütəxəssisi xanım Olqa Kulayeva Azərbaycanda dövlət gənclər siyasətinin gənclərin məşğulluğuna yönələn kompleks tədbirləri də əhatə etməsinin, xüsusən ölkədə gənclərin əmək bazarının tələblərinə uyğun peşə-ixtisas bacarıqlarına malik olmasına yönələn tədbirlərin faydalı olduğunu vurğulayıb. O, BƏT-in bu sahədə üzv ölkələrə müvafiq dəstəyi verməkdə davam edəcəyini bildirib. Seminarda BƏT-in "MDB-də gənclərin məşğulluğuna dair əməkdaşlıq” layihəsinin təqdimatı və qiymətləndirmələrin aparılması, Azərbaycanda gənclərin məşğulluğu üzrə siyasət və proqramların nəzərdən keçirilməsi, ayrı-ayrı MDB ölkələrinin (Rusiya, Qazaxıstan) əmək bazarında mövcud problemlərin və inkişaf strategiyalarının müzakirəsi və s. nəzərdə tutulub.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ