"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan manatının bundan sonra devalvasiyasını gözləmir. Bunu Trend-ə agentliyin maliyyə təşkilatları üzrə analitik qrupunun direktoru Dmitri Vasilyev deyib.
O hesab edir ki, neftin ucuz qiymətlərinin təzyiqini nəzərə alsaq, Azərbaycan üçün müəyyən risklər qalır: "MDB-nin digər ölkələrində isə devalvasiya daha dərin olub. Agentlik bunu Azərbaycanda baza ssenarisi qismində nəzərdən keçirmir".