çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Neftin gələcək dünya qiymətləri ilə bağlı proqnozlar bir az da bulandı...

Image


Dünyanın ən varlı şəxslərindən biri olan Uorren Baffetin "Philips 66" şirkətindən 4,48 milyard dollar məbləğində səhm alması neftlə bağlı vəziyyətin dünya bazarlarında yeni mərhələyə daxil olacağının əsas göstəricilərindən biri kimi dəyərləndirilməkdədir.
Çünki bu şəxs sərmayə dahisi adlandırılır və onun həyata keçirdiyi investisiya dünya bazarlarında neftin qiymətinin kəskin artacağına işarə kimi qiymətləndirilir. "Philips 66" Amerikanın transmilli enerji şirkətidir. Şirkət təbii neft və neft-kimya məhsulları istehsalı ilə məşğul olur. Şirkətin təxminən 14 min əməkdaşı var və dünyanın 65-dən çox ölkəsində fəaliyyət göstərir. Neftin qiymətinin kəskin yüksələcəyinə dair daha bir proqnoz "LUKoil" şirkətindən gəlib.
Rusiyanın neft nəhənginin vitse-prezidenti Leonid Fedun neftin qiymətinin bundan sonra artacağını açıqlayıb: "Artıq neftin qiymətinin pilləli olaraq yüksəlişini görsəniz, təəccüblənməyin. ABŞ-da qazma quyularındakı statistikaya nəzər yetirsək, belə düşünməyə əsasımız var. Bəzi mütəxəssislər ikinci yarımildə bir neçə faktorun təsirli olacağından bəhs edir, bunların qiymət döyüşündə çöküşə yol açacağını ifadə edirlər. Məsələn, üçüncü rübdən etibarən kredit alınan rezervlərin kütləvi şəkildə silinməsi prosesi başlayacaq".
OPEK və ABŞ arasındakı qiymət döyüşünün zirvə nöqtəsinə çatdığını ifadə edən Fedun birincinin vəziyyətinin yaxşı olmadığını qeyd edib: "Qiymət savaşı, Səudiyyə Ərəbistanı xaric, bütün ölkələrə baha başa gəlir. Məsələn, İraqda büdcə 1 barrel neft üçün 50-58 dollar səviyyəsində hesablanıb. Küveytdə isə 54 dollar. Səudiyyə Ərəbistanı büdcəsi üçün 90 dollara ehtiyac var, buna baxmayaraq, ölkə barreli 30 dollar olan qiymətə dözə biləcək gücdədir. Kiçik şirkətlər bazardan çəkilməyə başladığı an OPEK-in ipləri əlində tutmasının bir mənası qalmayacaq. Neft istehsalını mövcud səviyyədə tutmaq mənasız olacaq. Dərhal neftin qiymət səviyyəsi qalxacaq. Ancaq bununla bərabər, çox güclü dalğalanma olacaq".
Neftin sürətli qiymət artımına mane ola biləcək yeganə faktor İran amili sayılır. Amma İran qeftinin 1 ildən tez böyük həcmdə dünya bazarlarına çıxması sual altındadır. İranın neft naziri Bijan Namidar Zəncani iddia edir ki, neftin dünya bazarında qiymətləri yarıya qədər düşəcəyi təqdirdə belə, onlar ixracatı azalmayacaq. O, İranın OPEK-dəki payını geri almaq istədiyini söyləyib: "OPEK və dünya bazarındakı payını qorumaq İran üçün böyük həyati əhəmiyyət daşıyır. Sırf neftin qiyməti düşməsin deyə, neft bazarlarındakı haqqımızdan vaz keçə bilmərik. OPEK-dəki payımızdan heç vaxt imtina etməyəcəyik. Hətta neftin qiyməti yarıya qədər ensə belə, ixracat azalmayacaq. Bəzi ölkələr qiymətləri aşağı saxlamaqla digər dövlətlərə zərbə vurmaq istəyir. Hətta ixaracatı ikiqat artırsaq da, heç bir problem yaşanmayacaq. Biz çətinliklərə alışmış bir ölkəyik, bu durumdan başqaları narahat olsun".
Lakin ABŞ-ın "Goldman Sachs" bankı hesab edir ki, İran neft bazarına gələn ildən tez qoşulmayacaq. Digər mütəxəssislər isə neftin qiymətinin çox güclü düşməyəcəyini söyləyir. Onların fikrinə görə, OPEK kartelinə daxil olan İranın marağı dünya neft bazarının normal funksiya göstərməsindən ibarətdir. Onu da nəzərə almaq lazımdır ki, neftin qiymətinin düşməsi neft istehsal edən, onlara xidmət göstərən və təchizatçı şirkətlərə güclü zərbə vurur. Mənfəət, pul vəsaitlərinin axını və aktivlərin dəyəri azalır. Mənfəət və likvidliyin azalması korporativ sektorda birləşmələrə marağın azalmasına və nəticədə, fond birjasında yüksəlişin dayanmasına səbəb olur. Bu hal Qərb ölkələri üçün də təhdid yaradır. Elə bu səbəbdən Qərb dövlətləri iqtisadiyyatlarının çox zərərə düşməməsi üçün neftin qiymətinin yüksəlməsində artıq maraqlı tərəf kimi çıxış edir. O da xüsusi olaraq vurğulanır ki, investorlar və banklar iqtisadiyyatın neft-qaz seqmenti ilə sıx əlaqədədir. 2005-ci ildə ABŞ-ın yüksəkgəlirli korporativ istiqrazlar indeksində energetika sektorunun payı 5%-i keçmirdisə, hazırda bu rəqəm 15%-ə çatıb. Şist neftinin istehsalı sahəsində borclanmanın həcmi əməliyyat mənfəətindən 3 dəfə artıqdır. Şist neftinin istehsalı ilə məşğul olan bir çox şirkətlər, hətta neftin qiyməti yüksək olduğu vaxtlarda belə, mənfi maliyyə axını ilə üzləşirdilər. Onlar, sadəcə, əlavə vəsaitlər cəlb edərək yeni buruqlar qazmağa və istehsalı dəstəkləməyə məcbur idilər. Bu mənada ABŞ neftin qiymətinin yüksəlməsinə artıq böyük maraq göstərir. Bütün bunlar isə neftin qiymətinin yeni artıma keçəcəyindən xəbər verir.
Tahir TAĞIYEV




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ