Onun sözlərinə görə, "Star” NEZ-in tikintisinin qiyməti 5,6 milyard dollar təşkil edir: "Bununla belə, 3,2 milyard dollar 23 beynəlxalq və yerli bank, 2,4 milyard dolları isə SOCAR tərəfindən qoyulub. "Petkim”in "Star” NEZ-də təqribən 8 faiz həcmində pay əldə edəcəyi gözlənilir”.
K.Yavuz qeyd edib ki, zavodun tikintisi 2018-ci ilin sonuna başa çatacaq: "Hazırda tikinti işlərinin 29 faizi yekunlaşıb. Qoyulan investisiyaların həcmi 2 milyard dollar təşkil edir. Bu məbləğin təqribən 300 milyon dolları layihə maliyyələşdirilməsinin hesabına banklar tərəfindən ödənilib. İnvestisiya mərhələsində 2017-ci ilədək NEZ-də təqribən 10 min nəfər işləyəcək. 2018-ci ilin martında zavodda istehsala başlamaq planlaşdırılır. Onun istismara buraxılmasından sonra min nəfər daimi əsasda iş yerlərilə təmin ediləcək”.
Kənan Yavuz deyib ki, "SOCAR Turkey Enerji” şirkəti kömürlə işləyən 300 meqavat gücündə istilik elektrik stansiyasını (İES) əldə etmək niyyətindədir. Onun sözlərinə görə, kömür daha ucuz yanacaq növüdür və buna görə də kömür elektrik stansiyasının əldə edilməsi iqticadi cəhətdən məqsədəuyğundur: "Socar Power” şirkətinin "Petkim” ərazisində 1500 meqavat gücündə 10 illik layihəsi var və tender prosesini, eləcə də layihənin maliyyələşdirilməsini təmin etmək üçün danışıqlar aparılır. Kogeneresiya qurğusunun (Petkojen) tikintisinin ilkin mərhələsi 2016-cı ildə başa çatacaq. Bununla da xərclənən enerjinin 30 faizə qədərini qənaət etmək mümkün olacaq”.
K. avuz qeyd edib ki, 2023-cü ilə Petkim yarımadasının elektrik və buxar enerjisinə tələbatı 4 dəfə artacaq: "Yarımadada elektrik enerjisinin şaxələndirilməsi üçün 51 meqavat gücündə külək ekektrik stansiyası tikiləcək. Layihənin dəyəri 55 milyon avrodur, tikintinin 2016-cı ilin sonuna başa çatması planlaşdırılır”.