çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

"Bu hal OCCRP-in bütün “faktlarının” necə qərəzli olduğunu göstərir"

Image


2015-ci il avqust ayının 25-də ‘Meydan TV’-nin veb-səhifəsində rus dilində ‘Tainstvennaə kompaniə za korotkiy srok vıiqrala bolee 120 tenderov’ ("Gizli Şirkət 120-dən artıq tenderə qalib gəlib") sərlövhəli məqalə çap edilib. Eyni tarixdə eyni məzmun və başlıq altında, amma məqalənin ingilis dilli versiyası "Organized Crime and Corruption Reporting Project (OCCRP)" veb-səhifəsində çap olunub. Növbəti gün, eyni məqalə Azərbaycan dilində bir sıra veb nəşrlərdə təkrarən nəşr olunub, sosial şəbəkələr vasitəsilə paylaşılıb.

Müəllifliyi göstərilməyən, araşdırmanın düzgün aparılması ilə bağlı məsuliyyətin kimin üzərinə düşməsi aydın olmayan bu məqalədə "Install Service LLC" şirkətinin fəaliyyəti ilə bağlı Vüqar Bayramova istinadən bəzi "fikirlər" qeyd edilir. Elə həmin gün Vüqar Bayramov məqalədə qeyd edilən fikirlərin ona aid olmadığını və onunla sözügedən mətbu orqanın heç zaman əlaqə saxlamadığını bildirib. SİA-nın əməkdaşı bu məsələ barədə Vüqar Bayramov ilə söhbətləşib.

- Vüqar müəllim, OCCRP qrupunun Sizinlə danışmadan, bəzi fikirləri Sizin adınızdan təqdim etməsini necə qiymətləndirmək olar?

- Biliyiniz kimi, sədrlik etdiyim İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) iqtisadi araşdırmalarla məşğul olan təşkilatdır. Araşdırmaların aparılması etikası ilə yaxından tanışdır. Fəaliyyətində hər zaman araşdırma etikasının gözlənilməsinə çalışmışdır. Biz öz araşdırmalarımızda beynəlxalq agentliklərin materiallarına istinad edirik və eyni formada qarşılıqlı olaraq beynəlxalq agentliklər də İSİM-in fəaliyyətini izləyirlər, təşkilatın hazırladığı sosial və iqtisadi araşdırmalara istinad olunur. Belə olan məqamda İSİM və onun rəhbəri adından heç bir araşdırma və müsahibə aparılmadan belə bir məlumatın yayılması, İSİM-in adından sui-istifadədən başqa bir şey deyil. Gələcəkdə beynəlxalq araşdırma mərkəzləri belə hesabatlara istinad edə bilərlər və ümumilikdə beynəlxalq ictimaiyyət səhv məlumatlandırıla bilinər. Məqalədə məsələlərlə şərhverən mənbə qismində isə İSİM və onun sədrinin adı göstərilir. Biz düşünürük ki, İSİM-lə bağlı belə insidentlər olmamalıdır.

Məqalədə "Vüqar Bayramov” adı dörd dəfə çəkildiyi halda, təəssüflə qeyd etməliyəm ki, mənimlə ünsiyyət qurmadan, müsahibə götürmədən və sözügedən məsələ ilə bağlı fikirlərimi öyrənmədən mənim adımdan şərh yayımlanıb. Məqalədə adı hallanan şirkətlə bağlı mən nə ‘Organised Crime and Corruption Reporting Project (OCCRP)’ layihəsinin əməkdaşları, nə də hər hansısa digər bir mətbu qurumun təmsilçiləri ilə danışmışam. Belə olan halda, mənə ardıcıl olaraq istinadlar olunur. Bu bizim adımızdan sui-istifadədir və İSİM bu cür hallara qarşı mübarizə aparmaq niyyətindədir.

- Ümumiyyətlə, sözügedən araşdırma ilə bağlı fikriniz necədir?

- Sözügedən şəbəkənin Azərbaycanla bağlı öncələr də "araşdımaları” olub. Bu insident real durumu və marağı ortalığa qoydu. Məqalədə mənə aid sitat kimi təqdim edilən fikir və cümlələr jurnalist təxəyyülü məhsulundan başqa bir şey deyil. Mənimlə əlaqə saxlanılmayıb, mövzu ilə bağlı fikrim öyrənilməyib. Məqalənin daxilində heç bir istinad görmədik. Belə olan halda, jurnalist-araşdırmaçı öz təxəyyülünün gücünə qüvvət verərək, İSİM və onun rəhbəri adından istədiyi məzmunu öz araşdırmasına əlavə edir, ictimailəşdirir. Araşdırma zamanı edilən belə səhvlər ümumilikdə "Organized Crime and Corruption Report Project (OCCRP)" əməkdaşlarının araşdırma aparmaq qabiliyyətlərinin və onların əvvəlki araşdırmalarının keyfiyyətini ciddi şübhə altına almağa imkan verir.

Bütün bunlardan əlavə, məqalənin orijinal ünvanı kimi göstərilən OCCRP veb-səhifəsində müəllifin kim olması barəsində heç bir qeyd yoxdur. Müəllifin olmaması beynəlxalq araşdırma üçün çox ciddi bir qüsurdur. Jurnalistikanın, xüsusilə də araşdırmaçı-jurnalistikanın əsas prinsiplərindən biri də şəffaflıqdır. Müəllifin göstərilməməsi bu prinsipin ciddi olaraq pozulması deməkdir. İctimaiyyət nümayəndəsi olaraq, biz ifadə edilən fikirlərin kimə məxsus olmasını bilməyə borcluyuq. Həmçinin məqalənin altında müəllifin adının olması ümumilikdə bu sirli "araşdırmaçı-jurnalistin” məsuliyyətini artırardı. Həmin qurum buna ciddi fikir verməli idi. Təkrar edirik, belə səhvlər ümumilikdə bu təşkilatın bütün araşdırmalarının düzgünlüyünü və dəqiqliyini şübhə altına alır. Belə "araşdırmalar” nəticəsində əldə edilən "faktlara” necə inanmaq olar?

Bütün bunlar İSİM-in imicindən istifadə etməklə araşdırmalara legitimlik qazandırmaq və onlara inam yaratmaq cəhdidir. Bu onun göstəricisidir ki, araşdırma faktları səhvdir və onların yenidən yoxlanılmasına çox ciddi ehtiyac var. Hətta belə araşdırmanı son məqalə ilə məhdudlaşdırmaq lazım deyil. Bizdə çox ciddi şübhə var ki, belə nöqsanlar təşkilatın digər araşdırmalarında da mövcuddur, etik araşdırma prinsipləri dəfələrlə pozulmuşdur. Belə olan halda, qrupun adının hallandığı, müəllifi kimi təqdim olunduğu digər araşdırmalara da inam etmək olmaz.

- Bundan sonrakı gözləntiləriniz nədən ibarətdir, səhvin necə aradan qaldırılmasını gözləyirsiniz?

- İSİM öz fəaliyyətini ictimaiyyət üçün açıq olmaq prinsipi əsasında qurur. Bu məqsədlə də biz daim jurnalistlərlə ünsiyyətimizi ümumilikdə cəmiyyətin iqtisadi və sosial proseslərdən xəbərdar olması, mərkəzin fəaliyyəti barəsində mütəmadi olaraq düzgün xəbər almaları üzərində qururuq. Bu səbəbdən də jurnalistlərlə sıx təmasda olan, mətbuat nümayəndələri üçün daim açıq olan mərkəz bu halı Etik Jurnalistika Prinsiplərinin və Araşdırmaçı Prinsiplərinin kobud pozulması kimi qiymətləndirir. Bu çox ciddi məqamdır və bu hal jurnalistikanın bəzi nümayəndələrinin öz peşə borclarını düzgün icra etməməsi və cəmiyyəti səhv məlumatlandırmalarının göstəricisidir. Bu nöqsan aradan qaldırılmalıdır. Araşdırmaçı-jurnalist öz araşdırmaları zamanı faktları yoxlamalı və yenidən yoxlanılmalıdır. Belə məqalənin ərsəyə gəlməsində cavabdeh olan digər məsul şəxslər də bu məqamların yenidən yoxlanılmasında iştirak etməlidir. Məqalədə istifadə olunan faktlar mənbələrə əsaslanmalıdır. Yalnız bundan sonra araşdırma-məqalə nəşr olunmalıdır.

Təəssüf ki, bunların heç birinə əməl olunmayıb. Müsahibə üçün zəng olunmayıb, məsələ ilə bağlı heç bir münasibət soruşulmayıb. Məqalənin daxilində isə İSİM və onun rəhbərinin adına ardıcıl istinadlar edilib. Belə olan halda, araşdırmaçı-jurnalist və bu məqalə nəşr etmiş saytlar öz səhvlərini qısa zamanda etiraf etməlidirlər. Bu etiraf ictimaiyyət üçün açıq formada edilməlidir. Etirafın ardınca, heç bir gecikmə olmadan edilən səhvlər aradan qaldırılmalıdır. Bütün bu proseslər şəffaf şəkildə, səhvin səbəbləri ictimaiyyət üçün izah edilməklə görülməlidir. İSİM olaraq, biz məhz bu cür davranış gözləyirik və bu istiqamətdə də çalışacağıq. Əks halda hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ