çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Fikrət Yusifov cəmiyyəti təxribatla məşğul olan “iqtisadçı-ekspertlər"ə inanmamağa çağırdı

Image


Başqalarını təhqir etməyə adət etmiş, normal müzakirə imkanlarından yararlanmağı bacarmayan və illərdir insanları uydurma rəqəmlərlə aldadan "iqtisadçı-ekspert”lər bu dəfə müəllifi olduğum yazını "hədəf” seçdilər.

Avqustun 25-də mətbuat səhifələrində yayımlanmış "Neftin qiyməti 17-18 dollar olanda da Azərbaycanın maliyyə sistemi sabit idi” başlıqlı yazımıza etikadan kənar reaksiyalar verildi, təhqir elementlərilə zəngin statuslar yazıldı. Əlbəttə, bunu onların özləri də də bilməmiş deyillər ki, təhqir ən böyük acizlik nümunəsidir və insan əxlaqının səviyyəsindən xəbər verir. Deməli, bu adamlar qeyd etdiyimiz xüsuslar sarıdan da ciddi korluq çəkirlər.

Biz apardığımız təhlillərdə, real iqtisadi durumu əks etdirən rəqəmlərlə illərdir cəmiyyətə yalan informasiya ötürənləri ifşa edirik. Fərqindəyik ki, bəzilərinin "bazarına” zərər vururuq və fəaliyyətimiz kimlərinsə xoşuna gəlmir. Lakin heç vaxt kiminsə şəxsiyyətini alçaldan ifadələrdən istifadə etmir, kimisə təhqir etməyə həvəslənmirik. Mədəniyyətimiz, əxlaqımız buna yol vermir. Özünə "iqtisadçı-ekspert” adı vermiş bu biçarələr ömürlərində bircə dəfə də olsun adi bir müəssisənin büdcəsini və ya balansını tərtib etməyiblər. Bu adamların çoxunun nəinki normal iqtisadi biliyi, heç bu sahədə iş təcrübəsini əks etdirən əmək kitabçası belə yoxdur. Di gəl ki, özlərini hamıdan ağıllı hesab edir və mətbuat səhifələrində heç bir maneəyə rast gəlmədən istədikləri yalanları cəmiyyətə sırımaqla məşğul olurlar. Baxırsan ki, bir nəfər düşüb ortalığa və ciddi cəhdlə ölkədə görülən bütün işləri, bütün iqtisadi layihələri qaralamağa çalışır, mənbəyi,mənşəyi bəlli olmayan rəqəmlər ortaya ataraq "dərin iqtisadi araşdırma” apardığına hər kəsi inandırmağa çalışır. Belələrinin arasında yolunu hələ də müəyyən edə biıməyən, jurnalsitika ilə iqtisadiyyat arasında haça-paca vəziyyətində qalan, səadətini "Salyan yolu 22”də tapsa da hələ də gizli yollar axtarışında olanlar da var...

Jurnalistlərin haradansa tapıb gətirdikləri, "dejurnıy-ekspert” kimi mətbuatda iməkləyən bir nəfər yuxarıda adını çəkdiyim yazının sərlövhəsindəki fikri (Neftin qiyməti 17-18 dollar olanda da Azərbaycan maliyyə sistemi sabit idi) çox uğursuz bir formada təkzib etməyə çalışıb. Həmin bu "ekspert” kiminsə sifarişi ilə öz Facebook səhifəsində mənim ünvanıma təhqirlər yağdırmaqdan da çəkinməyib. Təkzibi isə 1994-cü ilin rəqəmlərini 2015-ci ilin rəqəmləri ilə müqaisə edərək verib və bununla da dediklərimizi "əsaslı şəkildə təkzib etdiyini” düşünüb. Sual olunur: Bu "peşəsinə hörmət edən ekspert” Dövlət Statistika Komitəsinin internet saytında olan və 5-ci sinif şagirdinin də asanlıqla oradan götürə biləcəyi 1994-cü ilin rəqəmlərini 2015-ci ilin proqnoz rəqəmləri ilə müqaisə etməklə nəyi təkzib edib? Heç peşəsinə hörmət edən birisi də bu qədər dayaz, məntiqdən çox uzaq bir mülahizənin altından imza atardımı? İqtisadçıdan daha çox rəqəmlərin başına ip salıb onları o tərəf-bu tərəfə fırladan janqlyora bənzəyən bu adam ən azı onu bilməliydi ki, onun "təhlil” üçün adını çəkdiyi 1994-cü ilin büdcəsi mənim rəhbərliyim altında hazırlanıb və onu Parlamentdə müdafiə edərək qəbuluna nail olmuşam. Həmin yazıda da 1994-cü ilin sonlarından başlayaraq 1999-cu ilə qədər dünya bazarlarında neftin qiymətlərinin 17-18 dollar olmasına baxmayaraq ölkə büdcəsindən əmək haqlarının, təqaüdlərin, sosial yardımların vaxtlı-vaxtında ödənildiyini demişəm. Məni təkzib etməyə çalışan "ekspert” yazır ki, o dövrün büdcəsi 300 milyon dollar idi, indiki büdcə isə 21 milyard dollardır və bu səbəbdən mənim müqayisəm yanlışdır. Əvvəla, bu, uydurmadır, mən heç bir müqayisə aparmamışam. İkincisi, o dövrün büdcəsinin yarısı indiki büdcədə olduğu kimi investitsiya xərclərindən ibarət deyildi. Üçüncüsü isə gəlirlərin az olması səbəbindən o dövrün büdcəsində müxtəlif birdəfəlik tədbirlərin maliyyələşdirilməsi nəzərdə tutulmurdu. Bu gün neft gəlirləri bizə iri investitsiya layihələrini maliyyələşdirməyə və başqa mühüm tədbirləri keçirməyə imkan verirsə, buna görə ancaq sevinməliyik. Bundan başqa, unutmayaq ki, o dövrdə büdcədən maliyyələşən müəssisələrdə çalışanların əmək haqqı və pensiyalar indikindən on dəfələrlə aşağı idi. Yəni o dövrün büdcəsinin özünə uyğun əmək haqqı, təqaüd və başqa sosial xərcləri var idi. Heç kim "təkzibçi ekspertin” dediyi kimi o illərin büdcə göstəricilərini həcm etibarı ilə 2015-ci ilin büdcə göstəriciləri ilə müqaisə etməyi düşünmür. Belə müqayisə ümumiyyətlə mümkün deyil. Burada söhbət ondan gedir ki, sosial yönümlü xərclər necə ki, 90-cı illərdə dünya bazarlarında neftin qiymətinin vəziyyətindən asılı olmayaraq tam maliyyələşdirilirdisə, indi də neftin dünya bazarlarında hansı qiymətə satılmasından asılı olmayaraq tam maliyyələşdiriləcəkdir. Son illərin büdcəsində isə neft faktorunu qabardıb göylərə qaldıran "iqtisadçı - ekspertlərə” bir daha deyirəm ki, neftin dünya bazarlarında qiymətlərinin aşağı düşməsi sizi çox "üzməsin”, 2015-ci ilin Dövlət büdcəsinə Neft Fondundan nəzərdə tutulan 10,4 milyard manat vəsaiti və hətta neft sektorundan büdcəyə daxil olan 2,3 milyard manat müxtəlif vergilər şəklindəki daxilolmaları nəzərə almasaq belə, Azərbaycan Dövlət büdcəsinin yerdə qalan gəlirləri büdcədən maliyyələşən bütün təşkilatlar üzrə 5 milyard 826 milyon manat sosial yönümlü xərclərdən yenə də 924 milyon manat artıqdır - yəni 6 milyard 750 milyon manatdır. Digər tərəfdən sual olunur: bu "iqtisadçı - ekspertlər” hansı məntiqlə büdcənin gəlirlərində neft sektorundan müxtəlif vergilər şəkilində daxil olan 2,3 milyard manat vəsaiti neft gəlirləri kimi büdcə gəlirlərindən bir qayda olaraq ayrıraraq "təhlillər” aparırlar?

Azərbaycanda neft sənayesi bir əsirə yaxındır ki, mövcuddur və bu sahədən daxil olan vergilər 90-cı illərdə də, indi də büdcənin gəlirlərinə aiddir və bu, bundan sonra da belə olacaq. Özünü dəyərli "ekspert” hesab edən "iqtisadçılar” bilməlidirlər ki, 90-cı illərdə Azərbaycanın neft sənayeci indiki kimi ildə 42 milyon ton neft hasil etmirdi. 1994-cü ildə bu istehsal cəmisi 9,5 milyon ton olmuşdu ki, bu da daxili bazarın ehtiyaclarını güclə ödəyirdi. Reallıqları dərindən anlamayıb başqalarına ağıl öyrətmək istətəyənlər bilməlidirlər ki, əgər bu gün Azərbaycan yalnız daxili ehtiyacları səviyyəsində - yəni təxminən 15 milyon tona qədər neft istehsal etsə belə yenədə də büdcəyə neft sektorundan vergilər şəkilində bir neçə milyard manat vəsait daxil olacaq. Bəli, neft hasilatı azalarsa və ya onun qiymətləri dünya bazarlarında aşağı düşərsə dövlətin neft satışından gəlirləri azala bilər. Ancaq neft sənayesinin fəaliyyəti dayana bilməz. Deməli, bu sektor bütün hallarda həmişə işləyəcək və büdcəyə də müvafiq vergilərini ödəyəcəkdir. Dediklərimizi konkret faktlarla sübut etnək üçün gəlin Neft Fondundan Dövlət büdcəsinə birbaşa 10,4 milyard manat transferi nəzərə almadan 2015-ci ilin Dövlət büdcəsinin real mənzərəsinə nəzər salaq.

1.Vergilər Nazirliyinin xətti ilə yığılacaq vəsait - 7 milyard 112 milyon manat;

o cümlədən:

sırf qeyri-neft sektorundan daxilolmalar – 4 milyard 812 milyon manat;

neft sektorundan yuxarıda dediyimiz və bütün hallar üçün daxil olacaq müxtəlif vergilər (neft hasilatının həcmi bu rəqəmi müəyyən qədər artırıb azalda bilər) – 2 milyard 300 milyon manat;

Dövlət Gömrük Komitəsinin xətti ilə yığılan vergilər - 1 milyard 590 milyon manat

Sair daxilolmalar - 348 milyon manat.

Cəmi gəlirlər: 9 milyard 50 milyon manat

Büdcənin sosial yönümlü xərcləri - 5 milyard 826 milyon manat

Fərq: 3 milyard 224 milyon manat

Beləliklə biz bu gün xaricə bir barel neft satmasaq və yalnız öz daxili istehlakımız səviyyəsində (15 milyon ton) neft istehsal etsək, neftin dünya bazarlarında qiyməti 10 dollara düşsə də belə büdcəmizin 9 milyard manat gəlirləri qonşu Gürcüstanın büdcəsindən 2 dəfəyə qədər artıq olmaqla büdcədən maliyyələşən bu günkü əmək haqları, təqaüdləri, sosial yardımları, bir sözlə 5,8 milyard manat olan sosial yönümlü xərcləri 1,5 dəfədən çox qarşılaya bilər. Bax, bu səbəbdəndir ki, biz öz yazımızda dünya bazarlarında neftin qiymətlərinin dəyişməsinin sosial yönümlü xərclərə heç bir xələl gətirməyəcəyini əminliklə hər kəsə deyirik.

O ki, qaldı bir yazıya münasibət bildirərkən etikadan, əxlaqdan kənar ifadələr işlədilməsinə və bununla məqsədli şəkildə müəllifin təhqir olunmasına, güman edirəm ki, buna yol vermiş "ekspert(lər)” insanların şərəf və ləyaqətinin Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunduğundan xəbərdardır.

Fikrət Yusifov
İqtisad elmləri doktoru, professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ