Moskva birjasının bazar ertəsi keçirilmiş açılış sessiyasında dolların məzənnəsi 56 rubla, avro isə 68,7 rubla düşüb. Rusiya valyuta bazarının reytinqini əks etdirən MMVB indeksi isə bazar ertəsi səhər keçirilən alqı-satqı əməliyyatları zamanı 1,1 faiz artaraq 1465,22 göstəricisinədək qalxıb.
Ötən həftənin əvvəlində rublun məzənnəsi 1 dollara qarşı 80 və 1 avro üçün 100 əmsalına çataraq son 15 ilin ən kəskin enişini nümayiş etdirdi.
Nəticədə, neftin qiymətdən düşməsi və Qərbin Ukraynaya görə sanksiya tətbiq etməsi səbəbindən, rubl bu il dollara nisbətdə 45 faizdən də artıq ucuzlaşıb.
Bazar ertəsi səhər Brent markalı neftin qiyməti 2 faiz artaraq 1 barrel üçün 62,5 dollar təşkil edib.