İranlı ixracatçılar öz kənd təsərrüfatı məhsullarını Azərbaycan ərazisindən Rusiyaya ixrac etmək niyyətindədirlər. Bu barədə Trend-ə Azərbaycan hökumətindən bildiriblər. Mənbə deyib: "İndi bu məsələdə əməkdaşlığın mümkünlüyü ilə bağlı danışıqlar aparılır. İran Azərbaycana burada emal ediləcək xammal tədarük etmək və artıq Azərbaycan malı kimi müvafiq sertifikatla, etiket və s. ilə Rusiyaya yola salmağa hazırdır".
Agentliyin müsahibinin sözlərinə görə, bu, onunla bağlıdır ki, iranlı ixracatçılar Rusiyaya birbaşa ixrac zamanı 20 faizlik gömrük rüsumu ödəməlidirlər. Azərbaycanla RF arasında sərbəst ticarət haqqında müqavilə mövcuddur ki, bu da malları gömrük ödənişlərindən azad edir.