Azərbaycan iqtisadiyyatı üçün 20-25-dək bank kifayət edir. Bunu Trend-ə "Unibank" ASC-nin icraçı direktoru Cəlal Qasımov deyib. Onun sözlərinə görə, Azərbaycan iqtisadi cəhətdən güclü, ərazi baxımdan isə kiçikdir, buna görə də bu qədər sayda bank ölkənin bank sektoru üçün kifayətdir.
C.Qasımov Azərbaycan Mərkəzi Bankının (AMB) kapitalın minimum həcmi ilə bağlı tələbini (50 milyon dollar manat səviyyəsində) məqsədəuyğun hesab edir: "Minimum tələbin artırılması ona görə lazımdır ki, banklar daha da böyüsün. Digər tərəfdən, banklarda kapitallaşma ilə bağlı vəziyyətin qiymətləndirilməsinin nəticələri üzrə ilin sonuna bazarda nə qədər oyunçunun qalacağı və neçəsinin qeyri-bank kredit təşkilatına çevriləcəyi məlum olacaq".
O qeyd edib ki, ölkədə nə qədər çox iri bank fəaliyyət göstərirsə, ümumilikdə bankların sayı bir o qədər az olur: "Demirəm ki, bizə beş bank lazımdır, lakin banklar nə qədər az olarsa, onları idarə edəcək bir o qədər top-menecer tələb olunur. Top-menecerlər istənilən inkişaf etməkdə olan ölkə üçün məhdud resursdur. Müvafiq olaraq, bankların sayı az olarsa, onları keyfiyyətli səviyyədə idarə etmək üçün həmin kadrlar bizə kifayət edəcək".