Hərracların nəticələrinin göstərdiyinə görə, Brent markalı neftin qiyməti cümə günü axşam birdən-birə 3% artaraq bir barel üçün 61 dollar təşkil edib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.
22.10-na Brent markalı neftin fyuçerslərinin dəyəri 3,13% qədər qalxıb və bir barel üçün 61,13 dollara çatıb. WTI markalı yüngül neftin yanvar fyuçerslərinin qiyməti 4,22% artaraq bir barel üçün 56,76 dollara çatıb.
Analitiklər "qara qızılın" qiymətinin artımını sərmayədarların bu ili üstünlükdə yekunlaşdırmaq qərarı ilə izah edirlər. Onların məlumatına görə, treyderlər şənliklərə hazırlaşaraq, qısa mövqeləri bağlayırlar.