Britaniyanın «Jaguar Land Rover» avtomobil şirkəti Rusiyada satışı dayandırdı. Rusiyada bu ilin yanvar-noyabr aylarında 19 min 100 «Land Rover» və 1500 «Jaguar» satılıb.
Şirkətin dekabrın 18-də verilən bu qərarı hələlik iki gün qüvvədə olacaq. Dekabrın 19-da şirkət maşınların qiymət siyasəti ilə bağlı qərar verməlidir.
«Jaguar Land Rover»in bu qərarı rublun sürətlə düşməyi ilə bağlıdır.