Cümə günü, 30 oktyabr 2026
     

Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Image


Son illər görülən abadlıq, tikinti-quruculuq işləri sayəsində Azərbaycanın paytaxt və regionları tamamilə dəyişib. Yeni tikililər, parklar, abad yollar və küçələr ilk andan diqqəti çəkir. Bu kimi abadlaşma və yeniləşmə Bakının Binəqədi rayonunda da aparılır. Qısa müddətdə Binəqədi şosesi, Binəqədi-Mehdiabad yolu, Xocasən qəsəbəsində Dəyirman yolu, Biləcəri qəsəbəsində isə A.Zeynallı və Y.Hüseynov küçələri yenidən qurulub.
Bakının şimal istiqamətinə gedən magistralın Binəqədi ərazisindən keçən hissəsinin hər iki tərəfinin abadlaşdırılması, burada gözəl xiyaban və parkların, yaşıllıqların salınması paytaxt sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır.
Yol boyunca salınmış yaşıllıqlar, əkilmiş dekorativ kol və ağaclar, bir sözlə, landşaft memarlığı insanların zövqünü oxşayır. Ərazidə ekoloji tarazlığı, sakinlərin rahatlığını təmin etmək məqsədilə Bakı-Sumqayıt şosesi istiqamətində, Biləcəri qəsəbəsinə gedən yolun enişində və şosenin sağ və sol hissəsində istinad divarları tikilib. Eyni zamanda, istinad divarlarının ətrafı yaşıllaşdırılıb. Müvafiq işlər şose boyu Bakı Beynəlxalq Avtovağzal Kompleksi, 1 may yaşayış massivi, Ekologiya postu, körpü və yol keçidlərinin ətrafı və digər ərazilərdə də davam etdirilib, şosenin başlanğıcı 7 metr diametrində saat kompleksi və digər memarlıq elementləri ilə zənginləşdirilib.
Qeyd edək ki, 169,38 kvadratkilometr ərazini əhatə edən rayonun əhalisinin sayı 400 min nəfərə yaxındır. Rayonun inzibati ərazisində 5 qəsəbə (Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən, 28 May), 4 mikrorayon var. Burada, eyni zamanda, 7 və 8-ci mikrorayonların, Dərnəgül yaşayış sahəsinin ərazi hüdudlarını əhatə edən 1 saylı sahə inzibati ərazi dairəsi (SİƏD), 6 və 9-cu mikrorayonların ərazi hüdudlarını əhatə edən 2 saylı sahə inzibati ərazi dairəsi təşkil olunub. Rayonda 5 bələdiyyə fəaliyyət göstərir.
İnzibati-ərazi vahidi kimi özünəməxsusluğuna və kifayət qədər geniş təsərrüfata malik olmasına baxmayaraq, rayon rəhbərliyi Binəqədinin zəngin potensialını ümumi inkişafa yönəltməyi bacarır. Binəqədi rayonunun sosial-iqtisadi inkişaf dinamikası cari ilin rayon üçün uğurlu olduğunu deməyə əsas verir. 2014-cü ilin üç rübü ərzində rayonda sosial-iqtisadi sahədə inkişaf dinamikası ötən ilin eyni dövrü ilə müqayisədə daha yüksək olub. Belə ki, 2014-cü ilin yanvar-sentyabr aylarında rayon üzrə 171 milyon 410 min manatlıq və ya keçən ilin müvafiq dövründən 27,9 faiz çox sənaye məhsulu istehsal edilib və müxtəlif xidmətlər göstərilib.
Rayon İcra Hakimiyyətinin başçısı ölkədə davamlı olaraq həyata keçirilən sosial məzmunlu siyasətə uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsini daim nəzarətdə saxlayır. Cari ilin 9 ayı ərzində rayonda 1827 ailəyə ünvanlı sosial yardım təyin edilib. Ümumiyyətlə, hazırda rayon üzrə 2559 ailə və ya 10200 nəfər ünvanlı sosial yardım alır. Binəqədi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 260 nəfər tək ahıl vətəndaşa və əlilə xidmət göstərilir. Rayon ərazisində məskunlaşan 14689 məcburi köçkün ailəsinin sosial-məişət problemlərinin həlli də daim diqqət mərkəzində saxlanır.
Binəqədidə paytaxt və əyalətlər, ümumilikdə respublika üçün örnək ola biləcək tədbirlər sırasında "Təmiz Binəqədi" layihəsini xüsusi qeyd etmək lazımdır. 2014-cü il iyulun 1-dən etibarən rayonun ərazisində mərhələli şəkildə həyata keçirilən "Təmiz Binəqədi" layihəsi Rayon İcra Hakimiyyəti başçısının 2014-cü il iyunun 19-da imzaladığı sərəncamla təsdiq edilib və bu məqsədlə Tədbirlər Planı müəyyən edilib. Layihənin məqsədi 2015-ci il, iyunun 12-də Bakı şəhərində start götürəcək Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etməkdir. Qeyd edək ki, "Təmiz Binəqədi" layihəsi təkcə respublikamıza deyil, eləcə də ondan kənara səs salıb. "Təmiz Binəqədi" layihəsinin təbliğat və maarifləndirmə işlərinin təşkili istiqamətində 2014-cü ilin iyul-oktyabr aylarında Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilib. İyulun 5-də layihənin ilk təqdimatı zamanı 9-cu mikrorayon Adil Məmmədov küçəsində yeni istirahət parkının açılışı olub. Ümumilikdə "Təmiz Binəqədi" layihəsinin keçirilməsi barədə 30 000 ədəd bildiriş hazırlanıb, sakinlərə və rayon ərazisində fəaliyyət göstərən təsərrüfat subyektlərinə 20 500 ədəd bildiriş paylanıb. Layihə çərçivəsində rayon ərazisində ümumilikdə 54 ünvanda iməciliklər keçirilib. Bundan başqa, 2000 ədəd məişət tullantıları konteynerlərinin üzərində "Təmiz Binəqədi" sözləri yazılıb və loqosu vurulub, məişət tullantısı daşıyan xüsusiləşdirilmiş maşınların yük hissəsində bortun üzərində rayonun görüntüləri fonunda "Təmiz Binəqədi" loqosu yerləşdirilib. Məişət tullantılarının çeşidlənməsi tədbirinin keçirilməsi istiqamətində 2015 ədəd məişət tullantılarının yeşikləri rənglənib və loqolar yeşiklərin üzərinə yapışdırılıb. Müsbət qiymətləndirilməli olan məqamlardan biri ondan ibarətdir ki, "Təmiz Binəqədi" layihəsinin icrasına heç də Birinci Avropa Oyunlarından sonra yekun vurulmayacaq.
Binəqədi rayonunda görülən bütün bu işlər rayon sakinləri tərəfindən yüksək qiymətləndirilir.
Binəqədi rayonunda vətəndaş məmnunluğunu təmin etməyə hesablanan innovativ idarəçilik metoduna "yaşıl işıq" yandırılıb. Rayonda elektron informasiya köşklərinin təqdimatı deyilənlərin təsdiqidir. Rayon İcra Hakimiyyətində 2013-cü ilin əvvəlindən etibarən sakinlərlə daha operativ əlaqələr qurulmasını təmin etmək məqsədilə "1646"-sakinlərin müraciət xidməti yaradılıb. Ötən müddət ərzində rayon sakinləri tərəfindən bu xidmətə on minlərlə müraciət daxil olub. Rayon ərazisində müxtəlif ünvanlarda quraşdırılan elektron informasiya köşkləri vasitəsilə sakinlər Rayon İcra Hakimiyyəti başçısının, onun müavinlərinin, aparatın şöbə müdirlərinin qəbul günlərinin cədvəli, İcra Hakimiyyəti başçısının ərazilərdə keçirdiyi səyyar görüşlər, ərizə formalarının nümunələri və sənədlərin siyahısı barədə məlumat ala bilər. Rayon ərazisində sakinlər üçün elektron qaydada müraciət imkanlarının yaradılması vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin olunmasında, süründürməçiliyin, korrupsiya və vəzifədən sui-istifadə hallarının aradan qaldırılmasında mühüm vasitədir. Qeyd edək ki, cari ilin oktyabr ayı ərzində sakinlərin müraciət xidməti- "1646"-ya 3850 zəng daxil olub və onlardan 3388 zəng müvafiq qaydada cavablandırılıb.
Uğurla həyata keçirilən abadlıq və yenidənqurma işləri Binəqədi rayonunun simasını tamamilə dəyişib. Son bir ildə "Abad Məhəllə" layihəsi çərçivəsində rayonun ayrı-ayrı ərazilərində yeni istirahət parkları tikilib, küçələrə və məhəllədaxili yollara asfalt örtüyü döşənib, müasir küçə fənərləri, yeni, yaraşıqlı dayanacaqlar quraşdırılıb. Yaradılmış abad məhəllələrdəki yaşayış binalarında müasir tələblərə cavab verən təmir-bərpa işləri aparılıb. Binaların qarşısında xüsusi səliqə-sahman yaradılıb, sakinlərin istirahəti üçün mini parklar salınıb. Əhalinin rahatlığının təmini məqsədilə sakinlərin sıx yaşadığı ərazilərdə lazımi avadanlıqlarla təchiz olunmuş müasir tipli "xeyir-şər evləri" inşa edilib. Son illərdə ən çox abad məhəllə 7 və 8-ci mikrorayonların ərazisində yaradılıb. Bundan başqa, məhəllədə zibil qutularının yerləşdirilməsi üçün xüsusi yerlər inşa olunub. Digər ərazilərdə olduğu kimi, burada da çörək qırıntılarının yığılması üçün xüsusi qutular qoyulub. Binaların qarşısına asfalt döşənib və maşınların park edilməsi üçün xüsusi yerlər ayrılıb. Parkın ətrafındakı yaşayış binalarında təmir işləri aparılıb, binaların fasadları rənglənib, girişi təmir edilərək dəmir qapılar qoyulub. Su xətləri təmir olunub, zirzəmilər çirkab sulardan təmizlənib. Kanalizasiya sistemləri yenilənib, qaz, su və işıqla bağlı problemlər aradan qaldırılıb.
Məhəllənin mərkəzində salınmış yaşıllıqda sakinlərin hərəkəti üçün xüsusi asfalt örtükdən ibarət cığırlar salınıb. Parkda uşaqlar üçün əyləncə yerləri, ağacdan hazırlanmış oturacaqlar quraşdırılıb. Məhəllədə yaşlı insanlar üçün stolüstü oyun guşələri inşa edilib. Sakinlərin gecə saatlarında parkda normal istirahət etməsi üçün burada müasir işıqlandırma sistemi quraşdırılıb.
Binəqədi rayonu ərazisində sanitar təmizliyin təmin edilməsi istiqamətində də ciddi işlər görülməkdədir. Son bir il ərzində rayon ərazisində sanitar normalara əməl olunması və ərazilərin təmizliyinə nəzarət etmək məqsədilə görülən tədbirlər artıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, 2014-cü ildə bu sahədə istifadə olunan avadanlıq və texniki qurğuların sayının artması işlərin intensivliyinin və keyfiyyətinin artmasına səbəb olub. Məişət tullantılarının yığıldığı ərazilərin abadlaşdırılması, tullantıların vaxtında götürülməsi, texnika və avadanlıqlardan səmərəli istifadə təmizliyə zəmanət verir.
Paytaxtın bütün ərazilərində olduğu kimi, Binəqədi rayonunda da qanunsuz tikililər sarıdan ciddi problemlər yaşanır. Uzun illər ərzində neft-qaz yataqları üçün ayrılmış ərazilərdə, su-kanalizasiya kəmərlərinin, yüksək gərginlikli enerji xətlərinin, dəmir və şose yollarının zolaqlarında heç bir sənəd olmadan, bir sıra hallarda bələdiyyə qərarları ilə minlərlə qanunsuz ev tikilib, həyətyanı sahələr salınıb. Bu səbəbdən belə yaşayış sahələrində müxtəlif bədbəxt hadisələr baş verir, yanğınlar olur, evlər uçur. Digər tərəfdən, həmin ərazilərə heç bir mühəndis- kommunikasiya xətləri, yollar çəkilməyib, sosial infrastruktur obyektləri, məktəb, xəstəxana, uşaq bağçaları, müxtəlif xidmət obyektləri yaradılmadan, onlar üçün torpaq sahələri saxlanmayıb. Məhz bu cür halların nəticəsidir ki, indi həmin ərazilərdə çoxsaylı problemlər yaşanır. Amma çətin də olsa, bu gün Binəqədi rayon rəhbərliyi problemlərin həllinə çalışır, həmin ərazilərdə sosial infrastruktur yaradılır və nəticədə müsbət dəyişikliklərə nail olunur.

Günel CƏLİLOVA
Yazı Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ