Texnologiya nəhəngi olan Apple bildirib ki, onlar məhsullarını Rusiyada onlayn sata bilmirlər, çünki qiymətləri müəyyən etmək üçün rublun dəyəri çox dəyişkəndir. Şirkət valyutanın sərbəst buraxıldığı gündən özünün iPhone, iPad və digər məhsullarının satışını dayandırıb.
Faiz dərəcələrinin 10.5 faizdən 17 faizə qaldırılması ilə bağlı dramatik qərara baxmayaraq, bu həftə rubl 20 faizdən çox düşüb. İndiki göstəricilərə görə bir dollara 79 rubl almaq mümkündür.
Keçən ay Apple rublun zəifləməsi səbəbindən məhsullarının ucuzlaşdığına görə, Rusiyadakı qiymətlərini 20 faiz qaldırıb.
Rusiyanın mərkəzi bankı çərşənbə günü bildirib ki, onlar bazar ertəsi valyuta bazarında müdaxilə etmək üçün təxminən 2 milyard dollar sərf ediblər.
Rublu dəstəkləmək üçün təxminən 80 milyard dollar xərclənməsinə baxmayraq, yanvar ayından bəri valyuta neft qiymətlərinin aşağı düşməsi və Qərb sanksiyaları fonunda dollara münasibətdə yarı dəyərini itirib. Bunların hər ikisi Rusiya iqtisadiyyatını zəiflədib.