şənbə günü, 31 oktyabr 2026
     

Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Image


Bakının hər qarışı bizə doğmadır. Doğma şəhərimizin günü-gündən dəyişməsi, yeni qiyafəyə girməsi həqiqətən də adama fərəh hissi yaşadır. Binəqədi paytaxtımızın abad rayonlarından biri kimi diqqətimizi cəlb edir. Bir neçə qəsəbəni əhatə edən rayonun hər guşəsində abadlığın, yenidənqurmanın şahidi olursan.
Rayonda dinamik inkişaf özünü göstərir və fəaliyyətini məhz bu prinsip əsasında quran Binəqədi Rayon İcra Hakimiyyəti bu yüksəlişə nail olmaq üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə layiqli töhfəsini verməyə çalışır. Bəllidir ki, ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə özü üçün güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdıran Binəqədi rayonu Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə böyük uğurlar əldə edərək bu gün daha da müasirləşib. Sakinlər hesab edir ki, Binəqədi inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır. Rayon sakinləri bildirir ki, tikinti-quruculuq tədbirləri təkcə Binəqədi rayon mərkəzində deyil, ətraf qəsəbələrdə də həyata keçirilir.
Ümumiyyətlə, Binəqədi rayonunda müşahidə olunan böyük canlanma və tərəqqi ilk növbədə sistemli, ardıcıl və yeniliyə əsaslanan mütərəqqi iş üslubunun bəhrəsidir. Rayon rəhbərliyi ölkə başçısının çevik və səmərəli iqtisadi islahatlar strategiyasını rəhbər tutaraq idarəçilikdə mütərəqqi üsulların tətbiq edilməsinə nail olub. Rayonun illik inkişaf planı hazırlanaraq təsdiq olunub, bu sənəddə hər rüb üzrə görülməli işlər, onların maliyyələşdirilməsi mexanizmləri dəqiq əksini tapıb.
Məlumdur ki, hazırda Binəqədi rayonu sənaye mərkəzinə çevrilib. Rayonda fəaliyyət göstərən əsas iri sənaye müəssisələrindən "Binəqədi Oil Company", "Bot" MMC, "B.Sərdarov adına Maşınqayırma zavodu", "Bakı Poladtökmə" ATSC və digər sənaye müəssisələrinin Azərbaycanın istehsalında öz çəkisi var. Bu həm də işsizliyin aradan qaldırılmasına səbəb olan amildir. Rayon ərazisində açılan hər bir iş yeri əhalinin maraqlarına tam olaraq uyğun gəlir.
Əhalinin sağlamlığının qorunması dövlətin prioritet məsələlərindən biridir.
Rayonda əhalinin sağlamlığının da qeydinə qalınır. Məlumatlara görə, səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yenidən qurulması və bərpası istiqamətində xeyli işlər görülüb. Bu baxımdan, Binəqədi rayon ərazisində də səhiyyə sahəsində qazanılan uğurlar göz önündədir. Rayondakı 18 dövlət və 9 özəl tibb müəssisəsi tərəfindən əhaliyə səhiyyə xidməti göstərilir. Səhiyyə müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə bir sıra tibb müəssisələrində bərpa və təmir işləri davam etdirilir. O cümlədən, Ə.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında isə əsaslı təmir işləri aparılmaqdadır. İnsan amili əsas şərtlərdən biri olduğundan, bu sahəyə xüsusi önəm verilir. Sağlam bədəndə sağlam ruh olar. Məhz bu prizmadan insan sağlamlığına diqqət yetirilir.
Gələcəyimiz olan uşaqlara qayğı da undulmur. Sabahımızı düşünərək görülən işlərin miqyası geniş və çoxşaxəlidir. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına əsasən, 298 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir olunaraq istifadəyə verildi. Açılış mərasimində iştirak edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva əsaslı təmirdən sonra istifadəyə verilən körpələr evi-uşaq bağçasında uşaqların ilkin biliklərə yiyələnmələri, əylənmələri üçün yaradılan şəraitlə tanış olub.
Məlumat üçün bildirək ki, 2014-cü ilin noyabr ayında Binəqədi rayonu ərazisində 529 ünvanda su şəbəkəsində qəzaların qarşısı alınıb, 235 p/m su xətti dəyişdirilib, 757 ünvanda yağış suyu və kanalizasiya şəbəkəsində qəzaların qarşısı alınıb, 39 p/m kanalizasiya xətti dəyişdirilib, 12420 p/m kanalizasiya xətti təmizlənib.
Binəqədi QİS ərazisində 2084 p/m qaz xətti çəkilib və 146 ədəd smartkart tipli sayğac quraşdırılıb, işlər davam etdirilir. 7, 8-ci mikrorayonlarda, Z.Bünyadov, Azadlıq prospektlərində, C.Hacıbəyli və Naxçıvani küçələrində binaların istilik xəttində 343 metr boru dəyişdirilib. 270, 271 və 274 saylı qazanxanalar üzrə 4950 p/m müxtəlif ölçülü borular yenidən çəkilib və 34 yaşayış binasının aşağı paylama sistemi yenilənib. 3 saylı istilik qazanxanasında təmir-bərpa və profilaktiki tədbirlər görülüb, 221, 231, 337, 338 və 340 saylı qazanxanalarda cari təmir-bərpa işləri aparılıb. 7-ci mikrorayonda 3 saylı və Atatürk prospekti 64 saylı binalara yeni kabel xətləri çəkilib. "Xutor" yaşayış sahəsində 1 ədəd 630 kv-luq KTM, Baksol yaşayış sahəsində 1 ədəd 630 kv-luq transformator quraşdırılıb.
TM-9-da 1 ədəd 630 kv-luq, TM-11-də 1 ədəd 1000 kv-luq transformator quraşdırılıb, KTM-233-də 400 kv-luq transformator dəyişdirilib, KTM-246-da köhnə xətlər yeni SİP kabeli ilə əvəz edilib, KTM-840-da təmir işləri aparılıb.
6, 7, 8, 9-cu mikrorayonlarda, Z.Əliyeva adına parkda, Biləcəri, Binəqədi və Sulutəpə qəsəbələrində 173 ədəd yararsız lampa, 53 ədəd drossel və 389 metr yanmış kabel dəyişdirilib. Bakı-Şamaxı yolunda, Binəqədi və Biləcəri qəsəbələrində, Azadlıq prospektində, 8-ci mikrorayondakı N.Məmmədov küçəsində, H.Əliyev parkında, Z.Əliyeva adına parkda, F.Hümbətov adına parkda, A.Sultanova adına parkda, R.Aboyev adına parkda, "Azadlıq prospekti" metrostansiyasının üstündə, "Dərnəgül" metrostansiyasına yaxın ərazidə yeni ağaclar əkilib, ağaclar budanıb və suvarılıb, quru ağaclar kəsilib, güllər əkilib və onlara qulluq edilib, təmizlik işləri aparılıb. 23 binanın fasadında əsaslı təmir işləri davam etdirilir, 11 yaşayış binasının girişlərində təmir işləri aparılır. 12 binada 2110 kv.metr yumşaq dam örtüyü təmir edilib. Azadlıq prospekti 28 və 196 saylı binanın həyətlərində abadlıq işləri aparılıb. 7 ədəd yeni lift quraşdırılıb və 16 ədəd lift əsaslı təmir edilib.
Qeyd edək ki, Qafqazın ən böyük məscidinə gedən yol abadlaşdırılır. Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən və tikintisi yekunlaşan Qafqazın ən böyük məscid kompleksinin ətrafında abadlıq-quruculuq işləri də artıq yekunlaşmaq üzrədir. Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən aprel ayından etibarən yeni yol salınıb və hazırda son tamamlanma işləri aparılır. 6-cı mikrorayonu 9-cu mikrorayonla ən qısa məsafədən birləşdirən yol 6-cı mikrorayon Svetlana Məmmədova küçəsi 207 ünvanından başlayır. 2 istiqamətli, 4 zolaqlı olan yolda 21 ədəd işıq dirəyi quraşdırılıb, müasir standartlara cavab verən asfalt örtüyü vurulub.
Svetlana Məmmədova 205 A ünvanında yerləşən köhnə parkda abadlıq işləri aparılıb. Oktyabr ayından etibarən inşasına başlanan yeni parkda ilkin mərhələdə 1500 kvadratmetrədək ərazidə yaşıl çəmən örtüyü salınıb, 6 ədəd leylandra ağacı, 500-dək müxtəlif gül kolları (qızılgül və xrizantema), 1 klumba, həmçinin 34 ədəd müxtəlif ağac əkilib, geniş bəyaz söhbətgah quraşdırılıb. Parkda 33 işıq dirəyi, 10 oturacaq, 12 urna, uşaq əyləncə, həmçinin idman meydançası yer alır. 246 saylı məktəbin önündə isə 16 ədəd leylandra növlü şam ağacları əkilib. Sözügedən ərazinin abadlaşdırılması işləri çərçivəsində "Məscid döngəsi" kimi tanınan hissədə 125 kvadratmetr ərazidə yaşıl çəmən örtüyü salınıb, 1 ədəd klumba (gül və ağac kompozisiyası), həmçinin 295 ədəd sarmaşıq kolu əkilib. Bundan əlavə, yolu əhatə edən hasar örtükləri də xüsusi dizaynla yığılıb, şəbəkə işləri ilə bəzədilib. Bu işlərin davamı kimi, məscidin ətrafındakı zeytunluq adlanan ərazinin önündə 1600 kvadratmetr ərazidə yaşıl çəmən örtüyü salınıb, 25 ədəd buksus, 2400 ədəd müxtəlif güllər (qızılgül və xrizantema) əkilib.
Svetlana Məmmədova 205 A, Üzeyir Hacıbəyov 2A, 4B, 4, 8 saylı yaşayış evlərinin də fasadlanması işləri tamamlanmaq üzrədir.
Sakinlərinin bildirdiyinə görə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov dekabrın 5-də 143 saylı məktəbin akt zalında Rəsulzadə qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirib. Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 92 nəfər qəsəbə sakini iştirak edib.
Qeyd edək ki, son zamanlar Binəqədi rayon ərazisində müxtəlif təşkilatların iştirakı ilə tədbirlər keçirilir. Məlum olduğu kimi, xeyli əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, "Gənc Mühasiblər" İctimai Birliyinin təşkilatçılığı ilə "Bakıətrafı qəsəbələrdə yaşayan gənclərin sahibkarlıq fəaliyyətinə dəstək" layihəsinin növbəti mərhələsi Binəqədi rayonunun qəsəbələrində yaşayan gənc sahibkarların iştirakı ilə davam edir. Layihə Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Sahibkarlar Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilir. Gənc sahibkarlara "Sahibkarlıq fəaliyyəti və məqsədlər", "Sahibkarlıqda marketinq və satış strategiyası", "Bazar çevrəsi və bazar fürsətləri", "Vergilər", "Mühasibat uçotu" adlı təlimlər keçirilir.
Layihə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.4 bəndinə - Gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğunun təmin edilməsi və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramında qeyd olunan bəndlərə uyğun olaraq həyata keçirilir. Əlbəttə, bu çox əhəmiyyətli məsələdir. Gənclərin də bu sahəyə marağını artırmağa xidmət edir.
Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində aparılan tikinti-quruculuq işləri sakinlərin ürəyindən xəbər verir. Deyirlər ki, qəsəbədə aparılan abadlıq işləri, yaşıllaşdırma, ekoloji vəziyyətin düzəlməsi üçün həyata keçirilən tədbirlər böyük nəticələr verir. Sakinlər hesab edir ki, Rəsulzadə qəsəbəsində yerləşən kiçik bazarda da abadlıq işləri aparılsaydı, yaxşı olardı. Qəsəbədə sakinlərin istirahət etməsi, uşaqların əylənməsi üçün qəsəbədə bir neçə park var. Bu parkların da abadlığı, təmizliyi göz önündədir. Əlbəttə, qəsəbədə həyata keçirilən işlərin faydası sakinlərə dəyir. Binəqədi rayonu yeni ilə özünün həyata keçən işləri, həllini gözləyən problemləri və qarşıda onu gözləyən layihələrlə gedir. Yeni il yeni arzu deməkdir. İnanırıq ki, Binəqədi sakinlərin arzularını tam olaraq doğruldacaq və insanları narahat edən qayğılar arxada qalacaq.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə keçirdiyi müsabiqəyə təqdim olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ