Bazar ertəsi Brent markalı neftin yanvar ayına fyuçers qiymətləri son 5 il yarımda ən aşağı səviyyəyə çatıb. Lakin bunun ardınca yenidən qalxan qiymətlər 62.5 dollar həddini aşıb.
Qiymətlərin bir qədər qalxmasına rəğmən, təhlilçilər hasilatın artırılmayacağı barədə Birləşmiş Ərəb Əmirliklərinin bəyanatından sonra neftin ucuzlaşmaqda davam edəcəyini gözləyirlər.
Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Süheyl əl-Mazrui deyib ki, bir barelə qiymət 40 dollara çatsa belə, təchizat həcmləri azalmaycaq.