Dünya bazarında neftin qiyməti enməkdə davam edib: cümə günü Bakı vaxtı ilə səhər saat 8:35-də Şimal dənizində hasil olunan Brent markalı neft qarışığının yanvar "fyuçerslər"inin qiyməti 0.47 faiz azalaraq 1 barrel üçün 63.38 dollar təşkil edib.
WTI markalı neft cümə günü səhər saatlarında 1,25 faiz ucuzlaşaraq 1 barel üçün 59,2 dollara bərabər olub.
Neftin növbəti dəfə ucuzlaşmasını təhlilçilər Səudiyyə Ərəbistanı, İraq və Küveyt tərəfindən Asiya ölkələrinə rekord dərəcədə qiymət güzəştlərinin verilməsilə izah edirlər.
Bundan əvvəl İran höküməti gündəlik neft hasilatını 4,8 milyon barrelədək artırmaq barədə qərar qəbul etmişdi.
Bu arada isə rublun qiyməti düşməkdə davam edib. Cümə günü ticarət açılanda dolların rubla nisbətən qiyməti 50 qəpik bahalaşaraq 56,94 rubl olub. Avronun qiyməti isə 68 qəpik bahalaşıb və 70,58 rubl olub.