16/12/2019 01:03
728 x 90

Ölkəmiz də qalibdir, polisimiz də... - FOTO

img

Noyabrın 22-dən 24-dək “Sərhədçi” İdman Olimpiya Kompleksində alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatı keçirilib. 24 ölkədən 500-dək idmançının qüvvəsini sınadığı yarışlarda aypara, batur, caymaz, və qurşaq sistemləri üzrə ən güclü atletlər müəyyənləşib.

Azərbaycan idmançıları çempionatda uğurla çıxış edərək ümumi komanda hesabında birinci yeri tutublar. Türkiyə komandası ikinci, İran yığması isə üçüncü yerə layiq görülüb.

Ölkəmizin yığma komandasının tərkibində təmsil olunan Sumqayıt ŞPİ-nin əməkdaşı, polis serjantı Tural Əliyev üçün də bu yarış uğurlu olub.

O, yarışın əvvəlindən uğurlu start götürərək çəkisi 85 kiloqramadək olan idmançıların mübarizəsində ard-arda Gürcüstan, Ukrayna və İran idmançılarına qalib gələrək finala vəsiqə qazanıb. Baş mükafatın taleyi uğrunda  Pakistan idmançısı ilə keçirilən həlledici qarşılaşmada təmsilçimiz rəqibini məğlub edərək növbəti dəfə dünya çempionu adına sahib olub.

Qeyd edək ki, təmsilçimiz məşğul olduğu pəhləvan güləşi üzrə 3 dəfə Avropa çempionu, bir o qədər də Dünya kubokunun sahibidir. T.Əliyev İslam Oyunlarının  gümüş medalçısıdır. 2009, 2010 və 2011-ci illərdə dünyanın ən yaxşı pəhləvan güləşçisi seçilib.

Beynəlxalq dərəcəli hakim, idman ustasıdır.

Son xəbərlər