16/12/2019 02:25
728 x 90

Polis baş leytenantı Elşən İbişov söz vermişdi və...

img

Noyabrın 16-dan 24-dək  BƏƏ-nin paytaxtı Əbu-Dabidə  ciu-citsu üzrə növbəti dünya çempionatı keçirilib. Bu yarışda 62 ölkədən 400-dən çox idmançı qələbə uğrunda mübarizəyə qatılıb. Yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil olunub.

Ölkəmizin yığma komandasının tərkibində yarışan DİN İdman Cəmiyyətinin inspektoru, polis baş leytenantı Elşən İbişov çempionatın əvvəlindən uğurlu start götürərək, çəkisi 85 kiloqramadək olan idmançıların mübarizəsində ard-arda Almaniya, Polşa  və  Kolumbiya idmançılarına qalib gələrək baş mükafata sahib olub.

Qeyd edək ki, polis baş leytenantı, idman ustası Elşən İbişov idmanın cui-citsu növü ilə yanaşı cüdo və sambo ilə də məşğul olur. Sambo üzrə Avropa çempionatının bürünc medalçısı E.İbişov əlbəyaxa döyüş üzrə dünya çempionatında da həmin nəticəni göstərib, cüdo üzrə Dünya Oyunlarında 2 dəfə gümüş medalın sahibi olub. Cüdo üzrə Polis idmançıları arasında Dünya çempionatında qızıl medal qazanıb.

Zeyni HÜSEYNOV
polis leytenantı

Son xəbərlər