Azərbaycan 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməkdən imtina edib. Bunu Trend-ə açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova deyib.
S.Məmmədova bunu Azərbaycanın qarşıdakı illərdə bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edəcəyi ilə izah edib: "Azərbaycan 2016-cı ildə "Formula-1" və Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına ev sahibliyi edəcək. Həmçinin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlıq çox böyük diqqət və iş tələb edir. Bu işlərin ciddiliyini nəzərə alaraq namizədliyimizin verilməməsi qərara alınıb”.