Madrid "Atletiko"sunun hücumçusu Xulian Alvares UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb. Bu barədə turnirin rəsmi X (keçmiş "Twitter") hesabında məlumat paylaşıb. Argentinalı futbolçu turnirdə keçirdiyi ilk 30 oyunda 17 qol vurub. Bu göstərici Çempionlar Liqasının tarixi üçün rekord sayılır. Əvvəlki rekord 30 oyunda 16 qol ilə Lionel Messiyə məxsus idi. Bu göstəriciyə o, "Barselona" və PSJ-də çıxış etdiyi dövrdə nail olmuşdu.
Mətləb