ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-nın final mərhələsinə satılan biletlərin sayı açıqlanıb. FİFA-nın rəsmi açıqlamasında deyilir ki, mundial üçün artıq 1 milyondan çox bilet satılıb. Bildirilib ki, turnirə 212 ölkə və ərazidən azarkeşlər qatılacaq. Dünya çempionatı iyunun 11-də başlayacaq və iyulun 19-dək davam edəcək.
Mətləb