Portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldo dünya çempionatlarının seçmə mərhələlərində vurulan qolların sayına görə yeni rekorda imza atıb. Belə ki, 40 yaşlı hücumçu Portuqaliya millisinin heyətində Macarıstanla matçın 22-ci dəqiqəsində fərqlənərək hesabı açıb. Daha sonra isə komandasının ikinci qoluna imza atıb. Qarşılaşma 2-2 hesabı ilə başa çatıb. Bu, Ronaldonun dünya çempionatlarının seçmə oyunlarında vurduğu 41-ci qol olub. Ronaldo Qvatemala seçməsinin sabiq futbolçusu Karlos Ruisi (39 qol) geridə qoyaraq, dünya çempionatlarının seçmə mərhələləri tarixindəki ən yaxşı bombardiri adına yiyələnib.
Mətləb