Ərəblər futbol tarixini çalxalamağa davam edirlər. Səudiyyə Ərəbistanının "Al Hilal" klubu "Barselona"nın 18 yaşlı ulduzu Lamine Yamal üçün futbol tarixində nadir görülən məbləğdə - 400 milyon avro transfer təklifi irəli sürüb. Bu, futbol dünyasında indiyədək edilən ən böyük transfer təklifidir. "Marca" nəşrinə açıqlama verən "Barselona" rəsmiləri, təklifi düşünmədən rədd etdiklərini bildiriblər. Klub rəhbərliyi Yamalın heç bir halda satılmayacağını ərəblərin diqqətinə çatdırıb. "Lamine Yamal satılmır. O, klubun gələcəyidir!" - deyə "Barselona" rəsmiləri açıqlama verib.
Mətləb