Liverpul"un futbolçusu Məhəmməd Salah daha bir rekorda imza atıb. Misirli futbolçu klubun əfsanəsi Qordon Hocsonu geridə qoyaraq klub tarixində ən çox qol vuran üçüncü futbolçu olub. 33 yaşlı hücumçu siyahının ilk 20-liyində olan yeganə aktiv oyunçudur. Salahın hazırda aktivində 243 qol var. İlk pillədə İan Raş (346 qol), 2-ci yerdə isə Roceer Hantın (285) qərarlaşıb. Mətləb