Ölkəmizin ev sahibliyi etdiyi III MDB Oyunlarının boks yarışlarında millimizin heyətində çıxış edən naxçıvanlı idmançı Haqverdi Həsənov 63 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən mətbuata verilən məlumatda deyilir ki, bu, Haqverdinin il ərzində qazandığı dördüncü nailiyyətdir. Belə ki, məşqçi Elnur Kərimlinin yetirməsi 2025-ci ildə Avropa üçüncüsü, ölkə birincisi və beynəlxalq turnir qalibi olub.
Mətləb