Daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanının yolunu tuta bilər. Belə ki, "Əl-Hilal" klubu "Bavariya"nın hücumçusu Harri Keynə illik 100 milyon avro maaş təklif edib. Xarici KİV-lərin yazdığına görə, ərəblər 32 yaşlı ingilis forvardla 3 illik müqavilə imzalamağa hazırdır və ümumi məbləğ 300 milyon avro təşkil edir. Keyn "Tottenhem"dən "Bavariya"ya 2023-cü ilin yayında keçib. Bu müddətdə o, bütün turnirlərdə 106 oyun keçirib, 103 qol vurub və 29 məhsuldar ötürmə edib. Mətləb