Azərbaycan III MDB Oyunlarında daha bir medal qazanıb. Belə ki, idmançımız Anastasiya Qnussina bürünc mükafata sahib çıxıb. O, 1500 metr məsafəyə sərbəst üsulla üzmədə üçüncü yeri tutub. Rusiyalı Anastasiya Çernışova birinci, onun həmyerlisi Valeriya Brazniçenko ikinci olub. Qeyd edək ki, bu gün Süleyman İsmayılzadə 400 metr məsafəyə sərbəst üsulla üzmədə bütün rəqiblərini qabaqlayaraq qızıl medal əldə edib.
Mətləb