"Barselona" daha bir tarixi rekorda imza atıb. Komanda buna La Liqanın VII turunda "Real Sosyedad"ı məğlub etməklə nail olub. Son ölkə çempionu bütün yarışlarda ardıcıl 44-cü matçda qol vurub. Əvvəlki rekord 1942-ci ilin noyabrından 1944-cü ilin fevralınadək Xuan Xose Noqesin baş məşqçi olduğu dönəmə təsadüf edib. Kataloniyalılar həmin vaxt 44 qarşılaşmanın hər birində fərqlənib.
Mətləb