Bu gün Misli Premyer Liqasında VI tura start veriləcək. İlk oyun günündə iki görüş baş tutacaq.
Açılış matçında "Zirə" "İmişli" ilə Quba Olimpiya İdman Kompleksinin stadionunda üz-üžə gələcək. Oyun saat 15:30-da başlayacaq. "Qartallar" 11 xalla turnir cədvəlinə başçılıq edir. Bölgə təmsilçisi isə 7 xalla 7-ci yerdədir. Günün ikinci oyununda "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. Qarşılaşma "Azərsun Arena"da, saat 19:00-da start götürəcək.
Bir oyun az keçirən Ağdam klubu 7 xalla 5-ci, "qırmızı-qaralar" isə 4 xalla 10-cu pillədə qərarlaşıb. Qeyd edək ki, tura sentyabrın 28-də yekun vurulacaq.
Mətləb