AFFA İntizam Komitəsi “Sabah” və “Neftçi” klubuna xəbərdarlıq edib, birincilərin baş məşqçisi Murad Musayevi cəzalandırıb.
Belə ki, qurum adıçəkilən komandalar arasında keçirilən Azərbaycan Premyer Liqasının III turunun oyununda qeydə alınan neqativ hallara görə bir sıra qərarlar verib.
Qarşılaşma zamanı hər iki klubun azarkeşləri tərəfindən rəsmi şəxslərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyindən və bu hal cari mövsümdə ilk dəfə yaşandığından, komandalara xəbərdarlıq olunub.
Mətləb