PSJ-dən “İnter Mayami”yə keçən Lionel Messi cangüdənin müşayiəti ilə gəzməyə başlayıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub. Məlumata görə, Mayamidə futbolçuya böyük marağın olması onu cangüdənlə gəzməyə vadar edib.
Maraqlıdır ki, cangüdən işi ilə bağlı ifrata varıb. O, Messini hətta meydanda da tək buraxmır. Cangüdən məşqçi kimi meydançanın kənarında argentinalı ulduza yaxın yerlərdə hərəkət edir, lazım gəldikdə meydana çıxıb qazonda Lioneli müşayiət etməyə başlayır.