“Qarabağ” futbol klubu bu gün UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq. Ağdam təmsilçisi Azərbaycan çempionu turnirin pley-off mərhələsinin ilk görüşündə Sloveniyanın “Olimpiya” klubunun qonağı olacaq.
“Stojitse” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Qarşılaşmanı bolqarıstanlı hakim Georgi Kabakov idarə edəcək.
Mətləb