Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları çərçivəsində daha 3 görüş keçiriləcək. Son Türkiyə çempionu olan “Qalatasaray” səfər matçına çıxacaq. İstanbul nəhəngi Norveçdə yerli “Molde”nin qonağı olacaq.
UEFA Çempionlar Liqası Pley-off mərhələsi, ilk oyunlar 23 avqust 23:00. “Braqa” (Portuqaliya) - “Panatinaikos” (Yunanıstan) 23:00. “Makkabi” (Hayfa, İsrail) - “Yanq Boyz” (İsveçrə) 23:00. “Molde” (Norveç) – “Qalatasaray” (Türkiyə)
Qeyd edək ki, cavab görüşləri avqustun 29-da keçiriləcək.
Mətləb