UEFA "Fənərbaxça"nı cəzalandırıb. Buna səbəb İstanbul təmsilçisinin azarkeşlərinin Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Maribor"la səfər oyunundakı hərəkəttləri olub.
Görüş zamanı iki komandanın azarkeşləri arasında qarşıdırma baş vermişdi. "Fənərbaxça" azarkeşləri stadionun tribunalarını qırıb, meydana kənar əşyalar atmışdı.
Buna görə də Superliqa klubu pley-offda "Tvente" ilə səfər oyununda azarkeş dəstəyindən məhrum olacaq. Bundan əlavə Türkiyə təmsilçisi 30 min avro cərimələnib.
Mətləb