Fransa futbolunun tanınmış simalarından biri Tyerri Anri Fransanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi təyin edilib. Bu barədə "L`Equipe" nəşri məlumat yayıb. Fransız nəşrinin yazdığına görə, mütəxəssisin ilk məqsədi 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında uğur qazanmaq olacaq.
Mətləb Salahov