"Qarabağ" Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klubundan Mateus Silvanı transfer edib. Ağdam təmsilçisinin saytında yer alan məlumatda deyilir ki, uzun müddət davam edən danışıqlar uğurla tamamlanıb və 25 yaşlı müdafiəçi ilə 2+2 illik müqavilə imzalanıb. Braziliyalı futbolçu komandada 2 nömrəli formanı geyinəcək.
Mətləb