Azərbaycanın daha iki boksçusu Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında keçirilən Avropa birinciliyində 1/4 finala yüksəlib. Belə ki, Toğrul Quliyev və Səftər Məmmədzadə 1/8 final səddini keçiblər.
T.Quliyev 57 kq çəki dərəcəsində ingiltərəli Sonni Hollinqsvortu 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. S.Məmmədzadə isə 90 kq-da Yan Vimzalı (İBAC) eyni hesabla (30:26, 30:24, 30:27, 30:27, 30:27) üstələyib. Bununla da Avropa birinciliyində 1/4 finalda mübarizə aparacaq Azərbaycan boksçularının sayı 9-a çatıb.
Mətləb