Luçano Spalletti futbol üzrə İtaliya milli komandasının baş məşqçisi təyin edilib. Bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 64 yaşlı L. Spalletti 2021-2023-cü illərdə İtaliya çempionu olan "Napoli"yə rəhbərlik edib.
Xatırladaq ki, avqustun 13-də Roberto Mançini İtaliya millisinin baş məşqçisi vəzifəsindən azad edilib. O, 2018-ci ildən milli komandaya rəhbərlik edib.
Mətləb