ABŞ-ın "İnter Mayami" komandasının hücumçusu Lionel Messi Amerika klubuna keçidini həyat yoldaşı və uşaqları ilə razılaşdırdığını bildirib. “CBS News”a açıqlama verən argentinalı futbol ulduzu bildirib ki, əvvəlcə istiyə və hər şeyə görə şəhərə uyğunlaşmaq bir az çətin idi: "Amma indi özümü rahat hiss edirəm. Burada olmaqdan xoşbəxtəm. Olmaq istədiyim yer budur. Bura gəlmək ailəvi qərar idi. Həyat yoldaşım və uşaqlarımla razılaşdıq. Biz bu şəhəri sevirik və azarkeşlərin münasibətini bəyənirik. Əvvəldən bizi məhəbbət və yaxınlıqla qarşıladılar”, - Messi belə deyib.
Mətləb Salahov