Bazar ertəsi günü, 24 avqust 2026
     

Azərbaycan Qran-Pri yarışmasında inanılmaz “Bakı sindromu” - özəlliyin səbəbləri…

Image


Bakı növbəti dəfə Formula 1 yarışına ev sahibliyi etdi. İki gün ard-arda dünyanın diqqətini cəlb edən paytaxtımızda çox maraqlı, həyəcanlı anlar yaşandı. Beləliklə, yeddi il Bakıda bu möhtəşəm hadisəyə şahidlik etdik.

Məlum olduğu kimi, aprelin 30-da Bakı Şəhər Halqasında Formula 1 üzrə dünya çempionatının dördüncü – Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib.

Yarışmaya Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də baxıblar.

Qran-Prinin açılış mərasimindən sonra Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb.

Formula 1 yarışında hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb. Pilotlar qalibi müəyyənləşdirmək üçün Bakı Şəhər Halqasında iki saat ərzində 51 dövrə vurublar. “Mercedes” komandasının heyətində Luis Hamilton və Corc Rassel, “Ferrari” komandasında Karlos Sayns və Şarls Lekler, “Williams”ın heyətində Aleksander Albon və Loqan Sarjent yarışıb. “Red Bull Racing” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Nik de Vris və Yuki Tsunoda, “Alpine”da isə Pyer Qasli ilə Esteban Okon mübarizə aparıblar. Bundan başqa, “Alfa Romeo”nun heyətində Valtteri Bottas və Cou Quanju, “McLaren”də Oskar Piastri və Lando Norris yürüşdə iştirak ediblər. Pilotlar Niko Hulkenberq və Kevin Maqnussen “Haas”, Fernando Alonso və Lans Stroll "Aston Martin" komandasının idman şərəfini qoruyublar.

Formula 1 üzrə dünya çempionatının cari mövsümü 24 mərhələdən ibarətdir. Bakı Qran-Prinin dördüncü mərhələsinə ev sahibliyi edir. Uzunluğu 6 kilometr olan və hərəkətin saat əqrəbinin əksinə nizamlandığı trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. Trekin ən geniş yerinin eni 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan hissələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

İki saata yaxın davam edən gərgin idman mübarizəsinin sonunda “Red Bull Racing” komandasının meksikalı pilotu Serxio Peres Azərbaycan Qran-Prisinin qalibi adını qazanıb. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”nin sürücüsü Şarl Lakler isə üçüncü pillədə yer alıb.

Sonra Formula 1 Azərbaycan Qran-Prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Əvvəlcə qalib idmançının və komandanın şərəfinə Meksikanın və Avstriyanın Dövlət himnləri səsləndirilib.

Mükafatları pilotlara Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Maqsud Fərzullayev təqdim edib.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 28-də start verilib. Azərbaycan Qran-Prisinin ilk günündə Formula 1 pilotları sərbəst yürüş və sıralanma yürüşlərində mübarizə aparıblar. Hər iki yürüşdə pilotlar 1 saat ərzində 6 kilometrlik Bakı trekində yarışıblar. Sərbəst yürüşdə Red Bull Racing” komandasının pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb. “Ferrari”nin pilotu Şarl Lekler və “Red Bull Racing”in digər sürücüsü Serxio Peres ilk üçlüyü tamamlayıblar. Sıralanma turunu isə “Ferrari”nin pilotu Şarl Lekler qalibi kimi başa vurub. “Red Bull Racing”in üzvləri Maks Ferstappen ikinci, Serxio Peres isə üçüncü yerdə qərarlaşıblar. Bu qələbə sayəsində monakolu pilot cari mövsüm ilk, Bakı şəhər halqasında ardıcıl üçüncü poul qazanıb. Həmçinin bu, onun karyerasında qazandığı 19-cu nailiyyətdir. Aprelin 29-da isə sprint üçün təsnifat və sprint yarışları təşkil olunub. Təsnifat yarışında “Ferrari” komandasının pilotu Şarl Lekler birinci olub. “Red Bull Racing”in pilotları Serxio Peres və Maks Ferstappen ilk üçlüyü tamamlayıblar. Sprint yarışı isə S.Peresin qələbəsi ilə yekunlaşıb. Ş.Lekler ikinci, M.Ferstappen isə üçüncü olublar.

Builki dünya çempionatına martın 3-5-də Bəhreyn Qran-Prisi ilə start verilib. Sonrakı mərhələlər Səudiyyə Ərəbistanında və Avstraliyada keçirilib.

Beləliklə, 4 Qran Pridən sonra pilotların siyahısına “Red Bull Racing” komandasının niderlandlı sürücüsü Maks Ferstappen başçılıq edir. Onun aktivində 93 xal var. Ferstappendən 6 xal geri qalan komanda yoldaşı – Bakı yarışının qalibi Serxio Peres ikinci sırada qərarlaşıb. İlk beşliyi 60 xalla Fernando Alonso (Aston Matin”), 48 xalla Luis Hamilton (“Mercedes”) və 34 xalla Karlos Saynz (“Ferrari”) tamamlayır.

Konstruktorlar kubokunun lideri isə “Red Bull Racing” (180 xal) komandasıdır. “Aston Martin” 87 xalla ikinci, “Mercedes” isə 76 xalla üçüncü pillədə yer alıb. Sonrakı yerlərdə “Ferrari” (62), “McLaren” (14), “Alpine” (8), “Haas” (7), “Alfa Romeo” (6), “Alpha Tauri” (2) və “Williams” (1) komandaları qərarlaşıb.

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib. Bu yarışda hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparıb. Aprelin 28-də Formula 2 üzrə sərbəst və sıralanma yarışları təşkil olunub. Sərbəst yürüşdə “Preme Racing” komandasının pilotu Oliver Berman birinci olub. “Hitech”in üzvü İsak Hajar yarışı ikinci, “Campos Racing”dən Kuş Maini üçüncü pillədə başa vurublar. Sıralanma turunda da Oliver Berman fərqlənib. “Rodin Carlin” komandasının üzvü Enzo Fittipaldi ikinci, “ART Grand Prix”in pilotu Teo Purşer isə üçüncü pillədə yer alıblar. Ertəsi gün birinci sprint yarışında O.Berman bütün rəqiblərini qabaqlayıb. Onun komanda yoldaşı Frederik Vesti yürüşü ikinci, “Hitech”in pilotu Jak Krouford isə üçüncü pillədə başa vurublar. On dörd mərhələdən ibarət Formula 2 yarışına noyabrın 24-26-da Əbu-Dabidə yekun vurulacaq.

Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir. Avropa Qran-Prisi adlandırılan ilk yarış 2016-cı ildə təşkil olunub. Bu yarışda “Mercedes” komandasının pilotu Niko Rosberq birinci olub. Növbəti ildən Azərbaycan Qran-Prisi adını alan yarışlarda Daniel Rikkardo (Red Bull Racing, 2017), Luis Hamilton (Mercedes, 2018), Valtteri Bottas (Mercedes, 2019), Serxio Peres (Red Bull Racing, 2021), Maks Ferstappen (Red Bull Racing, 2022) qalib gəliblər. 2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.

Dünya çempionatının Azərbaycan mərhələsində hər il müxtəlif pilotlar qalib gəlib. Azərbaycan Qran-Prisinin nəticəsinin gözlənilməzliyi onu daha da möhtəşəm edir. Formula 1 mütəxəssisləri buna “Bakı sindromu” adı veriblər.

Bəzi mütəxəssislərə görə, adətən başqa ölkələrdə belə yarışlar zamanı müxtəlifliyə diqqət yetirilmir və hətta eyni adam ardıcıl olaraq bir neçə dəfə qalib gəlir. Azərbaycanda isə hər il biz fərqli adlar görürük.

Azərbaycanda bu yarışın hər dəfə fərqli qaliblərinin üzə çıxmağının səbəbi nədən ibarətdir? Bu obyektiv yanaşmaya necə nail oluruq?

  • “Artıq dünyadakı “Formula-1” həvəskarları bu yarışı Bakısız təsəvvür etmirlər”

“Azərbaycan” qəzetinin yazarı, tanınmış idman şərhçisi Elçin Cəfərov “Bakı-Xəbər”ə “ İlk öncə qeyd edək, sevindirici haldır ki, Bakı planetin bir nömrəli avtomobil yarışına 7-ci dəfə ev sahibliyi etdi. Gərgin keçən mübarizə sürət həvəskarlarının böyük marağına səbəb oldu. 500 milyondan artıq tamaşaçı kütləsinə malik yarışı müxtəlif ölkələrdən yüzlərlə azarkeş paytaxtımızda tribunalardan izlədi.

Bildiyimiz kimi, Bakı küçələri 2016-cı ildən bəri 306 yarış dövrəsi boyu çoxlu hadisələrə şahid olub. Dramatik hadisələr, trekdə qəzalar, partlayan təkərlər, bəzən aqressiya ilə müşahidə olunan qalibiyyət və məğlubiyyətlər Bakı üçün xarakterikdir. Son yeddi yarışda qalib gəlmiş altı fərqli pilot eyni zamanda yarışın ən sürətli dövrəsinə imza atıb. İndiyədək Bakıda azarkeşlər bir çox hadisələrə - trek insidentlərinə, təkər partlamalarına, çoxsaylı qırmızı bayraqlara və təhlükəsizlik maşınlarına şahid olublar. Bundan əlavə, yarışlardan yalnız birində hər dövrəyə liderlik edən bir lider pilot olub. Orta hesabla, hər il keçirilən Azərbaycan Qran-prisində yarış boyu ilk üç pilot liderlik üzrə mübarizəyə qoşulub. Daha gərgin liderlik mübarizəsi ilə yadda qalan 2021-ci il yarışında isə bu rəqəm beşə yüksəlmişdi. Bu dəfə də belə oldu. Artıq dünyadakı “Formula-1” həvəskarları bu yarışı Bakısız təsəvvür etmirlər. Xüsusi olaraq inşa olunmuş Bakı Şəhər Halqası isə bu yarışlarda özünəməxsusluğu ilə seçilir. Trekin uzunluğu 6 kilometrdən bir qədər artıqdır.  Bu, uzunluğuna görə dünyada ikincidir”.

E.Cəfərovun sözlərinə görə, trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində yerləşir. O qeyd etdi ki, ən ensiz hissəsi isə 7,6 metrdir. “Bu keçidlərdə sürətə nəzarət etmək, idarə etmək heç də asan deyil. Bütün bunlara baxmayaraq, “F-1” pilotları bu yarışdan həzz aldıqlarını, Bakıda yarışmağın böyük adrenalin olduğunu diqqətə çatdırıblar”-deyə tanınmış idman şərhçisi bildirdi.

Leyla QARAXANLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

SON XƏBƏRLƏR

24.08.2026 / 08:09
Sovet casusunun nəvəsi Fransa prezidentliyinə iddia edir

24.08.2026 / 07:05
ABŞ İran mövzusunda həlledici mərhələyə keçir? - Maliyyə naziri “D günü”nün anonsunu verdi…

24.08.2026 / 06:59
Avropa Birliyindən İsrailə kəskin etiraz - “…iki dövlətli həllin davamlılığını sarsıdacaq”

24.08.2026 / 06:33
İtaliya və Almaniya arasında miqrant gərginliyi artır

24.08.2026 / 06:15
Avropanın 100 diplomatından Fələstin etirazı - İsrailə qarşı sanksiyalar tələb olundu

23.08.2026 / 23:55
“Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir" - Prezident İlham Əliyev

23.08.2026 / 23:53
Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana səfərini tarixi hadisə adlandırdı

23.08.2026 / 23:21
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyuldu - FOTO

23.08.2026 / 23:03
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - FOTO

23.08.2026 / 22:58
Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - FOTO

23.08.2026 / 22:47
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı oldu - FOTO/YENİLƏNDİ

23.08.2026 / 22:11
Özbəkistanlı tələbə Prezident İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO

23.08.2026 / 21:56
İrandan qonşu ölkələrə müharibə elanı kimi təhdid – bütün Fars körfəzində neft ixracı dayanacaq...

23.08.2026 / 21:18
Prezidentin Özbəkistan səfəri: Azərbaycanı Xəzərdən Qərbə, Özbəkistanı Mərkəzi Asiyadan Xəzərə bağlayan perspektivlər

23.08.2026 / 21:01
Prezident: "Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur"

23.08.2026 / 20:58
"Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir" - Prezident

23.08.2026 / 20:56
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - FOTO

23.08.2026 / 20:54
"Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir" - Prezident

23.08.2026 / 20:32
Prezident İlham Əliyev Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi

23.08.2026 / 20:30
"Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var" - Prezident

23.08.2026 / 20:27
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

23.08.2026 / 20:25
"Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub" - Prezident

23.08.2026 / 20:22
Prezident: "Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur"

23.08.2026 / 20:19
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

23.08.2026 / 20:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

23.08.2026 / 20:05
İran BƏƏ-dən bütün ərazisini müharibə təzminatı kimi Tehrana verməsini istədi…

23.08.2026 / 19:30
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub - FOTO

23.08.2026 / 19:19
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO/YENİLƏNDİ

23.08.2026 / 19:01
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

23.08.2026 / 18:55
Azərbaycan Prezidentinin şərəfinə Daşkənd səmasında dronların şousu

23.08.2026 / 18:33
Putin Tramp Çində görüşə bilərlər…

23.08.2026 / 18:21
Səudiyyə, Türkiyə və Pakistan İranı da “Məkkə Sazişi”nə qoşulmağa dəvət etdi…

23.08.2026 / 18:16
Prezidentlər İlham Əliyev və Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər - FOTO

23.08.2026 / 18:03
Azərbaycan–Özbəkistan müttəfiqliyinin qarşısında böyük perspektivlər açılır...

23.08.2026 / 17:14
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalandı

23.08.2026 / 17:11
Prezident İlham Əliyev: "Özbəkistan Qarabağın bərpasında ilk praktiki yardım göstərən ölkə olub"

23.08.2026 / 17:08
"Azərbaycan və Özbəkistanın birgə investisiyalarının həcmi 500 milyon dollardan xeyli yüksəkdir" - Prezident

23.08.2026 / 16:39
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi - FOTO/YENİLƏNDİ

23.08.2026 / 16:30
Daşkənddə Prezident İlham Əliyevin Mirziyoyevlə təkbətək görüşü olub - FOTO

23.08.2026 / 16:07
Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi - SƏRƏNCAM

23.08.2026 / 16:01
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər

23.08.2026 / 15:57
Füzulidə “Dostluq bağı”, Mirzə Uluqbəy məktəbi - Azərbaycanla Özbəkistanın qardaşlığının hələ çox simvolları olacaq…

23.08.2026 / 15:44
Azərbaycan-Özbəkistan Regionlararası Forumu 4-cü mərhələdən keçir - Arxada nələr qalıb?...

23.08.2026 / 15:01
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO

23.08.2026 / 14:29
Prezident və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar - FOTO

23.08.2026 / 14:28
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb - VİDEO

23.08.2026 / 14:17
"Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır" - Hikmət Hacıyev

23.08.2026 / 13:46
Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib - FOTO

23.08.2026 / 13:17
Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında prezidentlərin şəxsi münasibətlərinin rolu

23.08.2026 / 13:05
Prezident İlham Əliyevin Özbəkistana səfəri başlayıb - FOTO/VİDEO

23.08.2026 / 12:35
Vuçiç konstitusiyanı dəyişib yenidən prezident olmaq istəyir - Serbiya spikeri hər şeyi açıb tökdü…

23.08.2026 / 11:48
Sidney Marafonu təşkilatçılarının səhvi sosial mediada açıldı - medallara səhvən Münhen stadionunun şəkli vuruldu…

23.08.2026 / 11:20
Tramp: "Kanada ABŞ ştatı olmadan üstünlüklərdən faydalanmaq istəyir"

23.08.2026 / 10:15
Zaxarova alman mediasını hədəf aldı - öz problemlərinizlə məşğul olun…

23.08.2026 / 09:47
Vergi uçotu ilə bağlı 10 min dollarlıq limit bu gündən qüvvəyə mindi

23.08.2026 / 09:22
Bakıda işlədikləri şirkəti soyan şəxslər tutuldu

23.08.2026 / 08:48
Qazaxıstanda Qurultaya seçkilər keçirilir

22.08.2026 / 21:54
“Bakıda Azərbaycan, Özbəkistan və Türkiyə qadınlarını bir araya gətirən Birlik Gecəsi keçirilib

22.08.2026 / 20:33
Berlin yaxınlığında gizli silah anbarı aşkarlandı – Almaniya bir rus agentin izinə düşdü…

22.08.2026 / 20:07
Ukrayna ilk dəfə Rusiyada Ozon logistika mərkəzini vurdu - VİDEO

22.08.2026 / 19:44
Medvedev müharibəyə qarşı çıxan rusları hədəf aldı - Belə alçaqları bağışlamaq olmaz…

22.08.2026 / 19:27
"Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib" - Vüqar Rəhimzadə

22.08.2026 / 19:22
Əhliman Əmiraslanov: “Qərbi Azərbaycana qayıdıș Ulu öndərin formalașdırdığı milli-mənəvi bütövlük siyasətinin tərkib hissəsidir” - MÜSAHİBƏ

22.08.2026 / 18:37
“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

22.08.2026 / 18:34
Memar Rizvan Qarabağlının yaradıcılığında vətənpərvərlik motivi...

22.08.2026 / 17:11
İrandan ABŞ-a açıq təhdid - güc yolu ilə onları buna məcbur edəcəyik…

22.08.2026 / 16:36
İsrail Dəməşqdə bir avtomobili vurdu…

22.08.2026 / 16:21
Xalq artisti Şükufə Yusupovanı avtomobil vurdu - vəziyyəti ağırdır...

22.08.2026 / 15:43
Hörmüzün kimin nəzarətində olduğu tam aydın oldu - Trampın dedikləri yalan çıxdı...

22.08.2026 / 15:21
Moskva hava limanlarına genişmiqyaslı hücum planı - Ukrayna müharibə tarixində bir ilkə imza ata bilər…

22.08.2026 / 14:30
Novorossiysk limanında hücuma məruz qalan gəmi heyətini qurtarmağa göndərilən türk gəmisi də vuruldu – ölən və yaralananlar var…

22.08.2026 / 13:58
85 min nəfər ixtisaslı kadra ehtiyac var,6500 avro maaş veriləcək…

22.08.2026 / 13:15
ABŞ-ın BMT-yə borcu 4 milyardı keçdi - Vaşinqton səsvermə hüququnu itirə bilər…

22.08.2026 / 12:32
Tramp Hörmüzü "ABŞ ərazisi" adlandırdı – “qalib gəlib-gəlmədiyimizi bilmirik”…

22.08.2026 / 12:17
Bakıda oğurluq edən 4 şəxs saxlandı

22.08.2026 / 11:52
Ermənistan Rusiya ilə "müttəfiqlikdən" və "strateji tərəfdaşlıqdan" rəsmən imtina etdi - Dövlət proqramı hazırlandı...

22.08.2026 / 11:36
Rusiya Ermənistana buğda və propan göndərdi

22.08.2026 / 11:00
Əməkdar jurnalist Nurani vəfat edib

22.08.2026 / 10:48
Polislər axtarışda olan şəxsləri saxladı, külli miqdarda narkotik ələ keçirdi

22.08.2026 / 10:24
Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edildi

22.08.2026 / 09:50
Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ