Bazar ertəsi günü, 24 avqust 2026
     

Azərbaycan idmançıları Tokioda Rio-2016-nın rekordlarını qəti yeniləyə bilmədi - idmanımızda tənəzzül...

Image


Natiq Muxtarlı: “İdmanımızın görəcəkli günləri hələ qarşıdadır”
Aydın Bağırov: “Milli komandamızın təmsilçilərinin Tokio-2020-də Rio-2016-nın rekordunu təkrarlaya bilməməsinin səbəbləri var”

Medal sıralamasında Çinin liderlik etdiyi, Yaponiyanın ikinci, ABŞ-ın isə üçüncü yerdə olduğu Tokio-2020–də Azərbaycanın yalnız bir bürünc medalı var, onu da milli komandamızın üzvü qadın cüdoçu İrina Kindzerskaya qazanıb. Azərbaycan boksçusu Alfonso Dominqes isə Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinala çıxmaqla medalı təmin edib.

Hazırda isə 24 idmançımız mübarizəni dayandırıb və Tokio-2020-də 20 idmançımız mübarizə aparacaq. Bu kiçik statistikanı verməklə Tokio olimpiadasındakı vəziyyətimizi sizə göstərmək istədik. Reallıq bundan ibarətdir ki, Azərbaycanın milli komandası Rio-2016-dakı medal rekordunu Tokio-2020-də hələ ki, təkrarlaya bilməyib, ekspertlərə görə, təkrarlamaq şansı da çox azdır.

Qeyd edək ki, Azərbaycanın Milli komandası 2016-cı ildə Braziliyanın Rio-di-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında - Rio – 2016-da 17 idman növü üzrə 56 idmançı ilə iştirak edirdi və  1-i qızıl, 7-si gümüş, 10-u bürünc olmaqla 18 medal qazanmışdı.  Tokio-2020-də isə cəmi bir medalımız var, biri isə təmin edilib.

Milli komandamızın Tokio-2020-də Rio-2016-dakı medal rekordunu təkrarlaya bilməməsinin səbəbi nədir?

Ekspertlər bunun başlıca səbəblərinin pandemiyadan daha çox federasiyaların daxilindəki problemlərlə, qarşıdurmalarla, korrupsiya halları, maliyyə yeyintiləri, xüsusən də idmançıların haqqının yeyilməsi ilə əlaqələndirirlər. Ekspertlərin dediyinə görə, Azərbaycanın milli komandasının Tokio-2020-də uğurlu çıxışı üçün dövlət tərəfindən lazımi şərait yaradılıb, dəstək göstərilib, lakin bəzi federasiyaların və Gənclər və İdman Nazirliyində bu işə məsul olan bəzi vəzifəli şəxslərin səhlənkarlığı, korrupsiya əməlləri nəticəsində milli komandamız bu kimi uğursuzluqlarla qarşılaşıb.

Tanınmış idman eksperti Natiq Muxtarlı baki-xeber.com-a bunları dedi: “İdman təsərrüfatımızın yalnız bir problemi var: qeyri-peşəkar idarəçilik. Naşı idarəçilər bu illər ərzində Azərbaycan idmanının strategiyasını qura bilmədilər. Ya da qurmaq istəmədilər. Onların yanaşması belə oldu: bu gün nəticə olsun, sabah Allah kərimdir. Biz uzun illərdir yazırdıq ki, “Kərimin quyusu dərindir”, əvvəl-axır ora düşəcəyik. Bax, biz indi o quyudayıq. Bu illər ərzində ölkənin kənd və qəsəbələrində infrastruktur qurulmadı. Hər rayon mərkəzində bir olimpiya kompleksi tikildi ki, onlar da təyinatı üzrə fəaliyyət göstərmədi. Yerli idmançıları yetişdirmək əvəzinə başqa ölkələrdən 2-3-çü dərəcəli legionerləri gətirdilər ölkəyə. Dövlətin, idmanın inkişafı üçün ayırdığı vəsaiti keyfiyyətə yox, kəmiyyətə sərf etdilər. Azərbaycan üçün ənənəvi olan idman növlərini - hansı ki, olimpiadada o idman növlərində medal gözləyirik - inkişaf etdirmək əvəzinə İndoneziyadan badmintonçu, Efiopiyadan yüngül atlet gətirdilər. Bu yanaşmanın da nəticəsi belə olmalı idi. Azərbaycanda milli idman strategiyası yaradılmalıdır. Amma bu strategiyanı Gənclər və İdman Nazirliyində, federasiyalarda çalışan, havayı məvacib alan minlərlə kadr qura bilməz. Bu, onların potensialı xaricindədir. Onlar cirkli vəsait "yumaq"dan başqa nəsə bacarmırlar. İdman təsərrüfatında köklü kadr islahatlarına ehtiyac var, özü də təcili. Yoxsa idmanımızın görəcəkli günləri hələ qarşıdadır”.

Qol.az saytının baş redaktoru, Əməkdar jurnalist Aydın Bağırovun sözlərinə görə, burada səbəblər çoxdur: “Milli komandamızın təmsilçilərinin Tokio-2020-də Rio-2016-nın rekordunu təkrarlaya bilməməsinin səbəbləri var. Əvvəla, biz burada çox az sayda idmançı ilə təmsil olunurduq, olimpiya oyunlarına cəmi 44 idmançımız qatılmışdı. Bunun da müəyyən səbəbləri oldu. Həm idmançılarımızın xeyli hissəsi Tokio-2020-yə lisenziya qazana bilmədi, həm də pandemiya təsir etdi. Bu bir az qarışıq durumdur. Müəyyən federasiyalarda həm məşqçi işi ilə bağlı problem var. Yaxud idmançının özünün hazırlığı olmayıb, deyək ki, fiziki hazırlığı yerində olsa da, psixoloji, texniki-taktiki hazırlığı qaydasında olmayıb. Yəni problem həm məşqçilər, həm də idmançılar tərəfindən də olub. Amma federasiyalarla bağlı da problemlər var. Bir federasiya deyil, bir neçə federasiyada problemlər mövcuddur, əlbəttə, bəzi idmançıların haqqı da yeyilib. Bu yeni fakt deyil, bu neçə illərdir danışılır. Elə idmançılar var ki, yerli idmançıdır, amma o yarışa aparılmır, onun çəkisində əcnəbi idmançı çıxış edir. Yaxud yerli idmançıdır öz çəkisində qalib olur, amma öz çəkisi üzrə yarışa aparılmır, əvəzinə onun çəkisində məğlub olan idmançı aparılır. Yəni bu tipli məsələlərdə bir qədər ədalətsizliklər var”.

A.Bağırov qeyd etdi ki, bu konkret olaraq olimpiya oyunlarına aid deyil, bu isə daha geniş bir problemdir, başqa bir söhbətin mövzusudur.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

SON XƏBƏRLƏR

24.08.2026 / 13:46
Rusiya Gürcüstanın 2 separatçı bölgəsini dünyaya yeni üsulla tanıtmaq istəyir – gürcülərə tələ qurulub...

24.08.2026 / 12:29
İsraillə Türkiyə arasında gərginlik sürətlə artır - Bakı vasitəçilik üçün hərəkətə keçdi…

24.08.2026 / 12:07
Azərbaycan üzərindən Ermənistana növbəti yük göndərildi...

24.08.2026 / 11:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər

24.08.2026 / 11:43
İran ABŞ-a meydan oxuyur - Bir damla belə neft ixrac edilməyəcək…

24.08.2026 / 11:29
Xətaidə binada yanğın törədən şəxs saxlandı

24.08.2026 / 11:21
Ukraynadan Ozon anbarlarına kütləvi hücum – bir gecədə 4 anbar vuruldu… VİDEO

24.08.2026 / 11:07
Prezident İlham Əliyev Zelenskini təbrik etdi

24.08.2026 / 10:52
Bakıdan qəti tələb - Moskvadan konkret tədbirlər gözləyirik…

24.08.2026 / 10:10
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edildi - üstəlik də 35 milyon manatdan çox cərimə...

24.08.2026 / 09:39
DYP sürücü və piyadalara müraciət etdi - "...telefondan istifadə etməyin"...

24.08.2026 / 09:12
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

24.08.2026 / 08:09
Sovet casusunun nəvəsi Fransa prezidentliyinə iddia edir

24.08.2026 / 07:05
ABŞ İran mövzusunda həlledici mərhələyə keçir? - Maliyyə naziri “D günü”nün anonsunu verdi…

24.08.2026 / 06:59
Avropa Birliyindən İsrailə kəskin etiraz - “…iki dövlətli həllin davamlılığını sarsıdacaq”

24.08.2026 / 06:33
İtaliya və Almaniya arasında miqrant gərginliyi artır

24.08.2026 / 06:15
Avropanın 100 diplomatından Fələstin etirazı - İsrailə qarşı sanksiyalar tələb olundu

23.08.2026 / 23:55
“Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir" - Prezident İlham Əliyev

23.08.2026 / 23:53
Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana səfərini tarixi hadisə adlandırdı

23.08.2026 / 23:21
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyuldu - FOTO

23.08.2026 / 23:03
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - FOTO

23.08.2026 / 22:58
Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - FOTO

23.08.2026 / 22:47
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı oldu - FOTO/YENİLƏNDİ

23.08.2026 / 22:11
Özbəkistanlı tələbə Prezident İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO

23.08.2026 / 21:56
İrandan qonşu ölkələrə müharibə elanı kimi təhdid – bütün Fars körfəzində neft ixracı dayanacaq...

23.08.2026 / 21:18
Prezidentin Özbəkistan səfəri: Azərbaycanı Xəzərdən Qərbə, Özbəkistanı Mərkəzi Asiyadan Xəzərə bağlayan perspektivlər

23.08.2026 / 21:01
Prezident: "Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur"

23.08.2026 / 20:58
"Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir" - Prezident

23.08.2026 / 20:56
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - FOTO

23.08.2026 / 20:54
"Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir" - Prezident

23.08.2026 / 20:32
Prezident İlham Əliyev Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi

23.08.2026 / 20:30
"Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var" - Prezident

23.08.2026 / 20:27
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

23.08.2026 / 20:25
"Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub" - Prezident

23.08.2026 / 20:22
Prezident: "Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur"

23.08.2026 / 20:19
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

23.08.2026 / 20:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

23.08.2026 / 20:05
İran BƏƏ-dən bütün ərazisini müharibə təzminatı kimi Tehrana verməsini istədi…

23.08.2026 / 19:30
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub - FOTO

23.08.2026 / 19:19
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO/YENİLƏNDİ

23.08.2026 / 19:01
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

23.08.2026 / 18:55
Azərbaycan Prezidentinin şərəfinə Daşkənd səmasında dronların şousu

23.08.2026 / 18:33
Putin Tramp Çində görüşə bilərlər…

23.08.2026 / 18:21
Səudiyyə, Türkiyə və Pakistan İranı da “Məkkə Sazişi”nə qoşulmağa dəvət etdi…

23.08.2026 / 18:16
Prezidentlər İlham Əliyev və Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər - FOTO

23.08.2026 / 18:03
Azərbaycan–Özbəkistan müttəfiqliyinin qarşısında böyük perspektivlər açılır...

23.08.2026 / 17:14
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalandı

23.08.2026 / 17:11
Prezident İlham Əliyev: "Özbəkistan Qarabağın bərpasında ilk praktiki yardım göstərən ölkə olub"

23.08.2026 / 17:08
"Azərbaycan və Özbəkistanın birgə investisiyalarının həcmi 500 milyon dollardan xeyli yüksəkdir" - Prezident

23.08.2026 / 16:39
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi - FOTO/YENİLƏNDİ

23.08.2026 / 16:30
Daşkənddə Prezident İlham Əliyevin Mirziyoyevlə təkbətək görüşü olub - FOTO

23.08.2026 / 16:07
Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi - SƏRƏNCAM

23.08.2026 / 16:01
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər

23.08.2026 / 15:57
Füzulidə “Dostluq bağı”, Mirzə Uluqbəy məktəbi - Azərbaycanla Özbəkistanın qardaşlığının hələ çox simvolları olacaq…

23.08.2026 / 15:44
Azərbaycan-Özbəkistan Regionlararası Forumu 4-cü mərhələdən keçir - Arxada nələr qalıb?...

23.08.2026 / 15:01
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO

23.08.2026 / 14:29
Prezident və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar - FOTO

23.08.2026 / 14:28
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb - VİDEO

23.08.2026 / 14:17
"Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır" - Hikmət Hacıyev

23.08.2026 / 13:46
Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib - FOTO

23.08.2026 / 13:17
Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında prezidentlərin şəxsi münasibətlərinin rolu

23.08.2026 / 13:05
Prezident İlham Əliyevin Özbəkistana səfəri başlayıb - FOTO/VİDEO

23.08.2026 / 12:35
Vuçiç konstitusiyanı dəyişib yenidən prezident olmaq istəyir - Serbiya spikeri hər şeyi açıb tökdü…

23.08.2026 / 11:48
Sidney Marafonu təşkilatçılarının səhvi sosial mediada açıldı - medallara səhvən Münhen stadionunun şəkli vuruldu…

23.08.2026 / 11:20
Tramp: "Kanada ABŞ ştatı olmadan üstünlüklərdən faydalanmaq istəyir"

23.08.2026 / 10:15
Zaxarova alman mediasını hədəf aldı - öz problemlərinizlə məşğul olun…

23.08.2026 / 09:47
Vergi uçotu ilə bağlı 10 min dollarlıq limit bu gündən qüvvəyə mindi

23.08.2026 / 09:22
Bakıda işlədikləri şirkəti soyan şəxslər tutuldu

23.08.2026 / 08:48
Qazaxıstanda Qurultaya seçkilər keçirilir

22.08.2026 / 21:54
“Bakıda Azərbaycan, Özbəkistan və Türkiyə qadınlarını bir araya gətirən Birlik Gecəsi keçirilib

22.08.2026 / 20:33
Berlin yaxınlığında gizli silah anbarı aşkarlandı – Almaniya bir rus agentin izinə düşdü…

22.08.2026 / 20:07
Ukrayna ilk dəfə Rusiyada Ozon logistika mərkəzini vurdu - VİDEO

22.08.2026 / 19:44
Medvedev müharibəyə qarşı çıxan rusları hədəf aldı - Belə alçaqları bağışlamaq olmaz…

22.08.2026 / 19:27
"Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib" - Vüqar Rəhimzadə

22.08.2026 / 19:22
Əhliman Əmiraslanov: “Qərbi Azərbaycana qayıdıș Ulu öndərin formalașdırdığı milli-mənəvi bütövlük siyasətinin tərkib hissəsidir” - MÜSAHİBƏ

22.08.2026 / 18:37
“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

22.08.2026 / 18:34
Memar Rizvan Qarabağlının yaradıcılığında vətənpərvərlik motivi...

22.08.2026 / 17:11
İrandan ABŞ-a açıq təhdid - güc yolu ilə onları buna məcbur edəcəyik…

22.08.2026 / 16:36
İsrail Dəməşqdə bir avtomobili vurdu…

22.08.2026 / 16:21
Xalq artisti Şükufə Yusupovanı avtomobil vurdu - vəziyyəti ağırdır...

22.08.2026 / 15:43
Hörmüzün kimin nəzarətində olduğu tam aydın oldu - Trampın dedikləri yalan çıxdı...

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ