Cümə axşamı günü, 15 oktyabr 2026
     

Tofiqin vətəni, ingilisin “tövsiyəsi” və göz çıxaran Bakı...

Image


İngiltərə futbolun vətəni hesab olunsa da, bu vaxta qədər yalnız bir dəfə dünya çempionu olmağı bacarıblar. O da məhz azərbaycanlı kişinin sayəsində!

1966-cı ildə keçirilmiş dünya çempionatının final qarşılaşmasında yan xətt hakimi Tofiq Bəhramovun dəqiqliyi və prinsipiallığı sayəsində ingilislərin mübahisəli topu qol kimi qeydə alındı. O vaxtdan 53 il keçib və bu illər ərzində ingilislər dünya kubokunu ikinci dəfə başları üzərinə qaldırmağa müvəffəq ola bilməyiblər…

2006-cı ildə ingilislər Bakıya gəlmişdi. Dünya Kubokunun seçmə mərhələsi çərçivəsində Azərbaycanla İngiltərə milliləri qarşılaşacaqdı. Oyundan əvvəl Tofiq Bəhramovun abidəsinin açılışı oldu. Mərasimdə FİFA-nın o vaxtkı prezidenti Jozef Blatter və qurumun İcrayyə Komitəsinin üzvü Mişel Platini də iştirak edirdi. Diqqətçəkən bilirsiniz nə idi? Tədbirə qatılmış ingilis azarkeşlər üzərində “Sağol, cənab Bəhramov!” yazılmış köynəklər geyinmişdilər...

O vaxt “Bakı-Xəbər” qəzeti üçün ingilislərin Bakı macərasından reportaj da hazırlamışdım. Yadımdadır, paytaxtın gecə klubları, əyləncə məkanları ingilis azarkeşlər tərəfiindən “zəbt” olunmuşdu. Qışqırıb-bağırır, mahnı oxuyur, alkoqollu işkiləri az qala vedrə ilə qəbul edirdilər… Bir neçə yerdə bir-birilə davaya da qalxmış, olduqları məkanlara böyük məbləğdə ziyan vurmuşdular. Gəcə saatlarında küçədə zıbıl qutularını təpikləyən azarkeş dəstələri ilə də qarşılaşmışdım…  Amma birinin burnunu qanatmadıq. Hansısa azarkeşin cibinə girən olmadı. Ümumiyyətlə, ingilis azarkeşlərin Bakıda olduğu günlər ərzində onların xətrinə dəyəcək hər hansı hərəkətə yol verilmədi, hər hansı birinə “gözün üstə qaşın var” deyən olmadı.

Sonrakı ilərdə də Bakıya ingilis futbol azarkeşləri az gəlməyib. Mayın 29-da Bakıda final qarşılaşmasına çıxacaq klubların – “Çelsi” və “Arsenal”ın azarkeşləri də ilk dəfə deyil ki, Azərbaycana təşrif buyururlar. İki il əvvəl “Çelsi” Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşıb. Ötən il isə  “Qarabağ” “Arsenal”ı Bakıya gətirib. Bu klublardan hansı birinin azarkeşi Bakıda xoşagəlməz hadisə ilə qarşılaşıb? Hansı birini “qaranlıq küçələrimizdə” soymuşuq? Ümumiyyətlə, bu vaxta qədər Bakıya gəlmiş ingilis azarkeşlərdən kiminsə başına bircə çırtma vurmuşuqmu? Yox əlbəttə, olmayıb. Elə isə Britaniya Xarici İşlər Nazirliyinin yaydığı xəbərdarlıq nədən və ya haradan qaynaqlanır?  Dünyanın ən sabit və təhlükəsiz şəhərləri sırasında Bakının da adı çəkildiyi halda, Avroliqanın final oyunun paytaxtımızda keçirilmısinin məqsədəuyğun olmaması barədə rəy yaratmağa hesablanmış çalışmalar, “ehtiyatlı olun, qaranlıq küçələrdə gəzməyin” kimi “səyahət tövsiyələri” gülünc görünmürmü?

Bakı irimiqyaslı idman yarışlarının təhlükəsiz şəkildə keçirildiyi şəhərdir. Burada hər il onlarla qlobal xarakterli tədbirlər təşkil olunur. Paytaxtımız transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırıldığı şəhər kimi şöhrət qazanıb. Azərbaycana gələn turustlər buradakı təhlükəsiz mühitdən, insanlarımızın qonaqpərvərliyindən ağızdolusu danışırlar. İndi bu Britaniya XİN-dəkilərə və onların yaydığı “səyahət tövsiyəsi”ndən istifadə edərək ölkəmizin beynəlxaq nüfuzuna xələl yetirməyə çalışan məkirli dairələrə kim deyib ki, Bakıda, məsələn, Londondakı Vestminster, Xammersmit, Fulem, Kamden və sairə kimi kriminalın at oynatdığı, turistlərin nəinki cibi soyulan, anadan əmdiyi də burnundan gətirilən kvartal və rayonlara oxşar ərazilər var? Bakıda olmuş hansı ingilis turist onlara deyib ki, bizim paytaxta Londonun bir ildə hər kvadratmetrinə 4 min cinayət hadisəsi düşən mərkəzi rayonları ilə müqayisə oluna biləcək məhəllələrə rast gəlinir?  Deyə bilməzlər, mümkün deyil. Yayılan çağırışların, narahatlıq ifadə olunan “tövsiyələrin” heç bir əsası yoxdur.

Səbəb sadədir və bildiyimizdir: hər dəfə Bakıda nüfuzlu beynəlxalq tədbirlər, böyük idman və musiqi yarışları keçirilərkən Azərbaycanın uğurlarını həzm edə bilməyən mərkəzlər hərəkətə keçir, ölkəmiz haqqında qarayaxma kampaniyaları aparırlar. Görünür, Bakının Avropa Liqası kimi nüfuzlu turnirin final qarşılaşmasına ev sahibliyi etməsi də həmin dairələrin yuxusunu ərşə çəkib. Tamamilə dəxli olmayan məsələlərin “ətəyindən” yapışanlar da var, dəfələrlə səsləndirilmiş və hər hansı real fakta söykənməyən iddialarla çıxış edənlər də. Xaricdən çalınan “zurnanın” sədası qulaqlarına dəymiş ölkədəki siyasət dəllalları da sevincək halda həmrəylik yallısı gedirlər… Nəymiş? Bəs deməzsənmi, Bakı barədə xoşagəlməz fikirlər söylənilib, ingilislərə deyilib ki, orada başınıza “pis işlər” gələ bilər. İçimizdəki həşəratlar da bundan xoşhal olub, Bakı Finalına qarşı kampaniyanı genişləndirməyə çalışır, öz qapımıza “qol vurmağa” can atırlar.  Ay sizi yaramazlar, ay sizi…

Əlbəttə, boş və mənasız cəhdlərdir! Bakı Finala hazırdır və aparılan çirkli oyunların da həmişəki kimi nəticəsiz qalacağına heç kəsin şübhəsi olmasın. Bu qarşılaşmaya dünyanın 100-dən artıq ölkəsindən biletlər alınıb! Kimin nə deməsindən, hansı uydurma ilə çıxış etməsindən asılı olmayaraq, mayın 29-da bütün dünyanın diqqəti Bakıya yönələcək! Finalı izləmək üçün Bakıya gələcək turistlər Brtitaniya XİN-in yaydığı xəbərdarlığın da, bundan bəhrələnərək Azərbaycana qarşı növbəti qara oyunlar qurmağa çalışan dairələrin müəlliflik etdiyi çağırışların da əsassız olduğunu öz gözlərilə görəcək, Bakıya da, insanlarımıza da heyran qalacaqlar. Bu vaxta qədər keçirdyimiz hansı tədbirdən sonra belə hallar yaşanmayıb ki? Hansı yarışı, hansı konserti, hansı qlobal tədbiri nümunəvi keçirməmişik?..

Əminəm: Avropa Liqasının Bakı Finalı da göz qamaşdıracaq! Kim istəsə, “Göz çıxaracaq” kimi də oxuya bilər…

Hələ bu harasıdır, gələn il də Azərbaycanda futbol bayramı yaşanacaq. Avropa Çempionatının bir neçə oyununa ev sahibliyi edəcəyik. Hətta yarımfinal qarşılaşmalarından biri paytaxtımızda keçiriləcək.

Qısası, futbol azarkeşlərini nağıl kimi günlər gözləyir!

İnanıram, çox keçməyəcək ki, Bakı Çempionlar Liqasının da Finalına ev sahibliyi edəcək.

Gün gələr, Dünya Çempionatının həyəcanını da EVİMİZDƏ yaşayarıq!

Azərbaycan buna layiqdir!

Azərbaycan buna qadirdir!

Nicat DAĞLAR

 P.S. Əslində Britaniya XİN-i azarkeşlərə bir cümlə ilə müraciət etməliydi:“Siz İngiltərinin dünya çempionu olmasında müstəsna rol oynamış ƏDALƏTLİ HAKİMin vətəninə gedirsiz!”



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 12:34
Tramp Vaşinqtonun İranda kimlərlə danışıq apardığını bilmir…

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTO

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ